Icma.az
close
up
RU
Dövriyyədə 92 min manatım var Vətəndaşlara hədə qorxu gəlməkdə ittiham edilən qadın

Dövriyyədə 92 min manatım var Vətəndaşlara hədə qorxu gəlməkdə ittiham edilən qadın

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.  

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb. 

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib:

"Evdar xanımam, amma təsərüfat sahəm olub. 70 hind quşu, 5 baş iri buynuzlu və 10 baş isə xırda buynuzum var. Faizə pul verirdim. O, pulu isə tanıdığım adamlara vermişəm. Həci vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mən ümumiyyətlə pulları 8 faiz və 10 faizlə verirdim. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyeva ona verdiyim pulları qaytarmaq fikri yox idi. Ona görə onun adını blogger Qabilə verdim. Qabilin baldızının qaynatası ilə bir xəstəxanada yatmışam. Elə münasibət yaranıb. Bir dəfə də rayonda onu arxadan görmüşəm. Amma onu tiktokdan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o bu məsələni ictimailəşdirsin. Amma bunun müqabilində Qabilə bir qəpik də pul vermədim. Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini Facebookdan götürmüşəm. Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçün Baş Prokurorluğa, Abşeron rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır. Bir daha deyirəm ki mın heç kimə hədə-qorxu gəlməmişəm".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub. 

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova daha çox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə faizə pul verib.

Belə ki, Fatimə Əhmədovaya 22.100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1.500 manat, Namik Həsənova 8.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 600 manat, Kəmalə Əkbərovaya 6.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 11.575 manat, Gülaya Quliyevaya 28.500 manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28.500 manat, Soltan Qasımova 7.000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 1.760 manat, Çiçək Cəfərovaya 4.000 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 410 manat, Rəna Bədəlliyə 3.000 manat məbləğində pulu verməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manat məbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat, Samir Qəribova 4.500 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8.000 manat məbləğində pulu verməklə qarşılığında faiz olaraq 5.300 manat, Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faiz qismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya 200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faiz olmaqla cəmi 13 nəfər şəxsə 92.760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismində ümumilikdə 51.675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olub.

İttiham aktında o da qeyd olunub ki, bundan başqa, Qönçə Məmmədova faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib.Lakin şifahi hədələrlə Gülaya Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin "İnstagram" və "Facebook" sosial şəbəkələrindəki şəxsi hesablarında olan foto şəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək votsapla Qabil Məmmədova göndərib.

Qabil Məmmədov da öz növbəsində "Youtube" internet platformasında təsis etdiyi "Haqsızlığa susma" adli internet kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.

Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri