Icma.az
close
up
RU
Əcnəbi casusdan məhkəmədə ŞOK ETİRAFLAR: Agentləri bura Fransa hökuməti göndərib

Əcnəbi casusdan məhkəmədə ŞOK ETİRAFLAR: Agentləri bura Fransa hökuməti göndərib

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən Martin Rayan ifadə verib.

O bildirib ki, səfirlikdə işləyən 3 nəfərlə əlaqəsi olub:

"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idilər. Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdılar. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər. Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam. Çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:

"Azərbaycana biznes məqsədilə gəlmişəm. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın burada Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu, qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm. Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.

Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənimlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim. Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Azadın da səfirlikdəki həmin şəxslərlə əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idi. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.

Onlar deyirdi ki, Azərbaycanda nə baş verirsə, onlara da məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və rusiyalı biznesmenlərə inanmayaq.

Səfirlikdə çalışan 4-cü agent də olub, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin mən onunla bir dəfə görüşmüşəm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Onlar isə heç bir problemin olmadığını demişdilər.

Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.

Dekabrın 20-də Emmanuel Makron sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Jerom və Loran dekabrın 26-da Azərbaycandan deport edilib. O agentləri də istintaq orqanı çağırıb. Onlar yaxşı bilirdilər ki, Azadla mən tutulmuşuq. Lakin onlar DTX-yə gəlməkdən imtina etdilər. Həmin şəxslər bizi xilas etmək üçün gəlmədilər. Fransa mediasında mənim haqqımda bir məlumat yox idi. Atam "Franspress"lə əlaqə yaradaraq mənim həbsimi məlumat verib. Lakin həmin media orqanı da bu barədə informasiya vermədi. Sonra da bir erməni bloger vasitəsilə mənim həbsim ictimailəşdi. Sonra Fransa hökuməti bəyənat verdi və həbsimin qeyri-qanuni olduğunu dedi. Mən Fransa hökumətini qınayıram ki, həbsimin bir ayına qədər niyə susmuşdular. Sonradan atamı Fransa Xarici İşlər Nazirliyinə çağıraraq söhbətlər ediblər və həmin şəxslərin guya "akkreditə olunmuş diplomatlar" olduğunu bildiriblər. Sonra atam məsələni aydınlaşdırmaq üçün Fransa xüsusi xidmət orqanlarına müraciət edib. Lakin indiyə qədər ona cavab verən olmayıb. Atam müraciətinin cavabsız qaldığını görərək, məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Mən də atamın bu mövqeyini dəstəkləyirəm".

Martin Ryan bu işdə günahkarın Fransa hökuməti olduğunu dilə gətirib:

"Həmin agentləri bura Fransa hökuməti göndərib. İndi bütün bu işləri onlar yoluna qoymalıdır. Mən bu işdə çox əziyyət çəkmişəm. 1 il 3 aydır həbsdəyəm, işlərimi itirmişəm. Uzunmüddətli proyektlərim vardı. Ev almışdım, burada evlənəcəkdim. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir.

Mənim həbsim onların dedikləri kimi qeyri-qanuni idisə, niyə bir şey etmədilər?

Öz vətəndaşlarının müdafiəsi cəhətdən Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm".

Məhkəmənin növbəti prosesi martın 12-nə təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri