Icma.az
close
up
RU
Ekoloq: Təbiətə zərər verməyən vasitələr hazırlayanlara təşəkkür eləmək lazımdır

Ekoloq: Təbiətə zərər verməyən vasitələr hazırlayanlara təşəkkür eləmək lazımdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları qida tullantılarını bioparçalanan plastikə çevirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə nüfuzlu "ACS ES&T Engineering" jurnalında dərc olunmuş materialda qeyd edilib.

Yeni texnologiya yumşaq və elastik plastik istehsalını mümkün edir. Bu isə qida örtüklərinin hazırlanması, dərman maddələrinin çatdırılması, zədələnmiş toxumaların və orqanların bərpası kimi bir çox sahədə istifadə üçün böyük perspektivlər açır.

Tədqiqatçılar PHA tipli plastik istehsalında "Pseudomonas putida" adlı torpaq bakteriyalarından istifadə ediblər. Onların sözlərinə görə, yeni material kompost çuxurlarında, torpaqda, şirin və ya duzlu suda təbii olaraq zərərsiz yan məhsullara parçalana bilir.

Hazırda elmi qrup bu bioplastiklərin iqtisadi cəhətdən daha sərfəli üsulla istehsalını araşdırır.

"Hazırda bakterial hüceyrələrin parçalanması və polimerin çıxarılması prosesi baha başa gəlir. Komanda bütün istehsal prosesini böyükmiqyaslı kommersiyalaşdırma üçün daha effektiv və qənaətcil ekstraksiya metodu üzərində işləyir" , - deyə tədqiqatın müəllifləri bildiriblər.

Həqiqətəndə bunun ekologiyamıza müsbət təsiri olacaqmı? Təbiətə zərər verməyən başqa hansı işlər görülür? Digər tərəfdəndə insanlar təbiəti necə qorumalıdırlar?


Suallarımızı cavablandıran ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, təbiətə zərər verməyən vasitələr hazırlayanlara təşəkkür eləmək lazımdır: 


“Azərbaycanda bu texnologiyanın nə dərəcədə tətbiq olunacağı çox maraqlıdır. Burada əsas məsələ hansı plastikin hazırlanacağıdır. Çünki söhbət texnologiyanın geniş tətbiqindən gedir. Təbiətə müsbət təsir edən texnologiya  olarsa, əlbəttə çox yaxşı olacaq. İnsanlar plastikləri təbiətə, dənizə, quruya atırlar. Bunlar tez çürüyüb və zərər vermirsə ekologiya üçün xoş haldır. Yeni hazırlanmış plastiklər dənizə atılmalı və balıqlara zərər verib verməyəcəyi sınaqdan keçməlidir. Bildiyiniz kimi, dünyada elektrik mühərrikli avtomobillərin istehsalı genişlənir.  Bu texnologiya vasitəsilə atıq qazlar atmosferi çirkləndirmir. Amma bu yetərli deyil. Sözügedən avtomobillərin istehsalında yenə həmin karbon qazı, metan qazı, karbon dioksid atmosferə gedir. Ona görə də bunu azaldan texnologiya və filtrlərin üzərində işlər görülməlidir. Ümumiyyətlə insanlar maariflənməli, təhsilli olmalı və təbiətə duyarlı olmalıdırlar ki, təbiəti qorusunlar. Yəni mən təbiəti mənzilim kimi qorusam, təbiət çirkləməz. Lakin biz bunu etmirik. Bunun həlli yolu isə ancaq milli ibtidai təhsil haqqında qanundur. Yəni Milli mütəxəssislərin hazırlığı ilə üç yaşdan beşinci sinfi bitirənə qədər uşaqlar bu yöndə çevrə, millət, və dövlətlə bağlı gerçəkləri mənimsəməlidirlər ki, ölkəmiz, dövlətimiz 1000 illərlə yaşaya bilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri