Icma.az
close
up
RU
Əfsanəvi Nimitz təqaüdə çıxır Vida missiyası başladı

Əfsanəvi Nimitz təqaüdə çıxır Vida missiyası başladı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələri "USS Nimitz" atom aviadaşıyıcısının son hərbi yerləşdirilməsinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin yazdığına görə, gəmi istismardan çıxarılmadan əvvəl Cənubi Amerikanı dolanan uzun marşrut üzrə səfərə çıxıb.

ABŞ donanmasının hazırda xidmətdə olan ən köhnə aviadaşıyıcısı sayılan gəmi bu səfərdən sonra ölkənin şərq sahillərinə çatacaq və burada onun istismardan çıxarılması üzrə uzunmüddətli proses başlayacaq.

Ölçülərinə görə "USS Nimitz" Panama kanalından keçə bilmir. Bu səbəbdən gəmi dünyanın ən çətin dəniz marşrutlarından biri hesab olunan Horn burnunu dolanmağa məcburdur.

Bu marşrut səfəri xeyli uzatsa da, region ölkələri ilə birgə hərbi təlimlərin keçirilməsi üçün imkanlar yaradır.

Güclü zərbə qrupu

Aviadaşıyıcı 11-ci zərbə qrupuna rəhbərlik edir. Qrupun tərkibinə raketdən müdafiə və sualtı qayıqlara qarşı imkanlara malik esmineslər daxildir.

Gəminin göyərtəsində 60-dan çox təyyarə yerləşir. Bunlara "F/A-18 Super Hornet" qırıcıları və yüzlərlə kilometr məsafədə nəzarət imkanı verən "E-2D Advanced Hawkeye" erkən xəbərdarlıq təyyarələri daxildir.

Analitiklər gəminin dünyanın ən qədim çoxmillətli dəniz əməliyyatı hesab olunan "UNITAS" təlimlərində iştirakını da istisna etmirlər.

Bu cür missiyalar radioelektron mübarizə, axtarış-xilasetmə əməliyyatları və sualtı qayıqlara qarşı müdafiə kimi sahələrdə birgə fəaliyyətlərin məşq edilməsinə imkan verir.

Tarixin son səhifəsi

Missiya başa çatdıqdan sonra "USS Nimitz" Norfolk bazasına qayıdacaq və burada onun deaktivasiya prosesi başlayacaq. Bu proses nüvə yanacağının çıxarılması və müxtəlif sistemlərin sökülməsini əhatə edir və illərlə davam edə bilər.

1975-ci ildə istismara verilən aviadaşıyıcı təxminən yarım əsrlik xidmətini başa vuraraq yerini daha müasir "Gerald R. Ford" sinifli gəmilərə verəcək.

Bu səfər onilliklər boyu ABŞ-ın dəniz gücünün simvolu olmuş əfsanəvi gəminin son yürüşü olacaq.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Aprel 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri