Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Dövlət suverenliyindən rəqəmsal suverenliyə Əkbər Qoşalı yazır

Dövlət suverenliyindən rəqəmsal suverenliyə Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İndi sanki, dövlətlər sərhədləri ilə birgə, talelərini də yenidən cızır. Elə bil dünya xəritəsi kağız üzərində cızılmır, data axınlarında dəyişir; eləcə də, sərhədləri tanklarla yarmırlar, fiber-optik kabellərlə yarırlar... Yəni, qələbələr təkcə cəbhədə qazanılmır, onun bur ünvanı sa server otaqlarıdır.

Bəli, Azərbaycan XX yüzildə enerji ölkəsi kimi formalaşdı; budur, XXI yüzilin ikinci rübündə isə Azərbaycan enerji üzərində qurulan rəqəmsal güc mərkəzinə çevrilmək iddiasındadır.

Son 20 ildə generasiya gücünün iki dəfə artaraq 10 min meqavata çatması, üstəlik ən azı 2 min meqavat istifadə olunmayan ehtiyatın mövcudluğu gələcəyin data mərkəzləri üçün hazır enerji bazasıdır.

Süni intellekt, böyük həcmli məlumatların emalı, bulud infrastrukturu – bunlar böyük enerji tələb edir. Azərbaycan isə enerji təminatını artıq iç təhlükəsizlik məsələsi səviyyəsindən çıxarıb strateji üstünlüyə çevirib.
Enerji göndərən ölkə olmaq başqa məsələdir, enerjini rəqəmsal gücə çevirə bilən ölkə olmaq tamam başqa...

Deyirlər, coğrafiya – taledir, amma çağımızda o, idarəolunan tale kimi səciyyələndirilməkdədir.

Azərbaycanın coğrafiyası tarix boyu həm sınağımız, həm üstünlüyümüz olub. Bəli, prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə vurğuladığı kimi, coğrafiya bizdən asılı olmasa da, ondan necə istifadə etmək tamamilə bizim seçimimizdir.

Asiya ilə Avropanın kəsişməsində yerləşmək, Quzey–Güney dəhlizinin üzərində dayanmaq daşıma və enerji tranziti olmaqdan irəli, fiber-optik magistralların da mərkəzi olmaq deməkdir.

Neft-qaz kəmərlərinin çəkildiyi marşrutlarda fiber xətlərin də yerləşdirilməsi uzaqgörənlik idi. İndi isə məsələ həmin infrastrukturu yeni tələblərə uyğunlaşdırmaq, Gündoğarla Günbatar bağlantılarını daha da gücləndirməkdir.

Belə deyək, gələcəyin İpək Yolu – məlumat yoludur.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox yatırım qoyulması – yalnız kapital axını sayılmaz, biz ona güvən kapitalı da deyə bilərik.

Neft anlaşmaları necə imzalanıbsa, eləcə də icra olunur. Xarici yatırımlar qorunur. Qanun işləyir. Dövlət sözünə yiyə durur.
Bax, bu reputasiya rəqəmsal dünyada da əsas aktivdir. Transmilli texnoloji şirkətlər üçün siyasi sabitlik, hüquqi təminat və strateji baxış əsas şərtdir. Azərbaycan artıq bu üçlü formulu sübut edib.

Ayrıca, biz, eyni vaxtda Avropa Birliyinə üzv 10 ölkə, ABŞ və Çinlə strateji tərəfdaşlıq formatında işləyən nadir ölkələrdənik.
Bu balans isə diplomatik uğurun rəqəmsal imkana dönüşdürülməsi deməkdir.
Amerikanın böyük fondları ilə əməkdaşlıq, Azərbaycan Dövlət Neft Fondunun qlobal maliyyə şəbəkəsində mövqeyi, aparıcı texnologiya şirkətləri ilə qurulan təmaslar – bütün bunlar rəqəmsal transformasiyanın maliyyə və texnoloji dayaqlarını gücləndirir.
Necə deyərlər, geosiyasi memarlıq dönəmindəyik.

Prezidentin müşavirədə ən diqqətçəkən ismarıclarından biri dövlət idarəçiliyində süni intellekt tətbiqinin genişləndirilməsi idi. – Analitika, risk qiymətləndirməsi, qərar modelləşdirməsi – bunlar idarəetmənin yeni normalarıdır. Ölkəmiz bu prosesdən qıraqda qala bilməz. O cümlədən “mygov” platformunun vahid mərkəzə çevrilməsi ideyası dövlət xidmətlərinin pərakəndəlikdən sistemliliyə keçidini ifadə edir. Vətəndaş, belə deyək, bir qapıdan girməli, bütün xidmətləri oradan almalıdır. Dövlət isə öz içində koordinasiyalı işləməlidir. – “Rəqəmsal dövlət” – idarəetmə mədəniyyətinin transformasiyasıdır.

Ən kritik məqamlardan biri olaraq kadr hazırlığıdır.

Ali məktəblərdə süni intellekt, kibertəhlükəsizlik, data analitikası üzrə ixtisasların gücləndirilməsi, başqa ölkələrə göndərilən tələbələrin prioritet ixtisas istiqamətləri üzrə seçilməsi, hətta orta məktəblərdə ilkin rəqəmsal savadlılığın artırılması – bu, onilliklərin planıdır.
Necə deyərlər, rəqəmsal suverenlik kadrla başlayır.

Biz 44 günlük Zəfərlə hərbi-siyasi suverenliyimizi möhkəmləndirdik. İndi isə rəqəmsal suverenlik mərhələsinə qədəm qoyuruq.

Enerji ölkəsindən data ölkəsinə keçid milli inkişaf fəlsəfəsinin transformasiyası olaraq, təkcə iqtisadi model dəyişikliyi sayılmamalıdır.

Beləliklə, müstəqil Azərbaycan artıq öz seçimini edib:
coğrafiyanı fürsətə, enerjini rəqəmsal gücə, diplomatiyanı texnoloji tərəfdaşlığa çevirir.

Bu, yeni arxitektura quruculuğudur.
XXI yüzilin Azərbaycanı neft platformlarından sonra data platformları ilə tanınmağı haqq edir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri