Icma.az
close
up
RU
Dövlət siyasəti ölkəmizin dayanıqlı və təhlükəsiz gələcəyini təmin edir

Dövlət siyasəti ölkəmizin dayanıqlı və təhlükəsiz gələcəyini təmin edir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının növbəti mühüm mərhələsini nümayiş etdirmişdir.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, son 20 il ərzində həyata keçirilmiş regional inkişaf proqramları nəticəsində Azərbaycanın əsas infrastruktur problemləri köklü şəkildə öz həllini tapmışdır. Elektrik enerjisi sahəsində əldə olunan nailiyyətlər, generasiya güclərinin təxminən 10 min meqavata çatdırılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkəmizin enerji təhlükəsizliyini tam təmin etmişdir. Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən Azərbaycan bu gün artıq ixracatçı ölkəyə çevrilmişdir. Bu həm iqtisadi uğur, həm də siyasi müstəqilliyin və milli təhlükəsizliyin mühüm dayağıdır.
Qazlaşmanın 96 faizə çatdırılması da dövlətin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Bugün Azərbaycan öz daxili tələbatını ödəməklə yanaşı, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası ölkənin bütün ərazilərini, o cümlədən işğaldan azad edilmiş torpaqları vahid infrastruktur şəbəkəsinə birləşdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, bu torpaqlar ən müasir standartlara uyğun şəkildə yenidən qurulur.
Millət vəkili qeyd edib ki, su təhlükəsizliyi məsələsi isə xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Son 20 ildə inşa edilmiş dörd böyük su anbarı, xüsusilə Taxtakörpü və Şəmkirçay su anbarları bugün həm Bakının, həm də regionların su təchizatında həlledici rol oynayır. Əgər bu strateji layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkəmiz ciddi su problemləri ilə üz-üzə qala bilərdi. Ceyranbatan su anbarının tam yenidən qurulması, müasir təmizləyici qurğuların istifadəyə verilməsi dövlətin insan sağlamlığına və həyat keyfiyyətinə verdiyi önəmin göstəricisidir.
Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən həyata keçirilən su terroru illərlə Azərbaycan vətəndaşlarına ciddi ziyan vurmuşdur. Sərsəng və Suqovuşan su anbarlarında sudan silah kimi istifadə edilməsi humanitar fəlakətlərə səbəb olmuşdur. Bu gün həmin su anbarlarının yenidən qurulması, Füzuli, Ağdam, Laçın və digər rayonlarda su infrastrukturunun bərpası iqtisadi, eyni zamanda siyasi və mənəvi qələbəmizin tərkib hissəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, su mənbələri hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin artıq öz ərazimizdə formalaşması xarici asılılığı xeyli azaldıb. Bununla belə, Kür, Araz və Samur çayları kimi transsərhəd su mənbələri ilə bağlı məsuliyyətli və düşünülmüş siyasət aparılması zəruridir.
Ölkə başçısının çıxışında yer alan haqlı narahatlıqlar, su itkisi, sistemsizlik, idarəetmədəki səmərəsizlik dövlət səviyyəsində islahatların zəruriliyini ortaya qoyur. Xüsusilə Abşeron yarımadası kimi intensiv urbanizasiya aparılan ərazilərdə bu problemlərin operativ və kompleks şəkildə həllinə ehtiyac var.
Fatma Yıldırım vurğulayıb ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal risklər fonunda qəbul ediləcək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı xüsusilə aktualdır. Bakı şəhəri, Abşeron yarımadası, Sumqayıt və ətraf yaşayış məntəqələri üçün nəzərdə tutulan bu proqram dayanıqlı içməli su təminatını, kanalizasiya və yağış sularının idarə olunmasını, su itkilərinin kəskin azaldılmasını hədəfləyir. Bu həm də əhali sağlamlığı və ekoloji tarazlığın qorunması baxımından mühüm irəliləyiş olacaq.
Deputat qeyd edib ki, bu Dövlət Proqramı Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq, vətəndaşların rifahını yüksəldəcək və ölkəmizin su təhlükəsizliyini uzun illər üçün təmin edəcəkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı və uzaqgörən siyasət Azərbaycanın güclü, dayanıqlı və təhlükəsiz gələcəyinin möhkəm təməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri