Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Düzgün qidalanma mədəniyyətdir: nə qədər mədəniyik?

Düzgün qidalanma mədəniyyətdir: nə qədər mədəniyik?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Düzgün qidalanma mədəniyyətdir” ifadəsi sağlam və balanslaşdırılmış qidalanmanın bir insanın və bir cəmiyyətin rifahının əsasını təşkil etməsini ifadə edir. Düzgün qidalanma xəstəliklərin qarşısını almaqla yanaşı həyat keyfiyyətini yaxşılaşdırır, daha estetik görünüşlü, daha məmnun, daha xoşbəxt bir cəmiyyət formalaşdırır. Düzgün qidalanma insanın təkcə fiziki sağlamlığını qorumur, həm də psixi sağlamlığına müsbət təsir edir, enerji səviyyəsini artırır və immunitet sistemini gücləndirir.

Sağlamlığımızı qorumaq və həyat keyfiyyətimizi yaxşılaşdırmağın ən əsas yollarından biri balanslaşdırılmış qidalanmanı həyat tərzimizə çevirməkdir. Balanslaşdırılmış qida qəbulu bədənin ehtiyac duyduğu bütün qidaları lazımi miqdarda və çeşiddə istehlak etmək deməkdir. Tarazlığı qorumaq sağlamlığımızı vacib bilmək, mənşəyi məlum olmayan qidaları yeməmək, dolayısı ilə daha gümrah bir bədənə sahib olmaq deməkdir.

Məşhur bir el məsəli var, yemək uçün yaşama, yaşamaq üçün ye. Bu məsəl insanın həyata baxışını, yaşam standartını, sağlamlığını ifadə edir əslində. Salam qidalanma, insanın həyatına davam etməsi və sağlamlığını qorumaq üçün oranizminə lazım olan qidaları qəbul etməsidir. Qidalar bizi ehtiyac duyduğumuz enerji ilə təmin edir, böyüməni dəstəkləyir, toxumaların bərpasını təşviq edir və bədən funksiyalarının düzgün işləməsinə kömək edir. Gündəlik həyatımızda sərf olunan enerjini əvəz etmək üçün qidalanma çox vacibdir. Sağlam, balanslaşdırılmış qida maddələrinin istehlakını, bədənin ehtiyaclarını ödəməyi və sağlamlığın qorunmasını təmin edir.

Balanslı qidalanma, bədənin ehtiyac duyduğu bütün qidaları lazımi miqdarda və çeşiddə istehlak edərək sağlamlığı qorumaq üçün hazırlanmış bir qidalanma planıdır. Sağlam pəhriz bədən funksiyalarının düzgün işləməsini təmin edir, bizi xəstəliklərdən qoruyur və ümumi həyat keyfiyyətimizi yaxşılaşdırır. Bütün orqanizmimizin qüsursuz işləməsi üçün bizə həm zülal, həm karbohidrat, həm də mineral və vitaminlər lazımdır.

Zülal bədənimizin regenerasiyası, böyümə prosesləri üçün vacibdir, zülal ət, toyuq, balıq, süd məhsulları, yumurta, paxlalılar, qoz-fındıq kimi mənbələrdən alınmalıdır. Karbohidratlar enerji verən əsas qida qrupudur. Dənli bitkilər, tərəvəzlər, meyvələr və paxlalılar zəngin karbohidrat mənbəyidir. Enerji mənbəyi olan yağlar isə kalori qəbulunuzun bir hissəsi olmalıdır, sağlam yağlar avokado, zeytun yağı, balıq və qoz-fındıqda olur.

Bədən funksiyalarının düzgün işləməsi üçün lazım olan vitamin və minerallar meyvə, tərəvəz, süd məhsulları və digər qidalarda olur. Həzm sistemini dəstəkləyən və toxluq hissi yaradan lif isə bütün taxıl növlərində, tərəvəzlərdə, meyvələrdə və paxlalılarda olur. Bədənin nəm balansını qorumaq üçün kifayət qədər su içmək vacibdir. Bundan əlavə, süd, təbii meyvə şirələri, bitki çayları kimi sağlam içkilər də istehlak edilməlidir.

Balanslaşdırılmış qidalanma tək nəyi yemək məsələsi deyil, gündəlik yemək vərdişlərinin uğurlu nəticəsidir. Əgər balanslı qidalansanız enerji səviyyəniz qorunar, immunitet sisteminiz güclənər, ürək-damar sağlamlığınızı qorumuş, bədən çəkisini nəzərətdə saxlamış, həzm sisteminiz tənzimlənmiş, zehni fəaliyyətiniz yaxşılaşmış və bəzi xroniki xəstəliklərdən qorunmuş olarsınız.

Balanslaşdırılmış qidalanmanın təməlini müxtəliflik təşkil edir. Fərqli qida qruplarından geniş çeşiddə qidalar istehlak etmək lazımdır. Bu, bədənin bütün lazımi qidalarla təmin olunması deməkdir. Gündəlik pəhrizinizə protein mənbələri, dənli bitkilər, tərəvəzlər, meyvələr, sağlam yağlar, süd məhsulları və qoz-fındıq kimi müxtəlif qidaları daxil edin.

Qida qruplarının balanslaşdırılması da vacib məsələdir. Hər bir qida qrupundan adekvat miqdarda qida əldə etmək vacibdir. Zülal, karbohidratlar, yağlar, vitaminlər və minerallar olan müxtəlif qidaları balanslaşdırdığınızdan əmin olun. Məsələn, karbohidratlara zülal və sağlam yağları ehtiva edən bir yemək də əlavə edərək qida qruplarını balanslaşdıra bilərsiniz.

Norma və ölçülərə nəzarət vacibdir, bu lazımsız kalori qəbulunun qarşısını alır. Qidaların uyğun porsiyalarda istehlakı həddindən artıq yeməyin qarşısını alır və bədən çəkisini nəzarətdə saxlamağa kömək edir. Müxtəlif rəngli meyvə və tərəvəzlərin istehlakı müxtəlif vitamin və mineral qəbulu deməkdir. Ümumiyyətlə, rəngli qidalar yüksək qida dəyərinə malikdir.

Liflə zəngin qidalar – dənli bitkilər, tərəvəzlər, meyvələr və paxlalılar kimi liflə zəngin qidaların istehlakı həzm sistemini dəstəkləyir, toxluq hissini artırır və qəbizlik kimi problemlərin qarşısını alır. Doymamış yağlar, məsələn, zeytun yağı, saf günəbaxan yağı sağlam bir pəhriz üçün vacibdir. Trans yağlar və doymuş yağlar məhdud miqdarda istehlak edilməlidir və mümkün olduğu qədər qida rasionundan çıxarılmalıdır.

Yetərli miqdarda su içmək orqanizm funksiyalarının düzgün işləməsini təmin edir. Susuzluq hiss etmədən də su içməyə çalışın. Şəkərli qəlyanaltıların və işlənmiş qidaların istehlakını məhdudlaşdırmaq sağlam qidalanmaının ayrılmaz hissəsidir.

Davamlı olaraq pəhrizdə olanların, zəif qidalananların orqanizminin enerji ehtiyacı ödənmir. Bu da zəiflik, yorğunluq, halsızlıq kimi problemlər yaradır. Balanssız qidalanma bədənin əsas qida maddələrindən məhrum qalması deməkdir. Vitamin, mineral və protein çatışmazlığı sağlamlıq problemlərinə və xəstəliklərə səbəb ola bilər.

Qeyri-adekvat və balanssız qidalanma, xüsusilə uşaqlıq dövründə böyümə və inkişafa mənfi təsir göstərir. İnkişaf gecikmələri, əzələ və sümük ilə bağlı problemlər yarana bilər. Qeyri-kafi zülal qəbulu əzələ toxumasının itkisinə səbəb olur, nəticədə halsızlıq yaranır. Dəmir çatışmazlığı qidalanmadan qaynaqlanan ümumi bir problemdir və anemiyaya səbəb olur. Buna görə də balanslaşdırılmış qidalanma əhəmiyyətli hesab edilməli, nə yediyinə diqqət etmək lazımdır. Unutmayın, qidalanma da bir mədəniyyətdir və həm psixoloji, həm də fiziki sağlamlığımız o mədəniyyətin nəticəsidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see322

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see232

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see223

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see218

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see212

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see207

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see206

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see206

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see205

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see205

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see203

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see203

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see200

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see199

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see198

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see197

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see178

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see176

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see171

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri