“Dünənki oyunlar göstərdi ki, “köhlən atlar” məğlub olmamalı, ən azı bir xal qazanmalıdı” Vaqif Sadıqov
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Bu gün “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində son ev oyununa çıxacaq. Və ağdamlılar üçün bugünkü oyunda qələbə hava-su qədər vacibdi.
Bəs “köhlən atlar” bunu bacaracaqmı? Hava şəraiti hansı tərəfə daha çox təsir edə bilər? Bilet satışının əvvəlki temp üzrə getməməsi hava şəraiti ilə bağlıdı, yoxsa “Qarabağ”ın son uğursuzluqları ilə?
“Football-plus.az” təcrübəli mütəxəssis Vaqif Sadıqovun bununla bağlı fikrini öyrənib:
“Bu gün hava şəraiti “Qarabağ”ın oyununa təsir etməməlidi. Dünənki oyunlar göstərdi ki, “köhlən atlar” məğlub olmamalı, ən azı bir xal qazanmalıdı. Nəzəri tərəfdən “Liverpul”la oyunda da şans olacaq. Bu gün böyük dəstəyin qabağında “Qarabağ” vəziyyəti anlayır, dərk edir. Tam güclərini qoyacaqlar. Hər iki komandanın pley-offa çıxmaq şansı var. Bu şansdan istifadə etmək lazımdı. Arzulayıram ki, çempionumuz bu gün hər birimizi sevindirməyi bacarsın. Biletlərin tükənməməsinə gəlincə, məncə, 21.45-ə qədər bütün biletlər satılacaq və stadion tam dolacaq. “Qarabağ”ı, futbolu sevənləri bu oyuna mən də dəvət edirəm. Sona qədər “Qarabağ”ımıza dəstək olmaq lazımdı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















