Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Əfsanənin ölümü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Əfsanənin ölümü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nigar Axundova, sənətşünaslıq üzrə fəlsəfə doktoru:

- Üzeyir Hacıbəylinin 140 illik yubileyini qeyd etdiyimiz Qazaxdan qayıtmağımdan bir neçə gün keçir. Amma mən ADA Universitetinin filialı olan Qazax seminariyasında təşkil olunan o unudulmaz bayramın hələ də təəssüratı altındayam. Həmkarlarım Z.Axundova-Dadaşzadə, Solmaz Rüstəmova-Tohidi, Kəmilə Dadaşzadə, Lalə Hüseynova, Elmir Mirzəyev və Hikmət Quliyevin iştirak etdiyi paneldə moderatorluq etmək mənim üçün böyük şərəf idi.

Bütün həmkarlarıma və ADA Universitetindəki gözəl komandaya peşəkarlıqlarına və səmərəli əməkdaşlığa görə təşəkkür edirəm.

Səxavət Məmməd, jurnalist:

- Gizir Xanı ən çox hörmət etdiyim, dəyər verdiyim adamlardandı. Adam bir əfsanə idi. Birinci müharibədə döyüşdü, atəşkəs dönəmində dəfələrlə düşmən arxasında oldu. 44 günlük müharibədə könüllü can qoydu. Müharibədən əvvəl heç, müharibə vaxtı onunla səngərləri qarış-qarış gəzdik. Qeyri-adi adam idi. Onun yanında adam ölümə gülə-gülə getmək istəyirdi.

Postların birində əsgərlər yeri göstərib dedi ki, qumbaraatanla vurdular, ancaq partlamadı. Baxdı, dedi, ay Səxavət, nizamnamə ilə buna kəndir bağlamalıq, gedib kənardan çəkməliyik, ancaq dayın, bunu öz nizamnaməsinə uyğun çıxaracaq. Əli ilə dartıb, qoydu yerə. Həm özündə qorxu hissi yox idi, həm də ətrafındakıları bu hissdən uzaqlaşdırırdı.

Raquf Orucov, gizir Xanı, Zahid Əliyev, Soltan dayı bir döyüşüb, bir xidmət etmişdilər. Raquf Orucov özündən çox Xanıdan, Xanı dayı da Raquf Orucovdan, Zahid Əliyevdən danışardı.

2020-ci noyabrın 24-ü gecə saat 2 olardı, Ağdamdan çıxırdıq. Zahid dayı, Soltan dayı məscidə yaxınlaşanda dedilər, Xanı Qarabağ şikəstəsini indi oxumayıb, nə vaxt oxuyacaqsan? Ürəklə oxudu. Dilim dinc durmadı, dedim, Xanı dayı, bu kəşfiyyatçılar niyə incəsənətə meyilli olur? Güldü. Dedi, kəşfiyyatda ordunun incə sənətidir də.

Deyir, su təstisi su yolunda qırılar. Həyatı müharibəylə keçdi, ölümü də müharibənin nəticəsinin əlindən oldu.

44 günlük müharibə yekunlaşdı, səhərisi gün səngərdə idik dedi, Saxı, əvvəl yerlim idin, dostum idin, bilirsən də, bir aydı səngərlərdəyik, səngərdə dost olmur, day qardaş olduq.

Allah rəhmət eləsin sənə, qardaş. Xatirən əbədi yaşasın!

Rauf Arifoğlu, jurnalist:

- Azərbaycan Fələstini 33 il 5 ay öncə tanıyıb! 14 ildir Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir!

Bəzi politoloqlar açıqlama verirlər ki, Ərdoğan və Türkiyə Azərbaycanla bağlı həssaslığı nəzərə almalıdır. Deyirlər ki, biz (Azərbaycan) İsraillə münasibətlərə görə Fələstini Avropa dövlətləri kimi rahat tanıya bilmirik. Amma tanıyacağıq, enində - sonunda. Sitat: "İndi əsas sual Azərbaycanın Fələstini dövlət kimi tanıyıb- tanımayacağı ilə bağlıdır. Bu, Ankaranın nöqteyi-nəzərindən əhəmiyyətli olsa da, Bakı tələsməyəcək. Çünki Azərbaycan İsraillə münasibətlərini də nəzərə alır və qərar verməyə tələsmir. Fikrimcə, bu məsələdə Türkiyə də Azərbaycanı anlayacaq".

Heç nə...

ARAYIŞ:

Azərbaycan ilə Fələstin arasında diplomatik münasibətlər 15 aprel 1992-ci ildə rəsmən qurulub.

Bakıda Fələstin səfirliyinin rəsmi açılışı isə 29 iyun 2011-ci ildə prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. Hələ 2010-cu ilin oktyabrında Fələstinin Azərbaycandakı ilk səfiri Nasir Əbdül Kərim Əbdül Rahim etimadnaməsini təqdim etmişdi. O, uzun illər bu vəzifəni icra edərək iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb. 2025-ci ilin martında Bakıda keçirilən rəsmi görüşlərdə onun diplomatik missiyasına yekun vurulub.

Hazırda Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metanidir. O, 15 iyun 2025-ci ildə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib və fəaliyyətə başlayıb. "Tanımağa tələsmədiyimiz Fələstinin" Bakıdakı Səfirliyin rəsmi ünvanı və yerləşmə: "Caspian Plaza", C. Cəbrayılzadə 44, Baku AZ1065 (səfirliyin rəsmi səhifəsi https://embassyofpalestine.az/ ).

Azərbaycan isə 2022-ci ildə qəbul olunmuş qərara əsasən Ramallahda diplomatik nümayəndəlik açıb. Hazırda Azərbaycanın Ramallahdakı Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərlidir.

Elşən Məmmədov, jurnalist:

- Azərbaycan idman mediasını öz gününə salan milli komanda

"Qızıl top" mükafatının sahibi bilirsinizmi kimlərin səsverməsi əsasında müəyyənləşdi?

FIFA reytinqində ilk "100-lük"də olan ölkələrin aparıcı media nümayəndələri arasında səsvermə nəticəsində.

Yəni Azərbaycan mediası bu səsvermədə təmsil olunmadı. Bunu AFFA da, millinin kapitanı Bədavi Hüseynov da təsdiqlədi.

Bu, FIFA-nın təsis etdiyi "The Best" mükafatı deyil ki, orada bütün milli komandaların baş məşqçiləri, kapitanları və idman mediası təmsil olunsun.

Niyə Azərbaycan idman mediası "France Football" nəşrinin səsverməsində təmsil olunmadı? Çünki Azərbaycan millisi hazırda ilk "100-lük"də deyil.

İndi "100-lük"dəki ölkələrin mediası ilə öz mediamızı müqayisə edək? Doğrudanmı biz, buraxın ümumi medianı, hətta dünyanın 100 ən yaxşı idman mediası sırasında yoxuq?

Çox uzaq tarixdə yox, sentyabrın 18-də açıqlanmış FIFA-nın son reytinq siyahısına baxaq...

Azərbaycan daha 2 pillə geriləyərək, 124-cü pilləyə enib. Bilirsinizmi "100-lük"dəki son 5 ölkə hansılardır?

- Lüksemburq, Mozambik, Qvatemala, Fələstin, Belarus.

Azərbaycan idman mediası bu ölkələrin hansından geridədir?

Niyə Azərbaycan mediası Azərbaycan millisinin səviyyəsi ilə ölçülməlidir? Yəqin "Qızıl top" mükafatının təşkilatçısı "France Football" nəşri elə düşünür ki, Fransa yığması və PSJ dünya çempionu ola bilirsə, deməli, özləri də nömrə 1-dir.

O məntiqlə hansı ölkənin futbolu güclüdürsə, deməli, o ölkənin idman mediası da həmin səviyyədədir.

Həqiqətənmi hər hansı ölkənin milli komandası nə vəziyyətdədirsə, idman mediası da o səviyyədədir?

Bunların məntiqinə bax! Belə çıxır ki, milli komandanı bu günə salanlar təzminat alıb qovulacaq, son "heç-heçəyə 15 dənə alacaq", o pulu verənlər özləri üçün kef çəkəcək, baş katibi media görəndə suallardan qaçacaq, amma günahkar idman mediası çıxacaq?

Bu məsələyə necə fransız qalmaq olar?

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın Baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. "Beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ermənistanın Baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: "Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı". Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyünü davam etdirəcəyini söylədi.

Fikrimcə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də, Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Antiinhisardan gözlədiyimiz təpki Ombudsmandan gəldi.

Ombudsman Aparatı Bakı aeroportunda monitorinq aparıb.

Monitorinq nəticəsində aşağıdakılar müəyyən olunub:

Yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.

Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.

Ombudsmanın bu məsələdə çıxış etməsi təqdirəlayiq addımdır. Çünki ilk dəfə olaraq iqtisadi və rəqabət hüquqlarının pozulması insan hüquqları müstəvisində gündəmə gətirildi.

Bu, həm sərnişinlərin seçim azadlığının, həm də sürücülərin sahibkarlıq hüquqlarının müdafiəsi baxımından çox önəmli bir mövqedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:359
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri