Icma.az
close
up
RU
Amnistiya aktı minlərlə insan üçün yeni həyat deməkdir ŞƏRH

Amnistiya aktı minlərlə insan üçün yeni həyat deməkdir ŞƏRH

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Amnistiya aktı ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcək. Bu qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu həm də amnistiyaya düşəcək insanların doğmalarının, yaxınlarının sevincinə səbəb olacaq: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb.

Bu təşəbbüs Dövlət Başçımızın humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımdır. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur.

Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq.

Qeyd edim ki, Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır.

Müstəqillik dövründə ölkəmizdə 70-ə yaxın əfv qərarı və 10-dan çox amnistiya aktı qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hislərindən irəli gələn qərarları ilə onun prezidentliyi dövründə ümumilikdə 7 amnistiya aktı qəbul edilib.

Müxtəlif illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə etmişdir.

2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsini qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub.

Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir.

Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük töhfə verəcəkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri