“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qusar şəhərində yerləşən B.Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Salmanov “Əlaçı” bilik yarışmasının qalibi olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tural Salmanov ötən il 9-cu siniflərin buraxılış imtahanlarında 271 bal toplayaraq yüksək nəticə göstərib.
O, eyni zamanda 9-cu sinif şagirdləri arasında keçirilən “BilBacar” intellektual bilik yarışmasının respublika final mərhələsində II yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” yarışması İctimai Televiziyanın efirində yayımlanır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:Qusar məktəblisi “Əlaçı” müsabiqəsinin qalibi oldu
28 Noyabr 2025 18:27
“Əlaçı”nın qalibi olmuşdu 300 bal topladı + FOTOLAR
23 Aprel 2026 18:21
Qusar məktəblisi respublika müsabiqəsində birinci oldu FOTO
07 May 2026 14:38
Məktəblərdə saxta “əlaçı” qalmaqalı?
19 İyun 2026 17:59
Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub
21 Oktyabr 2025 03:36
Baxış sayı:177
Bu xəbər 09 May 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















