Dünyanı xilas etdim... Tramp
Bakupost saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp verdiyi növbəti qalmaqallı bəyanatlarla beynəlxalq gündəmin mərkəzinə düşüb.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri öz səlahiyyətləri, xarici siyasətdəki uğurları, siyasi rəqibləri və İsveçrəyə qarşı ehtimal olunan addımları barədə diqqətçəkən fikirlər səsləndirib.
Tramp ilk növbədə öz fəaliyyətini və səlahiyyətlərini dəyərləndirərək bildirib: “Mən istədiyim hər şeyi edə bilərəm. Mən 8 müharibəni — böyük müharibələri həll etmişəm və milyonlarla insanın həyatını xilas etmişəm. İndi daha biri yaxınlaşır. Bütün girovları geri qaytarmışam. Məndən əvvəl heç kimin etmədiyi işləri görmüşəm. Özümü tərifləmirəm, sadəcə faktları deyirəm. Yəqin ki, heç bir başqa prezident tək bir müharibəni belə həll edə bilməyib”.
Mariya Korina Maçado ilə görüşünə və Nobel mükafatına toxunan ABŞ lideri əlavə edib: “Mariya Korina Maçado mənə Nobel mükafatını təqdim edəndə dedi: ‘O, bu mükafatı yalnız bu il deyil, Nobel mükafatı tarixində heç kəsin haqq etmədiyi qədər çox haqq edir’”.
İranın nüvə proqramı və qlobal təhlükəsizlik haqqında danışan Tramp dünyanı fəlakətdən xilas etdiyini iddia edib: “Bəlkə də mən dünyanın tamamilə məhv edilməsinin qarşısını aldım, çünki İran heç vaxt nüvə silahı əldə etməyəcək. Bu, çox müsbət bir şeydir. Digər prezidentlər bunu məndən əvvəl etməli idilər”.
Siyasi rəqiblərinə — Hillari Klinton, Co Bayden və Barak Obamaya toxunan prezident prezidentlik institutuna hörmət etdiyini vurğulayıb: “Mən Hillari Klintonla, Co Baydenlə, Barak Hüseyn Obamaya çox pis şeylər edə bilərdim. Amma bunun yanlış olduğunu düşündüm, çünki prezidentlik məqamına hörmətlə yanaşmaq lazımdır”.
Sonda İsveçrə ilə ticarət əlaqələrinə gəlincə, Tramp saat idxalını dayandırmaqla hədələyib: “İsveçrəyə baxın — onların nəhəng ticarət kəsiri var, amma yenə də elit sayılırlar. Yaxşı, əgər biz İsveçrə saatlarını almaqdan imtina etsək, onlar artıq elit sayılmayacaqlar, biz isə təxminən 40 milyard dollar qənaət edəcəyik”.
Baxış sayı:102
Bu xəbər 07 Oktyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















