Icma.az
close
up
RU
Dövlət Komitəsində Xocalı soyqırımının günahsız qurbanları anılıb

Dövlət Komitəsində Xocalı soyqırımının günahsız qurbanları anılıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bahar Muradova: “Xocalıya qayıdışla başlayan proses, mütləq şəkildə Qərbi Azərbaycana qayıdışla öz məntiqi sonluğuna çatacaqdır!”

Bu gün  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı faciəsini insanlığa qarşı ən amansız cinayət, vandallıq aktı adlandırıb. B.Muradova Ümummilli Lider Heydər Əliyevin sistemli yanaşması sayəsində Xocalıda baş verənlərin amansız soyqırımı, bəşəriyyət əleyhinə cinayət kimi təqdim edildiyini bildirib: “Heydər Əliyevin başlatdığı bu siyasəti Prezident cənab İlham Əliyev daha sistemli, daha dinamik, daha müasir metodlarla və dünya ictimaiyyətinin, dövlətlərin, beynəlxalq təşkilatların cəmiyyətdəki və dünya xalqları həyatındakı yerinə və roluna uyğun qurulmuş siyasət,  bəzi hallarda balanslaşdırılmış, bəzi hallarda hücum diplomatiyası ilə bu prosesi idarə etdi, yekunda Qarabağ məsələsinin həllinə, Xocalıya qayıdışa nail oldu”.

Xocalı hadisəsini törədənlərin bir qisminin artıq ədalət mühakiməsinə cəlb olunduğunu xatırladan sədr, sonda bu qanlı cinayətdə iştirak edən hər kəsin beynəlxalq məhkəmələrdə müttəhimlər kürsüsündə də cavab verəcəyinə inamını ifadə edib.  O, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra həmvətənlərimizin bu torpaqlara qayıdışını təmin etməklə faciə qurbanlarının ruhu qarşısında borcumuzun ödəndiyini qeyd edib. Xalqımızın mənafelərinə zidd olan bütün hərəkətlərə qarşı öz hüququmuzdan və imkanlarımızdan istifadə edərək, mübarizə aparmağın vacib olduğunu vurğulayan B.Muradova, qarşıda yeni hədəflərin dayandığını deyib: “Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Hər bir qurum, hər bir təşkilat, hər bir vətəndaş bu hədəfə xidmət etməlidir”.

Çıxışını soyqırımı qurbanlarını, eləcə də Azərbaycanın suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsini anaraq sonlandıran sədr, onlara Allahdan rəhmət diləyib.

Tədbir zamanı Komitə əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Çıxışlar zamanı soyqırımı faciəsinin yaddaşlarda silinməz iz qoyduğu, ədalətin bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu cinayəti törədənlərin universal yurisdiksiyanın prinsipləri tətbiq edilərək cəzalandırılacağı vurğulanıb. Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanıdılması üçün Leyla Əliyevanın təşəbbüsü ilə uzun illərdir həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verilib. Tədbir zamanı kampaniya çərçivəsində keçirilən rəsm müsabiqəsində diplomla təltif edilən əsər nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri