Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Dünya düzəlmir ki düzəlmir...

Dünya düzəlmir ki düzəlmir...

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarında terror aktları bir-birinin ardınca gəldi. Əvvəl Luiziana ştatında, Yeni Orlean şəhərində 15 nəfərin ölümü, onlarla şəxsin yaralanması ilə nəticələnən terror hücumu baş verdi. Onun ardınca isə Las Veqasda (Nevada ştatı) "Tesla" partladıldı, bir nəfər ölü, 7 yaralı var.

Birinci hadisəni 2024-cü ilin yayında İŞİD-ə qoşulmuş Şamsuddin Cabbar, ikincisini isə Metyu Livelsberger törədib. Milliyyətləri haqqında heç nə yazmıram, çünki terrorçunun milliyyəti olmur. Belə də hər şey aydındır. Qəribə olan budur ki, hər ikisi Amerika ordusunda xidmət edib.

Amerika üzərinə hələ qayıdacağıq. Sadəcə, Avropada baş verən terror hadisələrinə də diqqət edək. Yeni təqvim ili ərəfəsində Almaniyada da terror aktı törədildi; Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində dörd nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. Eynilə Amerikada baş verən terror hadisələrindəki kimi avtomobildən silah kimi istifadə olunub; terrorçu maşını qəsdən insanların üstünə sürüb (oxşar hadisə daha əvvəl Fransada da baş vermişdi). Monteneqroda isə gerçək silahdan atəş açılıb; 45 yaşlı Ako Martinoviçin əyləncə mərkəzinə silahlıhücumu 12 nəfərin həyatına son qoyub.

Hadisələrin, demək olar, hamısı bayram əyləncələrinə toplanmış insanlara qarşı baş verib.

ABŞ, eləcə də, Avropanın Almaniya, Fransa, Böyük Britaniya və sair kimi böyük ölkələri zaman-zaman terrorla sarsılır. Son hadisələr də nə ilkdir, nə son. Dünya 2001-ci ildə Nyu-Yorkdakı Əkiz Qüllələrə məşhur hücumdan sonra beynəlxalq antiterror koalisiyasında birləşsə də, hazırda yenə hər kəs öz hücrsinə çəkilib, öz qatilini öz evində gözləyir. Nəticə də göz qabağında.

Amerikanın Co Bayden administrasiyası ölkə əhalisinin cəmi 37 faizinin dəstəyinə sahib olan, ən uğursuz yönətim olaraq tarixə keçir. Fransa prezidentinə öz cəmiyyətinin cəmi 22 faizi rəğbət bəsləyir. Almaniya kanslerinin reytinqi isə o qədər düşmüşdü ki, parlamentdən belə öz hökumətinə etimad səsi toplaya bilmədi.

Bunun çox səbəbləri var. Ən əsas səbəb isə ikili, hətta çoxstandartlı siyasət aparmaları olub. Co Bayden Əfqanıstanda hakimiyyəti "terrorçu" dediyi "Taliban" hərəkatına buraxaraq, qaçdı. Almaniya desək, onillərdir, İraqda, ABŞ və Fransa isə Suriyada PKK terrorçularına dəstək verib, təlim keçib.

Bir yandan, terrorizmə qarşı guya koalisiya yaradıb, terrorla sanki "mübarizə" aparırlar, o biri yandan isə, ayrı-ayrı ölkələrdə ayrı-ayrı terror qruplarını maliyyələşdirib, silahlandırıb, öz rəqiblərinə qarşı yönləndiriblər. Təkcə rəqiblərinə qarşı da deyil, həm də müttəfiqlərinə qarşı. PKK-nı Türkiyənin başına bəla çıxardıqları kimi. Hərçənd Türkiyə ABŞ-ın da, Fransanın da, Almaniyanın da NATO üzrə ən mühüm müttəfiqidir. Özləri Türkiyəni məhz belə adlandırır: "ən mühüm müttəfiq".

Baxın, göründüyü kimi, böyük dövlətlərin özləri də terrordan sığortalanmayıb. Özlərinin yetişdirdiyi, qidalandırdığı terror zehniyyəti özgələri də vurur, özlərini də. Ancaq yenə də "yaxşı terrorçu", "pis terrorçu" deyə fərq qoyurlar. Qərbin bir çox siyasi dairələrinin düşüncəsi, yanaşması belədir: məsələn, Moskvaya hücum edən terrorçu yaxşıdır, amma Nyu Yorku vuran pisdir. Türkiyədə qatar stansiyasını, hərbi zavodu hədəf alan terrorçu yaxşıdır, amma Fransada izdihamın üstünə maşın sürən terrorçu pisdir. Luiziana ştatinda eyni hərəkəti edən isə lap pis terrorçudur. Amma Ermənistanda terrorçu zehniyyəti silahlandırmaq lazımdır. Belə bir təhlükəli, xəstə təfəkkür var. Özlərinə qarşı terror törədənləri tuturlar, asırlar, güllələyirlər, bizə qarşı terror törədənləri isə "siyasi məhbus", "hərbi əsir" elan edib azadlığa buraxdırmağa çalışırlar. Özlərinə qarşı terror edəni elektrik stuluna oturdurlar, bizə qarşı terror edəni isə süfrə başında.

Bu, elə Rusiyaya da, başqalarına da aiddir: özünün Xarkova, Kiyevə, Odessaya - yaşayış binalarına, energetika obyektlərinə atdığı raketlərlə qürur duyur, amma Ukraynanın göndərdiyi dronu "terror" deyə lənətləyir. Yeni il ərəfəsində Rusiyada terror aktı nəticəsində yüksək vəzifəli general qətlə yetirildi. Amma Ermınistanın keçmiş prezidentlərinə - Robert Köçəryan və Serj Sarqsyan Rusiya prezidentindən şəxsən yeni il təbrikləri aldılar. Amma, bax, bu şəxslər Azərbaycana qarşı törədilmiş onlarla terror aktının sifarişçiləri və təşkilatçısı olublar. Mən hələ işğal, etnik təmizləmə, genosid, ekosid kimi insanlıq əleyhinə cinayətlərini sadalamıram. Deməli, "mənə dəyməyən ilan min il yaşasın" düşüncəsidir. Amma bu gerçək var: kim, harda, hansı terrorçunu bəsləyirsə, qoynunda ilan bəsləyir deməkdir. Hətta bir tənha terrorçuya dəstək vermək belə terrora dəstək verməkdir. O terror isə dönüb-dolaşıb, bir gün onu bəsləyənlərin qapısını döyür. Heç kimə sirr deyil ki, "Əl-Qaidə"ni, İŞİD-i kim, hansı böyük ölkələrin kəşfiyyatları yaradıb, dünyanın başına bəla edib? Məqsəd də məlumdur. Bax, belə bir riyakar yanaşma var. Bu gün özü terror hücumları ilə sarsılan böyük güclər Suriyanın şimalında Türkiyə əleyhinə terror dövləti yaratmağa çalışanlardır. Dediyimiz kimi, Ermənistanı dayanmadan silahlandıranlardır. Azərbaycan prezidenti də bayram ərəfəsində xalqa müraciətində Ermənistanın silahlandırılmasını ən narahatedici təhdid kimi xüsusi vurğuladı. Dünənə qədər bir əldə terror silahı olmuş İrəvan indi əl dəyişdirir. Bunun başqa adı yoxdur. Otuz il ərzində Azərbaycan terrora məruz qaldı, ancaq dünyanın böyük gücləri terrora qarşı dirənən Azərbaycana sanksiya qoydu, terrorçuya isə maliyyə ayırdı. Amma həmin güclər özləri terrorla sarsılanda, Azərbaycanı həmişə yanlarında gördülər. Bu dəfə də Amerikadakı, ondan əvvəl Almaniyadakı, daha əvvəl Fransadakı... terror aktlarını ilk qınayanlardan biri Azərbaycan oldu. Buna baxmayaraq, bizə qarşı terrora əks münasibət gördük. Gəncədə, Bərdədə, Tərtərdə... törədilənləri deyirəm, hələ Xocalını, Qaradağlını, Ağdabanı, Başlıbeli... demirəm. Türkiyəyə münasibət də çox fərqlənmir. 2022-ci ilin fevralında Rusiya Ukrayna sərhədinə qoşun yığan kimi, NATO üzvü olan Qərb dövlətlərinin başçıları dərhal yığışıb antiRusiya koalusiyası qurdu. Halbuki Ukrayna heç NATO-nun üzvü deyil. Ancaq həmin güclər NATO üzrə müttəfiqlərini - Türkiyəni təhdid edənlərə qarşı eyni mövqeni göstərmirlər. Çox qəribədir: Vaşinqton Suriyada öz müttəfiqinin düşməni ilə müttəfiqlik edir.

Belə məşhur söz var: "dünya düzəlmir ki, düzəlmir". Doğrudan da, bəzi siyasətçilərə, hökumətlərə, dövlətlərə heç nə dərs olmur. Öz səhvlərindən belə heç nə öyrənmirlər. ABŞ-ın Luizinana ştatında olsun, ya Parisdə, Moskvada olsun, ya Maqdeburqda, Dəməşqdə olsun, ya Londonda, Tokioda, ya İstanbulda ... fərqi yoxdur. Terror hər yerdə və hamıya qarşıdır. İstənilən bir ölkədəki terror hücumu hamını eyni dərəcədə sarsıdır (yaxud sarsıtmalıdır). Çünki hər bir terrorçunun hədəfi hamıdır. Bu gün Amerikada, Avropada baş verənlər də bunun sübutudur. Terror təşkilatları, bəli, böyük kəşfiyyatların yarımgizli ordularıdır. Buna kimin şübhəsi var?! Ancaq hələ də bir həqiqət dərk olunmayıb: bu terror ordularının düşməni hamıdır. Elə öz sahibləri də.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri