Elcano Kral İnstitutunun əməkdaşı: İspaniyanın Aralıq dənizi bölgəsi iqlim dəyişikliyinə daha çox məruz qalır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 noyabr, AZƏRTAC
İspaniya suyun təkrar istifadə prosesini təmin edir. Bu proses həm də su hövzələrinin idarə olunması ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn İspaniyanın Elcano Kral İnstitutunun baş elmi işçisi Elena Lopez deyib. Onun sözlərinə görə, problem zamanı İspaniyanın çıxış yolarından biri su üçün əlində olan mənbələri şaxələndirməkdir.
“İspaniyanın böyük bir hissəsi Aralıq dənizi bölgəsindədir. Bu ərazilər iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalır. Xüsusilə cənub hissə daha çox quraqlıq yaşayır. Bəzi ərazilərimiz isə son vaxtlar daşqınlardan ziyan çəkir. Bu problem kənd təsərrüfatı sektoruna ciddi təsir edir. Uyğunlaşma baxımından İspaniya lazım olan tədbirləri görməyə çalışır. Hazırda ölkəmiz üçün risk və zəiflik təhlili yenilənir”, - deyə Elena Lopez əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















