Icma.az
close
up
RU
“ƏKİNÇl”lik missiyası… JALƏ MÜTƏLLİMOVA YAZIR

“ƏKİNÇl”lik missiyası… JALƏ MÜTƏLLİMOVA YAZIR

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

…Mən onun həmkəndlisiyəm, əkinçiliyin əziyyətli iş olduğunu bütün ruhumla bilirəm…

…Mən onunla eyni məhəllənin övladıyam, Zərdab kəndində, Kür sahilindəki evimizdə böyüb, bölgəmin ilk şəhidindən, elə onun qəzetində, “Əkinçi”də, düz 32 il əvvəl ilk yazımı yazmışam. Hamıya kəndimizin ilk şəhid polis nəfəri, Samir Abdullayevin kimliyini tanıtmağa çalışmışam…

…Mən də onun kimi zəhməti sevdim, dövlətimin azadlığı üçün meydan hərəkatında, aksiyalarda yatıb-qarxan həmkəndlilərimə, az yaşımda ac qalmasınlar deyə, azuqə, su daşıdım…

…Mən ondan öyrənməyə çalışdım, vətən elə bir nəsnədir ki, onun yolunda körpə, zərif əllərinlə sursat daşıyıb, oxuduğun məktəbin partalarının altında gizlətməyə, əsgərlər üçün yara sarmağa belə dəyər…

…Mən onun mənəvi nəvəsiyəm “dövlət, hər şeydən öndədir!” nidasının nə qədər vacib olduğunu dörd deportasiya yaşayan xalq mənsubu kimi öz ruhumda duymuşam…

…Mən onun qələmdaşıyam, oxumağın, öyrənməyin, ziyalı olmağın, dövlətinə sözlü silah, xalqına qalxan olmağın, milli ruhla böyümənin, böyütmənin, nə qədər məşəqqətli olduğunu, həm də gözəl nemət olduğu paradoksunu anlayıram…

…Mən ondan öyrəndim, bütün sərvətini, millətinin gələcəyi üçün sərf edib, övladların, ailən, sevdiklərinlə cəzalandırılmağın nə qədər dəhşətli olduğunu. Buna dözməyin insan ruhunu necə sarsıtdığını…

…Mənim, çiyinlərində, arabasında milləti qəzet oxusun deyə, ta İstanbuldan, Bakıyacan şirift daşıyan, ulu babam, qələmdaşım var…

…Mənim cənazəsindən belə qisas alınan, milləti üçün qəbri olan məzarlıqdan sümükləri çıxarılıb, üstündən yol çəkilən, qalıqları qız balasına balınc edilən, əcdadım var…

Mən ƏKİNÇİliyin-jurnalistikanın nə qədər əzablı iş, ağır missiya olduğunu 32 ildir duyan, onu sevən, gücü yetdiyi qədər bu missiyanı çiynində daşımağa razı olan KÖNÜLLÜYƏM…

Əkinçiyəm mən! Milli, olmaq, vicdanlı davranmaq, əxlaqlı yaşamaq missiyamdır.

Bu gün 150 yaşım olur… İndi bütün dünyaya müxtəlif dillərdə haqq sözümü deyə bilirəm. İndi Şuşadayam, Zəngəzurdayam, Qarabağdayam, Şirvanda, Muğandayam, Mildəyəm, Haramı düzündəyəm, Təbrizdəyəm. Şah babalarımın kökünü axtarmaq üçün Əfqanıstandayam. Böyük siyasət masalarının başındayam. Sabahkı hədəfim İrəvandır, tarixi köklərimə qovuşmaqdır hədəfim. Azad, hür yaşamaqdır niyyətim. 500 illik ədalətsizliyə son vermək üçün dövlətimin yanında dayanmaqdır məqsədim. Mən ƏKİNÇİYƏM! Və bu gün münasibəti ilə bütün ƏKİNÇİLƏRi təbrik edirəm. Səpdiyiniz toxumlardan hər zaman MİLLƏT “göyərsin” , DÖVLƏT “çiçək açsın”!

.. Və bir də ulu baba, əqidəli əcdad, böyük kişi Həsən bəy Zərdabi, həmişə örnəyimiz olsun. Bu yol əzablı olsa da, şərəflidir. Şərəfini şəxsiyyətini, dövlət və xalqını seçmək, peşəsinə sədaqətli olmaq isə hər zaman imandandır.

Jalə Mütəllimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri