Icma.az
close
up
RU
Dünyanın ilk şəhəri insanlığın kökünün sirrlərini saxlayan Uruk harada yerləşir? FOTO

Dünyanın ilk şəhəri insanlığın kökünün sirrlərini saxlayan Uruk harada yerləşir? FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli.Az-ın "Qədimdən bu günə" rubrikasında qədim Sumer şəhəri olan Urukdan bəhs edəcəyik.

Dünyanın ilk şəhəri, insanlığın kökünün sirrlərini saxlayır. Gəlin E.ə. 6500 ilə 4000 illəri arasında inkişaf etdiyi güman edilən antik Sümer şəhəri Uruka zaman səyahəti edək.

Bugünkü Cənubi İraqda yerləşən Uruk, həyat və yeniliklə dolu dünyanın ilk şəhəri olaraq qəbul edilir.

1849-cu ildə arxeoloq William Lofts tərəfindən kəşf edilən bu möhtəşəm sahə, bu gün şəhər mədəniyyətinin səhərini çox maraqlı bir pəncərədən nümayiş etdirir.

Bir çox yazar Uruku dünyanın ilk şəhəri olaraq adlandırır və insanlığın kökünün sirrlərinin orada gizli ola biləcəyini irəli sürür.

Yoxsa bəlkə də atalarımızın "tanrılar" olaraq adlandırdığı varlıqların endiyi yerdir.

Uruk antik bir Sümer şəhəridir. Bu gün Tel el-Varka adı ilə tanınır. Şəhər Fırat çayının indiki yatağının şərqində, çayın əvvəllər qurumuş bir kanalının üzərində yerləşir. Bugünkü İraqda, Müsənna vilayətinin paytaxtı Semave şəhərindən 30 km şərqdədir. Uruk Babil dövründə də mövcud olub. Müqəddəs Kitabda şəhərin adı Erek olaraq keçir.

Uruk Sümer Krallar Siyahısına görə, Enmerkar tərəfindən qurulub. Şəhər ən böyük zənginliyini Gılgamışın hökmdarlığı dövründə yaşayıb. Gılgamış şəhərin divarlarını tikdirib, ticarəti gücləndirib, istehsalatı artırıb və Uruku dövrünün ən möhtəşəm şəhəri edib. Uruk göy tanrısı Ana (və ya Anu) həsr olunmuş Qərbdəki Kullaba və sevgi tanrıçası İnannaya (Akkadca İştar) həsr olunub. Bura Şərqdəki Eanna adlı iki yaşayış yerinin birləşməsindən ibarət olub.

Sümer dövründə ən mühüm şəhərlərdən biri olan Uruk tanrıların böyüyü Anuya ithaf edilmiş bir zigguratın ətrafında 6 km-lik bir sahəyə yayılıb və təxminən 80.000 nəfərlik bir şəhər olduğu güman edilir. Sümer tabletlərinə görə, İnanna/İştar sonradan bu mühüm şəhərdə özünə bir məbəd inşa etdirərək Anunun məbədi ilə rəqabət aparıb. Gılgamış Dastanında bu mövzuya toxunulur. Şəhərin İnannaya ibadət üsullarının qeyri-düzgünlüyü səbəbindən pozulduğu düşünülür. Xüsusən Anunun baş kahini narahatlıqlarını bildirir. Anuya verilən əhəmiyyətin itdiyi, İnannanın baş tanrıça kimi göründüyü bir dövrdə, Anu məbədində böyüyən Gılgamışdan kömək istənir.

Minlərlə illik susqunluqdan sonra Uruk 1849-cu ildə ingilis araşdırmaçısı Villiam Loftus tərəfindən kəşf edilib. Lakin ilk əhəmiyyətli qazıntı işləri, Julius Jordanın rəhbərlik etdiyi bir alman qrupu tərəfindən I Dünya Müharibəsindən əvvəl başlayıb. Müharibə səbəbilə ara verilən qazıntılara 1928-ci ildə geri dönülüb və 1939-cu ilə qədər yenidən tədqiqatlar aparılıb. 1954-cü ildə qazıntılar yenidən başlanıb, H. Lenzenin rəhbərliyi altında bir neçə il daha davam edib. Bu qazıntılarda bir çox mühüm Sümer tabletləri gün üzünə çıxarılıb.

Xəyal Abdullayev
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri