Icma.az
close
up
RU
Dünyanın ən işlək beynəlxalq hava limanı birdəfəlik bağlanır

Dünyanın ən işlək beynəlxalq hava limanı birdəfəlik bağlanır

Icma.az, Lent az saytına istinadən bildirir.

Dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilən və 1960-cı ildən fəaliyyət göstərən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanacağı gözlənilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar Birləşmiş Ərəb Əmirliklərinin qlobal aviasiya və loqistika sahəsində liderliyini gücləndirmək məqsədi daşıyan genişmiqyaslı strategiyasının bir hissəsidir.

Qeyd olunur ki, DXB hava limanında həyata keçirilən bütün əməliyyatlar mərhələli şəkildə hazırda böyük modernizasiya prosesi keçən Əl-Məktum Beynəlxalq Hava Limanı (DWC) köçürüləcək. Təxminən 38 milyard dollar dəyərində qiymətləndirilən yenidənqurma layihəsi başa çatdıqdan sonra DWC-nin dünyanın ən böyük aviasiya mərkəzinə çevrilməsi planlaşdırılır.

Köçürülmə prosesi hazırda DXB-də fəaliyyət göstərən bütün xidmətləri və uçuşları əhatə edəcək. Buraya Emirates və flydubai aviaşirkətlərinin reysləri də daxildir.

Layihənin tamamlanmasından sonra Dubay Dünya Mərkəzi bölgəsində yerləşən yeni hava limanının ildə 260 milyon sərnişinə xidmət göstərməsi nəzərdə tutulur ki, bu da dünya üzrə rekord göstərici sayılır.

Modernizasiya planına beş paralel uçuş-enmə zolağının və təxminən 400 təyyarə çıxış qapısının tikintisi daxildir. Hava limanının inkişafına cavabdeh olan Dubay Aviasiya Mühəndisliyi Layihələri şirkətinin məlumatına görə, yeni kompleks ağıllı hava limanı sistemləri və sərnişin yönümlü xidmətlərin yeni dövrünü formalaşdıracaq.

Dubay Hava Limanı şirkətinin baş direktoru Paul Griffiths bildirib ki, bir-birinə yaxın məsafədə yerləşən iki iri aviasiya mərkəzinin eyni vaxtda fəaliyyət göstərməsi iqtisadi baxımdan məntiqli deyil. Onun sözlərinə görə, DXB infrastrukturunun böyük hissəsi həmin dövrədək istismar müddətinin sonuna yaxınlaşacaq və hava limanını açıq saxlamaq yalnız böyük investisiyalar hesabına mümkün olacaq.

Mütəxəssislər qeyd edirlər ki, DXB-nin bağlanmasının əsas səbəblərindən biri də onun yerləşdiyi ərazidir. Hava limanı böyük avtomobil yolları və yaşayış massivləri arasında yerləşdiyindən onun daha da genişləndirilməsi demək olar ki, mümkün deyil.

İlkin plana əsasən, əsas köçürmə prosesinin 2032-ci ildən başlanacağı gözlənilir. Bununla belə, layihənin tam şəkildə yalnız 2057-ci ildə yekunlaşacağı bildirilir.

Bundan əlavə, yeni hava limanının gələcəkdə yüksək sürətli Etihad Rail dəmir yolu sistemi ilə inteqrasiya olunması planlaşdırılır. Bu layihə sayəsində Dubai ilə Abu Dabi arasında səyahət müddətinin təxminən 30 dəqiqəyə qədər azalacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyun 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri