Icma.az
close
up
RU
“Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır” “Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır”

“Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır” “Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “Facebook” hesabında Azərbaycanda tətbiq edilən etibarnamə sistemini kəskin tənqid edib. “AzPolitika.info” xəbər verir ki, onun sözlərinə görə, sovet dövrünün repressiya və korrupsiya aparatının bir hissəsi olan bu sistem bu gün yalnız Azərbaycanda mövcuddur.

Professor bildirib ki, Beynəlxalq Şəffaflıq təşkilatının hesablamalarına əsasən, keçmiş SSRİ məkanında ən çox korrupsiya yaradan mexanizmlərdən biri məhz avtomobillərin idarə olunması üçün tətbiq edilən “etibarnamə” olub: “Kommunist sistemi dağıldıqdan sonra bütün postsovet ölkələri bu qaydanı ləğv etdilər və nəticədə korrupsiya əhəmiyyətli dərəcədə azaldı. Ancaq Azərbaycanda bu sistem nəinki aradan qaldırılmadı, əksinə, daha da sərtləşdirildi. Qaydanı pozanlara qarşı cərimələr dəfələrlə artırıldı.”


Məmmədovun sözlərinə görə, hazırda BMT-yə üzv 193 ölkədən yalnız biri – Azərbaycan Respublikası gündəlik praktikada avtomobil idarə etmək üçün yazılı etibarnamə tələb edir.

O, digər ölkələrdəki vəziyyəti belə müqayisə edib:

"-Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova – bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və hüquqi əməliyyatlarda istifadə olunur.

-İran, Türkmənistan, Özbəkistan – etibarnamə məcburi deyil, əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar zamanı tələb olunur.

-Şimali Koreya – burada gündəlik sürücülük üçün etibarnamə tələb olunmur, çünki avtomobillərin əksəriyyəti dövlətə məxsusdur.

-Bəzi Afrika və Asiya ölkələri – etibarnamə yalnız kommersiya və hüquqi kontekstdə istifadə olunur".


Məmmədov vurğulayıb ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycan dünyada avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan yeganə ölkədir: “Niyə BMT-yə üzv 193 ölkənin 192-si bu korrupsiya yaradan, vətəndaşlıq və mülkiyyət hüquqlarına zidd olan qaydanı ləğv etdiyi halda, yalnız Azərbaycan onu daha da sərtləşdirir? Ailə üzvü ortaq mülkiyyətdə olan avtomobili idarə etdiyinə görə cərimə olunur və maşın cərimə meydançasına aparılır. Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır.”

Professor sonda ümid etdiyini bildirib ki, Azərbaycan parlamenti və hökuməti bu vəziyyəti nəzərə alaraq, cəmiyyətdə narazılıq doğuran bu lazımsız qaydanın ləğvi istiqamətində addımlar atacaq.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri