Icma.az
close
up
RU
Dünyanın ən böyük dəyər yaradan bacarığı...

Dünyanın ən böyük dəyər yaradan bacarığı...

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Tarix bir həqiqəti dönə-dönə söyləyir: qalıcı güc birlikdən doğur

Bir toplum nə vaxt yoxsullaşır?

Pulunu itirəndəmi?

Torpağını itirəndəmi?

Yoxsa gücünü itirəndə?

Tarix başqa şey deyir. Bir toplum ən əvvəl birlik qurmaq bacarığını itirəndə yoxsullaşır. Pul yenidən qazanılar. Şəhərlər yenidən tikilər. Dağılan yollar yenidən çəkilər. Ancaq bir-birinə inanmağı, çiyin verməyi və birlikdə dəyər yaratmağı unutmuş toplumun ayağa qalxması çox çətin olar.

Biz çoxdan bir yanlışı doğru sanmağa başlamışıq.

Elə bilirik ki, güc təkbaşına böyüməkdir. Halbuki yer üzündə qalıcı iz qoymuş heç bir böyük iş tək adamın gücü ilə yaranmayıb. Hər böyük dəyişiklik əvvəl insanların bir-birinə inanması, sonra bir-birini tamamlaması, daha sonra isə ortaq bir dəyər yaratması ilə başlayıb.

Dil də birlikdən doğub.

Yurd da birlikdən doğub.

Elm də birlikdən doğub.

Sənət də birlikdən doğub.

Böyük dövlətlər də, böyük düşüncə məktəbləri də, böyük iş qurumları da.

İnsan min illər boyu yalnız güclü olduğu üçün yaşamayıb. Bir-birinə güvəndiyi üçün yaşayıb. Araşdırmalar göstərir ki, toplumu irəli aparan yalnız ağıl deyil. Ağılın birləşə bilməsidir. Tək bir insanın bilgisi məhduddur. Bir-birinə güvənən insanların bilgisi isə böyüyərək ortaq ağla çevrilir. Güvən olmayan yerdə bilgi gizlənir. Bilgi gizlənən yerdə dəyər yaranmır. Dəyər yaranmayan yerdə isə gələcək qurulmur.

Bəlkə də buna görə eyni dili danışan, eyni yurdu sevən, eyni ağrını yaşayan insanlar bəzən bir-birindən uzaq düşür. Bir süfrədə otururuq, ancaq eyni yükün altına girməkdən çəkinirik. Başqasının qazancını öz qazancımız saymırıq. Onun yüksəlməsini öz yolumuzun daralması kimi görürük.

Halbuki birlik eyniləşmək, bir birini təkrarlamaq  deyil.

Birlik hər kəsin öz yerini tapmasıdır.

Birlik hamının eyni düşünməsi deyil. Ayrı-ayrı düşüncələrin ortaq bir yönə çevrilməsidir.

Birlik özündən vaz  keçmək deyil. Öz gücünü elin gücünə qatmaqdır.

Birlik başqasının qarşısında  əyilmək deyil. Bir-birini tamamlamaqdır.

Ən böyük yanılğımız da elə burada başlayır. Gücü başqasının payını əlindən  almaqda axtarırıq. Yer üzündə isə həmişəlik güc heç bir çağ bölüşdürülmüş paydan yaranmayıb. Yeni qaynaq quranlar tarix yazıb, hazır qaynağa sahib çıxmağa çalışanlar isə tarixdə  kecici  iz buraxıb.

Gərçək üstünlük savaşa girmədən qazanılır.

Çünki savaş çox vaxt  var olan dəyəri   bölüşdürür. Yaradıcılıq isə boşluqdan yeni bir düşüncə  quruluşuna  can verir.

Yer üzündə  hər yeri kəşf edilsə də, ancaq insanlar tərəfindən  məskunlaşmamış torpaqlar  çoxdur. Qarşılanmamış ehtiyaclar, görülməmiş işlər, qurulmamış bağlar, bir-birini tapa bilməyən insanlar, işlədilməmiş bacarıqlar, dəyərə çevrilməmiş biliklər... Birlik qurucusunun gözü həmin boşluğu görür. O, başqasının yerinə göz dikmir. Öz yerini yaradır.

Tarix bunun örnəkləri ilə doludur.

Göytürk qurultaylarında güc yalnız qılıncla ölçülmürdü, sözün də yeri vardı. Türk obasında heç bir oba təkbaşına el ola bilməzdi. El, obaların bir-birinə dayaq durması ilə yaranırdı. Ahi Evran sənətkarı yalnız çörək qazanan adam kimi deyil, başqasını da yetişdirən kişi kimi görürdü. Renessans bir dahinin deyil, yüzlərlə düşünənin bir-birini bəslədiyi çağ idi. Hansa Birliyi şəhərləri rəqib olmaqdan çox ortaq qazancın gücü ilə tanış etdi. Toyota rəqabəti yalnız zavodun içində axtarmadı, hər işçini düşünən adama çevirdi. Silikon Vadisi bilgini gizlətməklə yox, paylaşan ağlın yaratdığı çevrə ilə böyüdü. NASA-da heç kim Aya tək çıxmadı. Finlandiya bilik yarışını deyil, öyrənmə ortaqlığını gücləndirdi. Avropa Birliyi yüz illərlə savaşan xalqların bir masa arxasında gələcək qurmağa çalışmasının örnəyinə çevrildi.

Tarix bir həqiqəti dönə-dönə söyləyir: qalıcı güc birlikdən doğur.

Biz isə çox vaxt birliyi yanlış anlayırıq.

Yeyib-içmək üçün bir araya gəlməyi birlik sayırıq.

Şəkil çəkdirməyi birlik sayırıq.

Alqışlamağı birlik sayırıq.

Halbuki birlik çətin gündə sınanar. Yük ağırlaşanda çiyin vermək birlikdir. Bildiyini gizlətməmək birlikdir. Səndən irəli gedənə paxıllıq etməmək birlikdir. Səndən geri qalanı yanında aparmaq birlikdir. Başqasının uğurunu öz uğurun kimi qarşılamaq birlikdir.

Başqasının qazancını öz itkin sayan adam birlik qura bilməz.

Başqasının ucalığından qorxan adam birlik yaşada bilməz.

Başqasının yolunu kəsən adam bir gün öz yolunu da bağlayar.

Bizi parçalayan yalnız fikir ayrılığı deyil. Bizi ən çox içimizdə böyütdüyümüz kiçik "mən" parçalayır. Vəzifə həvəsi, görünmək istəyi, qısqanclıq, güvənsizlik, gizlətmək alışqanlığı, "mən olmasam olmaz" düşüncəsi... Birliyin ən təhlükəli düşmənləri çöldən gəlmir. İçəridə böyüyür.

Buna görə də birlik qurmaqdan əvvəl insan öz içində bir çevriliş etməlidir.

İç "mən"i iç "biz"ə çevirməlidir.

Bu, özündən vaz keçmək deyil. Özünü daha böyük bir anlamın içində tamamlamaqdır.

Törə də bunu öyrədirdi.

Törə yalnız yasa deyildi. Bir-birinə dayaq olmaq idi. Sözə sahib çıxmaq idi. Əməyin dəyərini bilmək idi. Böyük qazancın böyük məsuliyyət gətirdiyini unutmaq deyildi. Üstün gücü yalnız özün üçün deyil, bütün yurd üçün işlətmək idi.

Keçici duyğulara uyub parçalamaq istəyənlər həmişə olacaq. Ancaq üstün gücü Törə ilə qoruyanlar insanları birləşdirməyə çalışacaq.

Çünki gərçək dəyər təkbaşına böyümək deyil, böyüdükcə başqalarını da böyütməkdir.

Bu dünyadakı dəyərimiz qazandığımız var-dövlətlə ölçülmür. Yaşadığımız toplumun yaşantısına qatdığımız dəyərlə ölçülür.

Yetənək başlanğıcdır.

Ancaq yetərli deyil.

Bilik işlədilmədikcə gücə çevrilmir.

Öyrənmək yetmir.

Yaratmaq gərəkdir.

Yaratmaq da təkbaşına olmur.

Duyğusuz işdən qalıcı dəyər doğmur. Könlünü qatmadığın iş uzun yaşamır. Ağıl yol göstərər, sevgi yol saxlayar. Güvən isə o yolu gələcək nəsillərə çatdırar.

Bəlkə də buna görə hər birimizə doğulanda iki yol verilir.

Birinci yol arayış yoludur. Öyrənmək, çalışmaq, tər tökmək, dəyər yaratmaq və iz buraxmaq yoludur.

İkinci yol isə hazır qəliblərin içində ömür keçirməkdir.

Birincisi insanı bənzərsiz edir.

İkincisi onu yavaş-yavaş özündən uzaqlaşdırır.

Yer üzündə hər canlının gözəlliyi onun özəlliyindədir. İnsan da başqasını yamsıladıqca kiçilər, öz səsini tapdıqca böyüyər. Hər kəsin bacardığı işləri görməklə seçkin olmaq mümkün deyil. Seçkinlik yeni dəyər yaratmaqdan doğur.

Keçmişinə bağlı ol, anı yaşa, gələcəyə köklən.

Öz dilində düşün.

Çağın bilgisini öyrən.

Kökünü unutma.

Arayışı dayandırma.

Çünki hər gün bir dəyəri dəyişdirən, bir gün bütün dəyərləri dəyişdirər.

Bu gün Azərbaycanın ən böyük ehtiyacı yalnız yeni yollar, yeni binalar və yeni qurğular deyil.

Ən böyük ehtiyacı birlik qurma bacarığıdır.

Bilik adamının bilgisi o biri aydınlara  yol açmalıdır.

İş quran adam başqa iş adamının uğurundan güc almalıdır.

Yaradıcı adamı başqa sənət adamının səsini yüksəltməlidir.

Media adamı toplumun önündəki gərçəkləri  gizlətməməli, ulusun bir birinə olan güvənini böyütməlidir.

Dəyər yaradıcısı  təkçə  öz ad sanını deyil, yaşadığı toplumun gələcəyini  düşünməlidir.

Özü üçün yaşayan adam özü , eli  və yurdu üçün yaşayan isə yurdu boyda adam olar.

Bu yazını oxuyarkən bir anlıq özündən soruş:

Mən hansı birliyi böyüdürəm?

Mən nəyi bölüşürəm?

Mən kimə yol açıram?

Mən yeni hansı dəyər  qaynağı yaradıram?

Əgər bu suallar içində səni düşündürdüsə deməli, içində hələ sönməmiş bir köz var.

O köz dəyər yaratmaq istəyidir.

O köz çiyindaş axtaran könüldür.

O köz birlik qurmaq istəyən insandır.

Belə insanlar artıq bir-birini axtarmağa başlayıb.

Onlar başqasının payını almaq üçün deyil, yeni dəyər yaratmaq üçün bir araya gəlirlər.

Onlar bilir ki, dünyanın ən böyük varlığı , zənginliyi  pul, neft və qızıl deyil.

Dünyanın ən böyük gəlirli qazancı  birlik qurmaq bacarığıdır.

Bu yolu seçənlər artıq bir ad altında bir-birini tanıyırlar.

Onlar özlərini Çölçü adlandırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Avqust 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri