Icma.az
close
up
RU
Dövlət nəzarəti gücləndirilməzsə, ətin qiyməti qarşıdakı aylarda da qaldırılacaq Ekspert

Dövlət nəzarəti gücləndirilməzsə, ətin qiyməti qarşıdakı aylarda da qaldırılacaq Ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Ətin qiymətində qısa müddətdə bir neçə dəfə artım təsadüfi deyil, bu, iqtisadi və təsərrüfat amillərinin kəsişməsindən qaynaqlanır".

Redaktor.az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında iqtisadçı ekspert Famil Niftiyev ətin qiymətinin bahalaşmasının səbəblərindən bəhs edərkən bildirdi.

"İlk növbədə, kənd təsərrüfatında baş verən mövsümi dəyişikliklər rol oynayır. Yay və payız arasında yem bazasında bahalaşma müşahidə olunur. Xüsusilə ot, arpa, qarğıdalı kimi yem məhsullarının qiymətində artım heyvandarlıq xərclərini yüksəldir. Bu isə birbaşa ət istehsalçılarının maya dəyərinə təsir edir. İkinci əsas səbəb iqlim faktorudur. Son aylarda yağan intensiv yağışlar və ya əksinə, quraqlıq şəraiti otlaq sahələrinə və yem təminatına mənfi təsir göstərib. Nəticədə, mal-qaranın bəslənməsi çətinləşib və fermerlər ət istehsalını əvvəlki səviyyədə saxlamaq üçün əlavə xərcə məruz qalıblar. Üçüncü amil idxal bazarında dəyişikliklərdir. Azərbaycan bazarında ətin müəyyən hissəsi xaricdən gətirilir. Qlobal bazarda daşınma xərclərinin artması, qonşu ölkələrdə qiymətlərin yüksəlməsi və valyuta məzənnələrində oynaq vəziyyət daxili bazara da ötürülür. Dördüncü səbəb isə süni qiymət manipulyasiyası ilə bağlıdır. Bazarda vasitəçi şəbəkələrin çoxluğu səbəbindən istehsalçı ilə istehlakçı arasında fərq kəskinləşir. Bəzi hallarda isə süni qıtlıq yaradılaraq qiymətlərin qaldırılması müşahidə olunur".

Ekspert əlavə etdi ki, əhalinin ətə tələbində də artım var:

"Mövsümi olaraq toylar, mərasimlər, həmçinin payız mövsümündə istehlakın yüksəlməsi ətə tələbi artırır. Təklif isə eyni sürətlə artmadığı üçün qiymətlər daha tez-tez bahalaşır. Beləliklə, ətin qiymətində son bir ayda üç dəfə baş verən artım həm iqtisadi, həm də təbii və institusional amillərin nəticəsidir. Əgər vəziyyətə dövlət nəzarəti gücləndirilməzsə, xüsusilə vasitəçilərin rolunun məhdudlaşdırılması təmin olunmazsa, bu tendensiya qarşıdakı aylarda da davam edə bilər".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri