Icma.az
close
up
RU
Ehtimal edirəm ki, məni Qarabağa göndərən adam klublardan çox pul tələb etmişdi MÜSAHİBƏ

Ehtimal edirəm ki, məni Qarabağa göndərən adam klublardan çox pul tələb etmişdi MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü, “Dnepr”in heyətində Ukrayna Premyer Liqasında çıxış etmiş Dmitri Nağıyev Sportal.az saytına müsahibə verib.

- "Minay"dan ayrılmağınıza səbəb nə oldu? Halbuki bu klubla yayda bir illik müqavilə imzalamışdın. Problem nə idi?

"Minay"da çox çətin period oldu. Bilirsiz, əslində yayda başqa klubla müqavilə imzalamağa yaxın idim. Sadəcə Ukraynanı tərk edə bilmədiyim üçün "Minay"la müqavilə imzaladım. Bu klub haqda pis heç nə deməm istəmirəm. Amma düzünü deyim, "Minay"dan ayrıldığım üçün şadam. 

- "Minay"da əvvəllər Anatoli Nuriyev, Eldar Quliyev və Rüstəm Əhmədzadə oynayıb. Onlar haqda klubda danışırlar?

Bəli, bu haqda məlumatlıyam. Amma düzünü deyim, orada olduğum müddətdə onlar haqda heç nə eşitməmişəm, onlar haqda heç nə danışmayıblar.

- Ukraynada futbol oyunları zamanı həyat təhlükəsi yenə də qalıb? Oyunlar zamanı hansısa təhlükə hiss edirsiz?

Bəli, elədir. Hər gün fərqli-fərqli şəhərlərdə partlayışlar baş verir.

- Azərbaycana gəlmək ehtimalın nə qədərdir? Təkliflərin var?

Düzünü deyim, Azərbaycan klublarından təklif almamışam. Yayda Azərbaycan klublarından birinə keçə bilərdim. Sadəcə alınmadı. Dediyim kimi, Ukraynadan çıxmağım baş tutmadı, burada qalmışdım.

- Səncə, Azərbaycanda elə oynamısan ki, Premyer Liqa klublarından dəvət gəlsin? Bu dəfə şans verilərsə, hər şey daha yaxşı alına bilər?

Hər şey bir çox faktlardan irəli gəlir. Mən isə bütün çağırışlara hazıram. Futbolçulara sadəcə olaraq güvən lazımdır. O zaman hər şey yaxşı alınacaq. 

- Yeri gəlmişkən, sən Ukrayna futbolunun yetirməsisəsn. Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsinin qrupunda rəqiblərindən biri də Azərbaycandır. Bu iki komandanın oyunları ilə bağlı düşüncələrin necədir?

Ukrayna millisinin həmin vaxtı hansı durumda olacağına baxmaq lazımdır. Bilirsiz, son vaxtlarda Ukrayna yığması ən yaxşı futbolu oynamaqda çətinlik çəkir. Çünki milli Ukraynada oynamır. Düzü, Azərbaycan və Ukrayna yığmalarının oyununda hansı hesabın qeydə alınacağını ehtimal etmək çətindir. Amma fikrimcə, istənilən halda, Ukrayna qalib gələcək.

- Səhv etmirəmsə, vaxtı ilə "Qarabağ" və ya "Neftçi"yə keçmək ehtimalın olmuşdu. Doğrudur?

Xeyr, "Neftçi"yə keçmək variantım olmamışdı. 18 yaşımda isə "Qarabağ"ın toplanışında iştirak etmişdim. Orada olduğum müddətdə məndən tələb olunan hər şeyi yerinə yetirmişdim. Amma keçid baş tutmamışdı. Açığı, özüm də nə baş verdiyini bilmədim. Mən "Qarabağ" futbolçularına və Qurban Qurbanova böyük hörmətlə yanaşıram. Yuri Syominin zamanında "Qəbələ"yə keçmək ehtimalım da az deyildi. "Qarabağ"a keçidim də baş tuta bilərdi. Fikrimcə, orada oynaya bilərdim. O vaxtı gənc oyunçularla bağlı limitlər var idi, mən də 18 yaşında idim. İndi düşünürəm və ehtimal edirəm ki, məni "Qarabağ"a göndərən adam o klublardan çox pul tələb etmişdi. Bu sadəcə mənim ehtimalımdır. Hər şeyi ən doğru bilən isə Allahdır.   

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri