Icma.az
close
up
RU
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur Ekspert

Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur Ekspert

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Ali məktəbə qəbul sistemi abituriyentləri və valideynləri istismar edir!”

Elçin Əfəndi: "Bu qədər fənn üzrə imtahan götürmək abituriyentlər üçün tam istismardır”

Dövlət İmtahan Mərkəzinin XI illik təhsil pilləsi üzrə martın 9-da keçirdiyi buraxılış imtahanından narazılıqlar getdikcə artır. İmtahan nəticələri rəsmi açıqlanmasa da, zatən şagird – ali məktəblərə qəbul imtahanına hazırlaşan abituriyent neçı suala düzgün cavab yazdığını, nə qədər bal toplayacağını təxmini bilir.

Təxminlər də azacıq fərqlə doğru çıxır. Orta məktəb müəllimləri də imtahan suallarının çətin olduğunu, mürəkkəb tərtib edildiyini bildirir. Qeyd edirlər ki buraxılış imtahanına salınan test tapşırıqları arasında YÖS imtahanlarının sualları, hətta Rusiyanın tədris proqramından da suallar salınıbmış, halbuki həmin dərsliklərdən istifadıə etməyə orta məktəblərdə icazə verilmir. Builki buraxılış imtahanları çətinliyinə görə qəbul imtahanlarını da geridə qoyub. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardı. Həm şagirdi, həm də valideyni: 

- 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkib təhsili məktəbə qaytarsınlar. 

Mütəxəssis bildirdi ki vahid qəbul qaydası işlənib hazırlanmalı, dünyanın qabaqcıl ölkələrinin təhsil sistemi və imtahan qaydalarından nümunə götürülməlidir: 

- Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir. Fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fənn üzrə qəbul aparılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır. Martdan başlayan proses sentyabr ayında güclə başa çatır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri