Dünya çempionu futbola qayıtdı
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya milli komandasının və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi David Silva 40 yaşında peşəkar futbola qayıdıb.
Futbolpress.az xəbər verir ki, təcrübəli pleymeyker Honq Konq Premyer Liqasında mübarizə aparan “Şatin” klubu ilə qısamüddətli müqavilə imzalayıb.
Silva 2023-cü ilin yayında “Real Sosyedad”ın heyətində çıxış edəndə dizindəki ön çarpaz bağların qırılmasından sonra karyerasını bitirdiyini açıqlamışdı.
Karyerasının ən parlaq illərini “Mançester Siti”də (2010–2020) keçirən Silva “şəhərlilər”lə 4 Premyer Liqa titulu daxil olmaqla ümumilikdə 14 daxili kubok qazanıb. İspaniya yığmasının “qızıl nəsli”nin aparıcı üzvlərindən olan yarımmüdafiəçi milli ilə 2010-cu ildə Dünya çempionu, 2008-ci və 2012-ci illərdə isə Avropa çempionu tituluna yiyələnib.
Silvanın yeni komandası “Şatin” hazırda Honq Konq çempionatında çətin dövrünü yaşayır. Klub 2026/2027 mövsümünün geridə qalan 4 turundan sonra 11 kollektiv arasında 1 qalibiyyət və 3 məğlubiyyətlə 10-cu pillədə qərarlaşıb.
Baxış sayı:109
Bu xəbər 07 Oktyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















