Icma.az
close
up
RU
Dünya İqtisadi Forumu: Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir

Dünya İqtisadi Forumu: Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Dünya İqtisadi Forumunun (DİF) rəsmi səhifəsində “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən necə istifadə edir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın süni intellekt texnologiyalarını enerji sektoruna inteqrasiya edərək səmərəliliyi və dayanıqlılığı artırmaq istiqamətindəki mühüm addımları qeyd olunub. “Ölkə COP29 çərçivəsində aparılan müzakirələr fonunda bərpaolunan enerjidən istifadəni genişləndirmək və karbonsuzlaşma hədəflərinə nail olmaq üçün süni intellekt əsaslı həlləri tətbiq edir”, - deyə məqalədə bildirilib.

Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzi ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə həyata keçirdiyi “Enerjidə süni intellekt həlləri” təşəbbüsü çərçivəsində yerli tərəfdaşların iştirakı ilə enerji istehlakının optimallaşdırılması, infrastruktur üçün proqnozlaşdırılan texniki xidmətlərin təkmilləşdirilməsi və süni intellekt əsaslı enerji tələbinin proqnozlaşdırılması kimi qabaqcıl yanaşmalar yer alır.

Qeyd edək ki, bu həll konseptlərinin həyata keçirilməsi məqsədilə Azərbaycanda pilot layihələrin icrasına başlanılıb. Layihələr çərçivəsində ağıllı sensorlar və prediktiv süni intellekt alqoritmlərinin tətbiqi ilə enerji istehlakına 30 faizə qədər qənaət edilməsi və karbon emissiyalarının 25-30 faiz səviyyəsində azaldılması hədəflənir. Bundan əlavə, Azərbaycanın bərpaolunan enerji potensialından maksimum istifadə edərək qlobal yaşıl enerji tədarükçüsü kimi çıxış etməsi istiqamətində mühüm addımlar atılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see228

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see212

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see171

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see171

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see147

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri