Icma.az
close
up
RU
DTX istintaqını apardığı 326 milyonluq cinayət işi DETALLAR

DTX istintaqını apardığı 326 milyonluq cinayət işi DETALLAR

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə baxış iclası keçirilib.

Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər.

Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

“Hidayətov Zöhrab Raqub oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək qaçaqmalçılıq cinayəti törətmişdir.

Belə ki, o, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Şirinov Elvin Valeh oğlunun və Hümbətov Qaçqın Şura oğlunun adından ixrac edilməsini təşkil edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib, E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərində həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının Gömrük sərhədindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törətmişdir".

Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr verməklərinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittiham ilə tam razılaşmayıblar.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Məhkəməyə şahid kimi dəvət olunmuş şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunmuş gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərmişdir.

Daha sonra, məhkəmə iclasa gəlməyən digər şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul etmişdir.

Növbəti məhkəmə prosesi 2025-ci il yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Dekabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri