Icma.az
close
up
RU
Duş vərdişiniz sağlamlığınıza zərər verə bilər İllərdir edilən səhv...

Duş vərdişiniz sağlamlığınıza zərər verə bilər İllərdir edilən səhv...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

İllərdir insanların arasında müzakirə olunan "duşu səhər almaq yaxşıdır, yoxsa axşam?" sualına elm adamları nəhayət ki, dəqiq cavab veriblər.

Yenisabah.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına əsasən, hər iki vaxtın özünəməxsus üstünlükləri var, lakin məqsəd və şəxsi ehtiyaclara uyğun olaraq seçim dəyişə bilər.

Axşam duşu yuxu keyfiyyətini artırır

Yuxu mütəxəssisləri bildirirlər ki, xüsusilə yatmazdan əvvəl, yəni axşam saatlarında ilıq duş qəbul etmək orqanizmin temperaturunu tənzimləyərək rahat yuxuya getməyi asanlaşdırır. Bu, bədənə "istirahət vaxtıdır" siqnalı verir. Duşdan sonra bədənin soyuması melatonin hormonunun səviyyəsini artıraraq insanı tez bir zamanda dərin yuxuya keçirir.

Səhər duşu isə enerji verir və diqqəti artırır

Digər tərəfdən, səhər saatlarında qəbul edilən duş insanın oyanmasına, enerjili və diqqətli hiss etməsinə səbəb olur. Xüsusilə soyuq duş beyin fəaliyyətini stimullaşdırır, stress hormonlarının səviyyəsini tənzimləyir və günə daha fəal başlamağa yardım edir. Bu, həm də yaradıcılığı artırmağa kömək edə bilər.

 Dəri sağlamlığı baxımından nə vacibdir?

Dermatoloqlar isə xəbərdarlıq edirlər ki, duşun vaxtından çox, onun necə qəbul edilməsi önəmlidir. Çox isti su ilə tez-tez duş almaq dərinin qoruyucu lipid qatını zədələyə bilər. Bu isə quruluq və qaşıntı kimi problemlərə yol açır. Ona görə də mütəxəssislər ilıq su ilə qısa müddətli duşu tövsiyə edirlər.

Elm adamları yekun olaraq bildirirlər ki, duş almağın ən yaxşı vaxtı insanın həyat tərzindən, vərdişlərindən və ehtiyaclarından asılıdır. Gecə daha yaxşı yatmaq istəyənlər axşam duşunu, günə enerjili başlamaq istəyənlər isə səhər duşunu seçə bilərlər.

Aytac Şahin


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri