Icma.az
close
up
RU
Dövlət Komissiyası: Ümid edirik ki, Ermənistan itkin düşənlərin taleyinin aydınlaşdırılması ilə bağlı addımlar atacaq

Dövlət Komissiyası: Ümid edirik ki, Ermənistan itkin düşənlərin taleyinin aydınlaşdırılması ilə bağlı addımlar atacaq

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov "Report"a müsahibəsində Qarabağ müharibəsi nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün aparılan işlər barədə danışıb:
-İkinci Qarabağ müharibəsindən sonra şəxsiyyəti müəyyən olunaraq dəfn edilən itkin-şəhidlərin sayı nə qədərdir?
-Vətən müharibəsində əldə olunmuş böyük zəfərdən sonra Dövlət Komissiyasının qarşısına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən edilməsi kimi mühüm vəzifə qoyulmuşdu. 2021-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə bu işin icrasına başlanılmışdır. İtkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı və aşkarlanmış meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyasının sədri Əli Nağıyevin rəhbərliyi və gündəlik nəzarəti altında aidiyyəti dövlət qurumlarının, o cümlədən İşçi qrupunun mütəxəssisləri tərəfindən həyata keçirilir.
Məlumat üçün diqqətə çatdırıram ki 1 avqust 2025-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Bugünə qədər həyata keçirilmiş tədbirlər nəticəsində 183 itkin-şəhidimizin taleyi müəyyən edilərək nəşləri ailələrinə təhvil verilmişdir. Şəxsiyyəti eyniləşdirilmiş itkin-şəhidlər milli-dini adətlərə və hərbi nizamnamənin tələblərinə uyğun dəfn edilmişlər. Elə dünən - 29 avqust tarixində şəxsiyyəti müəyyən edilmiş üç itkin-şəhidimizi doğulduqları rayonlarda Vətən torpağına təhvil verdik. Bu sahədə işlər davam etdirilir.
-Hazırda işğaldan azad edilmiş ərazilərdə neçə kütləvi məzarlıq və onlar üzrə neçə itkin-şəhidin meyit qalıqları aşkarlanaraq götürülmüş və onlardan neçəsinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilmişdir?
-Ümumiyyətlə, bugünə qədər işğaldan azad olunmuş ərazilərdə itkin düşmüş şəxslərimizin dəfn edilməsi ehtimal edilən 28 kütləvi məzarlıq müəyyən olunaraq qazıntı və ekshumasiya işləri aparılmışdır. Həmin 28 kütləvi məzarlıqdan bütövlükdə 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq ekshumasiya edilmişdir. Aparılmış anatomik və molekulyar-genetik ekspertizaların nəticəsində onlardan 60 nəfərinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilmişdir.

-Mayın 1-də Xocalıda kütləvi məzarlıq aşkarlanmışdı, oradan çıxarılan qalıqların taleyi ilə bağlı məsələ nə yerdədir?

-Aşkar olunmuş 28 kütləvi məzarlığın hər birindən ekskumasiya edilmiş meyit qalıqlarının eyniləşdirilməsi prosesi davam etdirilir. O cümlədən bu ilin may ayında Xocalı şəhəri yaxınlığında aşkarlanmış kütləvi məzarlıqdan götürülmüş meyit qalıqlarının da eyniləşdirilməsi prosesi davam etdirilir. Eyniləşdirmənin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
-Bu gün yeni aşkarlanan məzarlıq var?
-İşğaldan azad olunmuş ərazilərdə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı və qazıntı işləri intensiv davam etdirilir. Aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə son axtarış-qazıntı işləri cari ilin iyul və avqust aylarında Kəlbəcər rayonu ərazisində, çətin relyefli ərazidə həyata keçirilmışdir. Prosesə çoxsaylı canlı qüvvə cəlb olunmuş və dron texnologiyası tətbiq edilmişdir. Plana uyğun olaraq, eyni zamanda hava şəraiti ilə bağlı orada işlər bu günlərdə başa çatmışdır. Amma mərhələli şəkildə proseslər həyata keçiriləcək.
-Şəhidlər Xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın kimliyinin müəyyən edilməsi mümkün olub? Proses nə yerdədir?
-Ümumiyyətlə, Dövlət Komissiyası tərəfindən aparılmış araşdırmalarla Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində respublikamızın 20 şəhər və rayonu ərazisində təxminən 31 qəbirstanlıqda tanınmadan dəfn edilmiş şəhidlərə aid 200-dən çox məzar müəyyən edilmişdir. Həmin məzarlar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Vətən müharibəsinədək olan dövrdə müəyyən edilərək qeydiyyata alınmışdır.
Dövlət Komissiyası sədrinin müvafiq tapşırığı ilə 2021-ci ildən etibarən Baş Prokurorluqla birlikdə həmin məzarların ekskumasiya işlərinə başlanılmışdır. Ekshumasiya prosesində 210 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülmüşdür. Naməlum məzarlıqlar üzrə 90 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilmişdir.
Bu proses çərçivəsində Bakı şəhərindəki "I Şəhidlər Xiyabanı"nda "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluq tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilmişdir. Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir.
-Hazırda itkin hesab olunan neçə nəfərin taleyi hələ də naməlum olaraq qalır?
-Yuxarıda qeyd etdiyim kimi, bu günə olan məlumata görə 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 183 nəfərin taleyi müəyyən olunub.
-Son dövrlərdə Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycanla əməkdaşlığa başlayıb? Bu istiqamətdə danışıqlar gedir?
-Məlumdur ki, son dövrlərdə Ermənistan – Azərbyacan münasibətlərində müəyyən etimad mühiti yaranmışdır. Vətən müharibəsindən sonra Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində qarşı tərəflə əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan etmişdir. Məlumdur ki, işğal dövründə Ermənistan bu sahədə konstruktiv mövqe sərgiləmirdi. Amma artıq ictimaiyyətə açıqlandığı kimi cari ilin fevral ayının 7-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilmişdir. Bu görüşdən sonra komissiyalar arasında müəyyən etimad mühiti yaranıb.
Biz ümid edirik ki, Ermənistan yaranmış yeni reallığı düzgün qiymətləndirəcək, keçmişə deyil, gələcəyə baxacaq və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı ümidverici addımlar atacaq. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər iki tərəfə lazımdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Avqust 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Prezidenti Moskvanı faktlar qarşısında qoydu

28 Avqust 2025 20:28see543

Pəncəlinin adını daşıyan sinifdə ilk şagirdlər şəhid anaları oldu

28 Avqust 2025 22:17see253

Polşa qırıcısı təlim zamanı qəzaya uğrayıb

28 Avqust 2025 22:39see233

Kubokdan çox təzminat qazanan baş məşqçi... Mourinyo indiyədək klublardan nə qədər təzminat qazanıb?

29 Avqust 2025 14:04see147

Əl çəkin, bu suala cavab verməyəcəyəm

29 Avqust 2025 11:40see142

Putin ŞƏT sammiti çərçivəsində ondan çox ikitərəfli görüş keçirəcək

29 Avqust 2025 19:14see135

Hakan Fidan: Biz azərbaycanlı bacı və qardaşlarımıza güvənirik

29 Avqust 2025 01:36see131

“Davam etsəydim, indiki yazıçıların səksən faizindən yaxşı yazardım” ANONS

29 Avqust 2025 13:14see131

Geyim üstündə hoteldə anasını öldürdü TƏFƏRRÜATLAR/VİDEO

28 Avqust 2025 23:39see131

Göyçək Fatimə nin hovuzdan FOTOları yayıldı

29 Avqust 2025 01:02see131

Səhər yataqdan qalxmadan su içməlisiz

28 Avqust 2025 22:19see129

Millimizin üzvü üçün avrokubok mövsümü bitdi

29 Avqust 2025 01:51see128

ABŞ səfirliyi işçi axtarır Şərtlər

29 Avqust 2025 14:03see125

Valensiya mövsümdə ilk 3 xalını qazanıb VİDEO

30 Avqust 2025 01:38see123

“Torpağın dad hekayəsi” filminin təqdimatı olub

29 Avqust 2025 23:14see121

Adil Kərimli Şəmkirdə sakinlərin müraciətlərini dinlədi FOTOLAR

29 Avqust 2025 14:04see119

Seriya A: Milan səfərdə sevindi

30 Avqust 2025 03:08see116

Argentinalı “Çelsi”yə doğru

28 Avqust 2025 23:31see114

Husilər çoxlu döyüş başlığı olan raketlər istehsal etməyə başlayıb

29 Avqust 2025 05:16see114

Bu gün tərbiyəçi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır

29 Avqust 2025 00:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri