Icma.az
close
up
RU
Əcnəbilər də Azərbaycan dili imtahanı verir Rəsmi rəqəmlər AÇIQLANDI

Əcnəbilər də Azərbaycan dili imtahanı verir Rəsmi rəqəmlər AÇIQLANDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Bu münasibətlə Modern.az Azərbaycanın rəsmi dili ilə bağlı aparılan yeni qiymətləndirmə prosesinə dair araşdırma aparıb.

Azərbaycan dilini öyrənmək və bu sahədə rəsmi səviyyədə biliklərini təsdiqləmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) təşkil olunur. İmtahan beynəlxalq standartlara – CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) əsasında A1-dən C2-yə qədər səviyyələr üzrə keçirilir.

Azərbaycan Dili üzrə Sertifkasiya imtahanında iştirak edənlərlə bağlı məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq.

DİM-dən sorğuya cavab olaraq bildirilib ki, onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 976 nəfər (621 qadın və 355 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 752 nəfər imtahanda iştirak edib. Qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 202 nəfər, magistratura – 203 nəfər, doktorantura – 95 nəfər) üstünlük təşkil edir. Sınaq imtahanı iştirakçıları arasında  62 nəfər xarici ölkə vətəndaşı da var.

Əlavə olaraq məlumatda qeyd edilib ki, ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub.

“Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın  nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq”, - qurumdan bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri