Icma.az
close
up
RU
Dünya bu 2 manatlıq məhsula görə Azərbaycana axışır

Dünya bu 2 manatlıq məhsula görə Azərbaycana axışır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şirvan torpağının südü bərəkətli, motala basılmış şoru və pendiri elə ləzzətlidir ki, Şərqin heç bir diyarında belə nemət tapılmaz”. (Evliya Çələbi)
Şamaxı tarixən üzümü, şərabı, narı, məşhur yeməkləri – qovurma, kələpur, şirvan qutabı və s. ilə dillər əzbəri olub. Bəs niyə Şamaxı deyiləndə şor yada düşür?
Şor farsca “duzlu” deməkdir. Lakin tarixi sənədlərdə bu nemətin adı “ağrımışıl” (ağrımışıq) kimi yazılıb. Zamanla fars sözü onu işləklikdən “məhrum” edib.
Şor orta əsr Fransasında kəsmik “viande des pauvres” – “kasıb kişi əti” adlanırdı. Oxşar yanaşma Avropa və Slavyan xalqlarında da olub. Bəs yaxşı Asiya və Avropa ölkələrində minlərlə insanın aclıqdan xilas edən şorun Şamaxı ilə nə əlaqəsi ?
Qeyd edim ki, yaşı 3 min ilə çatan Şamaxı barədə qədim xəritələrdə və səyyahların qeydlərində məlumatlar var. Şamaxı təkcə mədəniyyət mərkəzi, paytaxt olmaqla yanaşı qədim İpək Yolu üzərində yerləşən böyük ticarət mərkəzi olub.Buradan keçən səyyahlar, tacirlər və qonaqlar Şamaxı süfrələrinin ayrılmaz hissəsi olan bu ağartı məhsullarını dadıb, özləri ilə Avropa və Asiya ölkələrinə aparıblar. Motalda sıxılaraq suyu tam çıxarılan, bol duzlanan Şamaxı şoru həm aylarla qala bilir, həm də karvanbaşı və səyyahların, zəvvarların əsas yol azuqəsi rolunu oynayırdı.
Məhz əminliklə qeyd edirəm ki, bu gün şor adlanan ağrımışılın (ağrımışıq) vətəni Şamaxı şəhəridir. Çünki Şamaxı paytaxt olmaqla Şirvan barədə kifayət qədər mənbələr var.
Tarixin bütün dövrlərində Şamaxıya gələn Avropa və Şərq səyyahları, məsələn, Adam Oleari, Evliya Çələbi, Əl-Məsudi, İbn Hövqəl və digərləri Şamaxıda hazırlanan, uzun müddət xarab olmadan qalan xüsusi “torba şorları” və “motal pendirləri” barədə yazıblar. Onların qeydlərində “süd və ağartı şəhəri” kimi fikirlərə də rast gəlmək olur. Hətta bəzi müəlliflər “Şirvan” adını fars dilindəki “şir” (süd) sözü ilə bağlayıblar ki, onlara görə bu coğrafiya “Süd ölkəsi” olaraq adlanıb.
XIX əsrdə Çar Rusiyasının Qafqazla bağlı “Кавказский календарь” sənədlərində və quberniya hesabatlarında Şamaxının ağartılarının dadı və keyfiyyəti barədə qeydlər var.
Belə qeydlər içərisində xüsusilə kərəli şor və motal şoru önə çıxarılır.
Niyə məhz Şamaxı?
Bu sualın cavabı çox sadədir. Paytaxt şəhərdə hər zaman ən keyfiyyətli məhsula tələbat böyük olur. Ətraf kəndlərin sənətkar heyvandarları saray elitasına və zəngin tacirlərə məhsul bəyəndirmək üçün şor və pendir istehsalını sadəcə dolanışıq deyil, yüksək sənətkarlıq səviyyəsinə qaldırmışdılar.
Məhz Şamaxı da qədim bir şəhər olduğu üçün burada gələn qonaqlara və saraya yüksək keyfiyyətli məhsullar içərisində ağartılar, xüsusilə də şor olub.
Xüsusilə də Xançoban elinin məhsulları hər zaman seçilən olub ki, digərləri də onlarla rəqabət aparmaq üçün ağartı məhsullarının keyfiyyətin yüksək ediblər. Bəzi mənbələrdə Şamaxı yaxınlığında Şor-baçı adlı məntəqənin də adına rast gəlmək olar.
Şamaxıya daxil olan ərazilərdə dulusçuluq və digər sənətkarlıq nümunələri çox məşhur olub və buna görə də dünyada ilk dəfə məhz burada şorun nəmbalansını qorumaq üçün onu “küpə basmaq” texnologiyasından istifadə edilib. Bu da bir daha təsdiq edir ki, bura dünyada şorun istehsal edilən ilk mərkəzlərindən biri olub.
Şamaxı tarixən təkcə siyasi deyil, həm də böyük bir təsəvvüf  mərkəzi olub. Şəhər ətrafındakı qədim dərviş xanəgahlarında və təkyələrdə meditasiya edənlər sadə, dözümlü və minimal qidalara müraciət ediblər..
Məhz buna görə də “Şamaxı şoru” ifadəsinin tarixi kökləri, texnologiya sirləri, səyyahların qeydləri və burda olan İpək yolu qonaqlarının yazıları ilə bağlıdır. Bu bir daha sübut edir ki, Azərbaycan coğrafiyasında yüksək mədəniyyətlə yanaşı, mətbəx də qədim olub.
Zaur Əliyev
Globalinfo
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 May 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri