Icma.az
close
up
RU
Əfv sərəncamının əhatə dairəsi ilə bağlı qaldırılan əsassız iddialar savadsız populizmdir Millət vəkili

Əfv sərəncamının əhatə dairəsi ilə bağlı qaldırılan əsassız iddialar savadsız populizmdir Millət vəkili

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdəki davranışlarını nəzərə alıb. Növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalayıb və bununla 220 nəfərə ikinci şans verib, yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş edib".


Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.


O qeyd edib ki, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir:


"Bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilir, ya da ona təyin olunmuş cəzanın müddəti azaldılır. Bəzən isə cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz olunur və ya cəzasını çəkmiş şəxsin məhkumluğu götürülür. Qeyd edək ki, bu, 71-ci əfv sərəncamıdır. Onlardan 32-si Ulu Öndər Heydər Əliyev, 39-u isə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu günə qədər əfv institutu 10 162 nəfərə şamil olunub. Hazırkı aktla isə 6 597-ci şəxs Prezidentin humanist yanaşmasından faydalanmış olur.

Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil. Bu proses dərin təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insana şamil edilməsinə çalışılır. Eyni zamanda, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıdığını da unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, yalnız o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunmuş olsun. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün təhlükə daşımır. Belə olduqda onun cəzasını tam çəkməsinə ehtiyac qalmır. Son əfvetmə aktı öncəsi aparılmış araşdırmalar da məhz bu sayda şəxsin müvafiq kriteriyalara cavab verdiyini göstərib.

Azərbaycan dövləti heç bir vətəndaşın cəzaya məruz qalmasını arzulamır. Lakin cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın qorunması da olduqca vacib məsələdir".


Deputat təəssüflə bildirib ki, bu dəfə də humanist aktın mahiyyətinə məqsədli şəkildə kölgə salmağa çalışanlar tapılıb:

"Sosial şəbəkələrdə və tarixin zibilliyində olan antimilli ünsürlər, özlərini "siyasi xadim" adlandıran bəzi şəxslər bu mövzuda qərəzli və savadsız mühakimələr irəli sürürlər.

Əfv sərəncamının əhatə dairəsi ilə bağlı qaldırılan əsassız iddialar, məsələn, əfvin niyə amnistiya aktı qədər insanı əhatə etmədiyinə dair fikirlər də eyni dərəcədə savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada Prezident tərəfindən həyata keçirilir, amnistiya isə fərdi deyil, ümumi xarakter daşıyır və Milli Məclis tərəfindən qəbul olunur. Yəni əfv zamanı konkret şəxslərə, amnistiya zamanı isə cinayət əməllərinə yanaşma əsas götürülür.

Bir sözlə, cənab Prezidentin imzaladığı bu əfv sərəncamı böyük humanizm aktıdır. Kimlərinsə subyektiv və məsuliyyətsiz şərhləri bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri