Dünyada bir ilk: Bu şəhərdə ağaclara hüquq verildi
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Lüis şəhəri ağacların hüquqlarını rəsmi şəkildə tanıyan ilk şəhər olub.
Banco.az xəbər verir ki, şəhər Şurasının yekdilliklə təsdiqlədiyi “Ağac Xartiyası” ilə ərazidəki ağacların, çəpərlərin və meşəliklərin özünəməxsus dəyərə malik olduğu qəbul edilib.
Qaydalara əsasən, şəhərin florasının təbii həyat dövrünü davam etdirmək, ekoloji funksiyalarını yerinə yetirmək, inkişaf etmək və təkamül proseslərini qorumaq hüququ olduğu vurğulanır.
Mütəxəssislərin sözlərinə görə, bu qərar qlobal miqyasda genişlənən “təbiət hüquqları” hərəkatının bir hissəsidir. Boliviya, Panama və Yeni Zelandiya kimi ölkələrdə də çaylara, meşələrə və digər təbii sərvətlərə hüquqi status verən yanaşmalar tətbiq olunur.
Bununla belə, “Ağac Xartiyası” ağaclara insanlarla eyni hüquqi səlahiyyətlərin verilməsi anlamına gəlmir. Sənəd mövcud qanunvericiliyi dəyişdirmir və ağaclar üçün ayrıca hüquqi mexanizm yaratmır.
Təşəbbüsün əsas məqsədi yerli hökumətin və ictimaiyyətin ağaclara münasibətini dəyişmək, onların qorunmasına daha ciddi yanaşmanı təşviq etməkdir.
Ağacların daşqın riskinin azaldılması, havanın təmizlənməsi və karbonun saxlanılması kimi ekoloji funksiyaları da qərarın əsaslandırılmasında xüsusi vurğulanıb.
Yerli ekoloji qruplar isə Lüisdəki təcrübənin Ouse çayı hövzəsindəki qonşu bələdiyyələrdə də tətbiq olunması üçün fəaliyyət göstərirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















