Icma.az
close
up
RU
Ekran qarşısında keçən yay tətili: Uşaqlar TƏNHALAŞIR

Ekran qarşısında keçən yay tətili: Uşaqlar TƏNHALAŞIR

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

"Təəssüf ki, müasir dövrdə uşaqların yay fəsli dedikdə ilk ağlına gələn "piknik" yox, "planşet" olur. Halbuki bizim uşaqlığımızda yay, kəndin tozlu yollarında oynanan futbol, babanın bağçasında dərilən meyvə, nənənin beşiyində dinlənilən nağıl demək idi. İndi isə bu mənzərə yerini ekran qarşısında təkbaşına keçən saatlara verib".

Bu fikirləri News24.az-a açıqlamasında araşdırmacı sosioloq Məhbubə Mehdiyeva deyib. 

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının (WHO) 2024-cü il hesabatına əsasən, 5–17 yaş arası uşaqların gündəlik ekran qarşısında keçirdiyi vaxt 3,5 saatı keçir:

"ABŞ-da bu göstərici 4,1 saatdır. Bu isə o deməkdir ki, uşaqlar real sosial əlaqələrdən uzaq düşür, emosional zənginlikləri zəifləyir və empatiya bacarıqları geriləyir.

Ekran qarşısında çox vaxt keçirən uşaqlarda ünsiyyət çatışmazlığı, aqressivlik, tənhalıq hissi və özünü ifadə etməkdə çətinliklər müşahidə olunur. Sosial bacarıqlar oyunda, təmasda, mübahisədə, barışmada formalaşır – nə yazıq ki, bu təcrübələr artıq çox uşağın həyatında yoxdur".

Sosioloq , Azərbaycan ailə modelində uşaqlar həm ailə içində, həm də məhəllədə böyüdüyünü xüsusilə vurğulayıb. O bildirib ki, "Məhlə uşaqları" dediyimiz sosial qrup uşağın ilk cəmiyyətlə tanışlığı idi:

"Bir zamanlar hər məhlənin öz futbol komandası, öz oyun qaydaları vardı. İndi isə hər evin bir Wi-Fi şifrəsi, bir də qapanmış uşağı var.

Yay fəslində valideynlər övladlarını kəndə, təbiətə, baba evinə aparmalı, onları ekran yox, torpaqla, ağacla, su ilə tanış etməlidirlər. Məktəblər və bələdiyyələr yay düşərgələri təşkil etməli, ictimai məkanlar uşaq dostu formalaşdırılmalıdır. Çünki açıq havada oynamaq uşaq üçün lüks deyil – haqqdır".

Sonda o, əks halda, biz texnologiyanı idarə edən yox, texnologiyanın idarə etdiyi bir nəsili yetişdirəcəyimizi bildirib. Və unutmayaq: ekranlar təxəyyül verir, amma həyat öyrədir- deyə o əlavə edib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri