Icma.az
close
up
RU
“TRAMP BAŞA DÜŞÜR Kİ, ARTIQ “BASIB BAĞLAMAQLA” İŞ DÜZƏLMİR” “Rusiya özü də bu savaşdan çıxmaq istəyir...

“TRAMP BAŞA DÜŞÜR Kİ, ARTIQ “BASIB BAĞLAMAQLA” İŞ DÜZƏLMİR” “Rusiya özü də bu savaşdan çıxmaq istəyir...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Krım, Donbas heç vaxt rəsmi qaydada Rusiyaya birləşməyəcək”

Ramiz Yunus: “Hamının imkanı var idi ki, birbaşa Prezidentlə təmas qursun”

Hazırda beynəlxalq forumda iştirak etmək üçün Bakıda olan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “AzPolitika”-nın suallarını cavablandırıb. O, Xankəndidə xarici ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin və Prezident İlham Əliyevin də qatldığı forumun əhəmiyyəti, orada müzakirə olunan mövzular haqda danışıb, daha sonra regionda cərəyan edən mühüm hadisələrlə bağlı fikirlərini açıqlayıb.

- Ramiz bəy, uzun illərdən sonra səhv etmirəmsə, ikinci dəfədir Azərbaycana gəlirsiniz...

- Bəli, rəsmən ikinci dəfədir.

- Keçən il Şuşada keçirilən beynəlxalq forumda iştirak etmişdiniz. Bu ilki səfəriniz Xankəndidə ADA Universitetinin təşkil etdiyi beynəlxalq tədbirlə bağlı idi, orada Prezident İlham Əliyevə sual da ünvanladınız. İstərdik əvvəlcə tədbirlərin əhəmiyyəti barədə danışasınız...

- Keçən ilki media forumunun möhtəşəmliyi onda idi ki, Şuşa şəhərində keçirilirdi. Bu, bir azərbaycanlı olaraq mənim üçün mənəvi cəhətdən çox vacib idi. Siyasi nöqteyi- nəzərdən, ideoloji baxımdan, hörmətli qonaqların iştirakını da nəzərə alsaq, bu tədbirlər çox möhtəşəmdir. Biz Füzuli hava limanından Şuşaya gedən zaman erməni vandallarının 30 il ərzində bizə qarşı həyata keçirdiyi təcavüzün panoramasını onlara nümayiş etdirirdik. Amma digər tərəfdən Azərbaycan xalqı bu torpağın sahibi kimi dağıdılan yerlərə yiyə durub və infrastrukturu çox sürətlə yenidən qurmaqla, inkişaf etdirməklə məşğuldur. Hamı bunun şahidi olub.

- Hər iki tədbir arasında müqayisə aparsaq, nə ilə fərqləndirə bilərsiz?

- Bu dəfə də çoxlu xarici qonaqlar var idi. Peşəkarlıq nöqteyi-nəzərdən isə mənim üçün çox vacib idi. Çünki keçən dəfə media nümayəndələrinin forumu da olsa, orada ekspert qismində iştirak etmişdim. Amma indi sırf ekspertlər, beyin mərkəzlərinin nümayəndələri gəlmişdi. O baxımdan mənim bu tədbirdə iştirakım özüm üçün çox vacib idi. Dünyada gedən proseslər bu forumun əsas mövzusu idi. Həm keçən tədbirdə, həm də bu tədbirdə ölkə başçısı iştirak edirdi. Çox sevindirici haldır ki, bu tədbirlər çox demokratik şəraitdə keçirildi. İlk tədbir dörd saat, bu dəfəki forum isə üç saatdan çox çəkdi. Hamının imkanı var idi ki, birbaşa prezidentlə təmas qursun. Hər kəs istədiyi sualı ünvanlaya bilirdi. Mən özüm də bu imkandan istifadə etməyə çalışdım. Bu il Prezidentə verdiyim sual keçən ilki sualımın davamı idi.

Əvvəlki tədbirdə ABŞ-dəki seçkilərlə bağlı sual vermişdim ki, onun üçün Demokratlarla, yoxsa, Respublikaçılarla işləmək daha rahatdır? Prezident diplomatik qaydada işarə elədi və hər kəs də başa düşdü ki, bizim üçün Respublikaçılarla işləmək daha sərfəlidir. Onlar Azərbaycana və regiona daha praqmatik yanaşırdılar. Bu dəfə isə mən dedim ki, artıq Respublikaçılar hakimiyyətdədir, sizin gözləntiləriniz necə, özünü doğruldurmu? Prezident də açıq dedi ki, “bəli, artıq mən deyə bilərəm ki, ABŞ Dövlət Departamentindən anti-Azərbaycan siqnalları yoxdur”. Yəqin bilirsiz, Tramp Amerikada olan bəzi media strukturlarını da bağlatdırdı və onlara cinayətkar dedi. Bunu bizə görə yox, özünə görə etdi. Çünki onlar hər zaman Trampın əleyhinə fəaliyyət göstərirlər. Məsələn, Samanta Pauerin USAİD təşkilatını, “Amerikanın Səsi” radiosunu və s. qurumları hədəfə aldı. Tramp dedi ki, “Amerikanın səsi” Amerikanın yox, Demokrat Partiyasının səsidir.

- Beynəlxalq forumda regionda və dünyada baş verən proseslər haqda da fikir mübadiləsi oldu. Prezident onlar barədə fikirlərini açıqladı...

- Bəli, qeyd edə bilərik ki, Ukrayna-Rusiya savaşı, Gürcüstanda gedən proseslərlə bağlı Prezidentin səmimi çıxışları oldu. Özü də gəlin səmimi deyək, İlham Əliyev çox açıq danışdı, Azərbaycanın mövqeyini ortaya qoyub dedi ki, biz hər zaman Ukraynanın yanında olmuşuq. Çünki onun ərazi bütövlüyü, suverenliyi beynəlxalq qanunlara uyğun bir məsələdir. Biz özümüz bu yolu keçmişik, bu dərdin içərisində olmuşuq. Ona görə Azərbaycanın başqa mövqeyi ola bilməz.

Mən özüm də Gürcüstandan olan nümayəndə heyətləri ilə söhbətləşdim. Onların yarısı hökumətin, yarısı da müxalifətin tərəfində idi. Hər iki tərəflə təmas qurdum və görürəm ki, hərəsi bizi bir tərəfə dartır. Mən dedim ki, eşitdiz Azərbaycan Prezidenti nə dedi? Mənim də mövqeyim onun mövqeyindən fərqlənmir. Yəni, biz Gürcüstanın içəridən parçalanmasının tərəfdarı deyilik.

- Onları hansı qüvvələr parçalayır?

- Həmin solçu liberal ideologiyası idi, onlar parçalayırlar. Onlar bizim əleyhimizə olan tərəfdir.Dedim ki, biz sizin daxili işinizə qarışmırıq, amma siz məndən şəxsən soruşsanız, səmimi deyərəm ki, Mixail Saakaşvilinin həbsdə olması yaxşı hal deyil. Saakaşvili Azərbaycanın dostudur. Siz Azərbaycanın dostu olan prezidenti həbs etdiniz. Bu, düz deyil, o, azad edilməlidir. Amma yenə də dedim ki, hər nə olursa olsun, Azərbaycan Gürcüstanı heç kimin ayağına verməz. Nə Qərbin, nə rusun, nə İranın, nə də başqasının.

- Ramiz bəy, Ukrayna ətrafında hazırda mühüm proseslər gedir. Tramp sosial şəbəkədə yazıb ki, Avropada Ukrayna heyəti ilə danışıqlar olacaq. Sonra Trampın nümayəndəsi Uitkoff Rusiyaya səfər etməlidir və əgər razılaşma əldə olunmasa, Amerika prosesdən çəkiləcək. Bu, Amerikanın qəti mövqeyidirmi, yoxsa diplomatik təzyiq formasıdır?

- Bu, əlbəttə ki, bir diplomatik təzyiq formasıdır. Tramp yenə də özü üçün yer eləyir və başa düşür ki, artıq “basıb-bağlamaqla” iş düzəlmir. Seçkiqabağı ərəfədə danışırdı ki, 24 saata müharibəni bitirəcəm, sonra Ağ Evə gəlib “30 gün” dedi. Təzə-təzə hakimiyyətə gələndə Putinin “qoltuğuna qarpız atırdı”, Ukraynaya təzyiq göstərirdi. Ukrayna dirəndi, Zelenski ilə Ağ Evdəki skandalı da gördünüz. Tramp olmasın, başqa biri olsun, Zelenski mövqeyindən əl çəkməyəcək. Çünki geriyə yol yoxdur artıq... Bu baxımdan Tramp başa düşdü, anladı ki, Ukraynaya nə qədər təzyiq etsə, xeyri yoxdur.

- Ərazi güzəştlərindən və ümumiyyətlə, Krımın Rusiya torpağı kimi tanınmasından söhbət gedir...

- Boş söhbətlərdir.

- Media yazır ki, bunu Amerika təklif edib...

- Amerika bunu təklif edə bilməz. Sadəcə, Moskva təbliğatı bunu gündəmə gətirir. Baxın, Azərbaycanla Ermənistan arasında yaşanan münaqişə zamanı bizə 1994-cü ildə Bişkek sənədi imzalatdılar. Heç bir imkanlarımız olmasa da, zəif olsaq da, o sənəddə ərazi güzəşti ilə bağlı heç nə olmayıb.

- Bəs hansı şərtlər olmalıdır ki, real atəşkəs olsun?

- Bişkek protokolu kimi bir forma olmalıdır. Amma bunun üçün kimsə güc göstərməlidir. Məsələn, Amerika Rusiyaya qarşı güc göstərməlidir.

- Bu, mümkündürmü?

- Əlbəttə ki, mümkündür.

- Sizcə Trampda Putin qarşı belə bir iradə var?

- Onda nə qədər istəyirsiz iradə var. Onun psixotipajı buna imkan verir. Amerikanın resursları da kifayət qədər çoxdur. Edə bilər, sadəcə buna getmir, marağında deyil. Ona görə mən hər zaman deyirəm ki, bu gedişatla müharibə davam edcək. Ukrayna isə yenə dirəniş göstərəcək. Avropanın da burada rolu böyükdür. Gördüyünüz kimi, Avropa bu məsələdə dirəniş göstərir. Ukraynanın istədiyi kimi yox, amma yenə də dirəniş göstərir. Mən hesab edirəm ki, Krım, Donbas heç vaxt rəsmi qaydada Rusiyaya birləşməyəcək. Birləşmiş Millətlər Təşkilatı, nə də Qərbdə olan heç bir ölkə bunu heç vaxt tanımayacaq. Sadəcə, Bişkek protokolu səviyyəsində razılaşma əldə etmək üçün gərək heç olmasa 2-3 ölkə tapılsın. Biri Böyük Britaniyadır, nüvə silahına malikdir. Orada Türkiyə də olmalıdır, çünki Avropada ən güclü orduya malikdir. Ukraynaya 15-20 minlik ordu da göndərilməlidir ki, ukraynalılarla rusların arasında dayansın.

- Rusiya qəti şəkildə bu planın əleyhinədir...

- Rusiya təbii bunun əleyhinə olacaq. Amma siyasi iradə ortalıqda olsa və buna Amerika dəstək versə, əlbəttə ki, bu, mümkündür. Çünki rusun özü də bu savaşdan çıxmaq istəyir. Amma bilmir ki, hansı yolla çıxsın. Onlar başa düşürlər ki, uğur qazanmasalar da, uduzmayıblar. İndi sadəcə dayanmaq lazımdır. Çünki Rusiyanın qabağa getmək üçün resursları qalmayıb. Ukraynanın da gücü qalmayıb. Bişkek sənədi də belə idi. Sadəcə, ermənilərin səhvi o oldu ki, onlar ruslara güvəndilər və arxayın idilər ki, hər zaman belə olacaq. Biz də bundan istifadə etdik, güc topladıq və gedib torpaqlarımızı azad etdik. Ukrayna da belə ola bilər. Ona görə də hansısa qüvvə qarant olmalıdır. İndi sual budur, kim qarant olacaq ki, sabah ruslar yenidən müharibəyə başlamasınlar? Buna görə də güc olmalıdır. Ukraynada qoşunlar olmasa, kimsə siyasi iradə göstərib qarant durmasa, savaş davam edəcək.

- Rusiyanın resursları ona savaşı nə qədər, hansı müddətə davam etdirməyə imkan verir?

- Ruslarda Ukraynaya baxanda resurslar daha çoxdur, amma buna baxmayaraq imkanları məhdudlaşıb. Resurslar bu gün birbaşa hərbi zavoddan cəbhəyə daşınır. Ukraynaya gəldikdə, əlbəttə, bu gün istifadə olunan silah-sursatların əksəriyyəti Amerikaya məxsusdur. Avropa da yavaş-yavaş hərbi sənaye kompleksini işə salır. Pulları və imkanları da var. Sadəcə, buna iki- üç il vaxt lazımdır.

- Ukraynanın müdafiə sənayesinə yardım etmək Ukraynaya birbaşa silah göndərməkdən daha məqbul variant hesab olunur. Avropa müttəfiqləri belə bir nəticəyə gəlmək üzrədirlər. Ukraynaya məxsus dron, raket istehsalı xeyli inkişaf edib. Bu plan Rusiyanın qarşısında davam gətirməyə imkan verəcəkmi?

- Ola bilər, hazırda imkan verir. Sadəcə, mütəxəssislərdən, məsələn, hərbi ekspert Adil Rüstəmovdan soruşsanız, o, daha yaxşı izah edə bilər. Mən sadəcə siyasi nəzərdən deyə bilərəm. Bu gün Avropa anlayıb ki, Ukraynanın taleyi Avropa İttifaqının, NATO-nun taleyi deməkdir. Məhz buna görə onlar hərəkət edirlər. Hesab edirəm ki, pullar da tapılacaq, təzə ideyalar da ortalığa qoyulacaq və siyasi iradə nümaiş etidiriləcək.

- İran ətrafındakı vəziyyət barədə fikrinizi öyrənmək istərdik. Dünən elan olunub ki, danışıqların növbəti raundu keçiriləcək. İranın xarici işlər naziri deyir ki, hələ uzunmüddətli yolun başlanğıcındayıq. İsrail isə digər tərəfdən təzyiq edir ki, İranın hərbi obyektləri vurulmalıdır. Sizcə, hansı variantların tətbiq olunacağı daha ağlabatandır?

- Artıq demək olar ki, genişmiqyaslı müharibə olmayacaq. Çünki İran İraq deyil, Tramp özü də bunu istəmir. Sadəcə, İranın ətrafında gedən proseslər Trampa öz siyasi imicini qoruyub saxlamağa imkan verə bilər. Çünki Rusiya-Ukrayna savaşında biabır olur. Yaxın Şərqdə İsrail-Fələsin məsələsində irəliləyiş yoxdur. İranın nüvə silahı əldə etmək niyyəti heç kəsi qane etmir. Hətta Rusiyanı da. İranın hərbi qüvvələrini, bazalarını, zavodlarını bombardman edə bilərlər. Çox güman ki, hadisələr buna doğru inkişaf edir. Bunu iranlılara da açıq aşkar deyirlər.

- Bu, regionda eskalasiyaya səbəb ola bilərmi? Daha öncə İranın İsrailə qarşı əks addımlarını görmüşük...

- İran addım atdı, nə oldu? Qabaqcadan dedi, ham hazır olsun, sonra da 300 raket atdılar. Yenə də belə olacaq. İran hakimiyyəti özü istəyir ki, hadisələr bu səviyyədə olsun. Çünki bu yolla içəridə güc toplayırlar. “Xaricdən bizə düşmən gəlir, düşmənə qarşı bir olaq” deyirlər. Bunların taktikası Paşinyanın taktikası kimidir. Paşinyan bizim tələblərimizi qəbul edir, lakin bunu öz xoşluğu ilə etsə, vətən xaini olur. Buna görə də ona güc göstəririk və hər dəfə zərbə alanda geriyə bir addım atır. İndi İran da görüntü yaradır ki, guya müqavimət göstərir. Amma İran həm də istəyir ki, hansısa razılıq əldə etsin.

- İsrail istəmir amma...

- İsrail yox, Benyamin Netanyahu istəmir. O, başa düşür ki, Qəzzada olanlar ona ayaqda qalmağa kömək edir. Bu olmasa, hakimiyyətdən gedəcək və məhkəmə qarşısına çıxacaq. Xalqın yarısı onun əleyhinədir. O, bunu başa düşür. İrana məhdud zərbələr daha da realdır. Bu, hər iki tərəfin xeyrinədir. Hətta Xameneinin xeyrinə də olacaq. Sonda yenə saziş imzalanacaq. İran yaxşı başa düşür ki, onlara imkan verməyəcəklər nüvə silahları olsun.

- Sonda Azərbaycanla Ermənistan arasında sülh perspektivinə necə baxırsınız? Bu il ərzində sülh sazişi imzalana bilərmi?

- Ortalıqda olan 17 bəndlik yol xəritəsi imzalana bilər. Amma bizim dediyimiz klasik mənada sülh sazişi imzalana bilməz. Ermənistan bu məsələni uzadır, amma istəsə parlament vasitəsilə tez edə bilərlər. Bizə də tələsmək lazım deyil.

- Tələsən yerimiz yoxdur yəni...

- Bəli, hara tələsirik?!

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see123

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see119

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see119

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see117

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see116

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see116

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see114

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see114

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see114

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see113

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see112

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see112

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see111

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri