Icma.az
close
up
RU
Elektromobil erası başlamamış bitdi, yoxsa...? ARAŞDIRMA

Elektromobil erası başlamamış bitdi, yoxsa...? ARAŞDIRMA

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Elektriklə işləyən avtomobillərin perspektivi varmı, müsbət və mənfi cəhətləri hansılardır?

Beynəlxalq Energetika Agentliyi dünyada elektrikli avtomobil bazarının hazırkı və perpspektiv vəziyyətinə dair hesabata açıqlayıb. Hesabata görə, hazırda Çində satılan bütün elektromobillərin 70%-nə qədərinin qiyməti hətta dövlətin subsidiya və alışı üçün dəstək paketi olmadan ənənəvi avtomobillərdən daha ucuzdur. Almaniyada isə əksinə, ənənəvi avtomobillər 20%, ABŞ-da 30% daha ucuzdur. Lakin Agentlik hesab edir ki, yaxın dövrdə batereyaların ucuzlaşması bu fərqi elektromobillərin xeyrinə dəyişə biləcək.

Hesabata görə, hazırda dünyada satılan avtomobillərin 25%-i elektrikli analoqlarının payına düşür. 2030-cu ildə bu göstərici ən azı 40% olacaq.

Bəzi hesablamalara görə, neftin qiyməti hətta 40 dollara ensə belə, elektromobillərin cari istismarı ənənəvi avtomobillərlə müqayisədə 2 dəfə ucuz olacaq.

Ekspertlər hesab edirlər ki, elektromilləşmənin hazırkı inanılmaz yayılma sürətinin qlobal enerji xəritəsini də qısa zamanda çox sürətlə dəyişəcəyinin şahidi olacağıq.

Son vaxtlar ölkəmizdə də elektromobillərə maraq artıb. Düzdür, hələlik, bizdə hibrid maşınlara üstünlük verirlər, lakin elektromobillərə də rast gəlmək olur. Elektromobillərin mənfi və müsbət cəhətləri var ki, bu yazıda onları göstərməyə çalışacağıq.

Elektromobillərin müsbət cəhətləri

Elektromobillər daxili yanma mühərriki olmayan maşınlardır. Daxili yanma mühəriikkərinin istehsalı və onlara xidmət baha başa gəlir. Bu mühərriklər xeyli yanacaq işlədir və elektromobildən azı 3 dəfə daha çox yanacaq xərci aparır.

Lakin əsas fərq yanacaq xərclərində də deyil, daxili yanma mühərrikli maşınlarda dövrü olaraq dəyişdirilməsi vacib olan xeyli sayda detallar, filtrlər, həmçinin sistemin təmizlənmə işləri var- alışdırma şamları, motor yağı, yağ filteri, antrifris, radiator, starter, mikrofilter, sürətlər qutusu və onun yağı, pompa, natyajitel roliki, mühərrik kəməri, mühərrikin aşınan hissələri, yanacaq çəni, yanacaq nasosu, yanacaq filteri, yanacağı ölçən dedektor, səsboğucu, katalizator və qazların xaric edilməsi sistemi, müştük,farsunkaların yuyulması, zaslonkanın təmizlənməsi və s. çox sayda elementlər var ki, mütamadi olaraq dəyişdirilməsi və ya təmizlənməlidir. Bunlar da xeyli xərc aparır. Lakin elektromobillərdə daxili yanma mühərriki olmadığına görə bunların heç birinə ehtiyac yoxdur və bu xərclərdən azad olursan.

Bundan əlavə, sürüş rahatlığı daha yüksəkdir- elektromobillər yerindən daha tez sürət yığır, tam səssiz işləyir, idarəsi daha rahatdır, elektronik göstəricilər və funksiyalar daha zəngindir.

Ekoloji baxımdan isə məsələ aydındır- bu maşınlar istifadə müddətində təbiətə heç bir zərər vurmur (lakin onların batareyalarının istehsalı və utlizasiya zamanı təbiətə zərər dəyir- bununla bağlı növbəti bölmədə- E.B), daxili yanma mühərrikli maşınlar isə havaya 3-4 min zərərli maddə buraxır ki, bu da təbiətə ağır zərər vurur. Üstəlik, onların işlətdiyi yanacağın, yağların istehsalı da ekologiyaya böyük zərər vurur.

Elektromobillər eyni ölçülü DYM maşınlara nisbətən daha geniş istifadə yerinə malik olur. Çünki bu maşınlarda mühərrik, yanacaq çəni və çox sayda digər detallara ehtiyac olmur.

Elektromobillərin mənfi cəhətləri

Qiymətdən başlayaq. Hazırda avtomobil bazarında tam elektrikli avtomobillərin qiyməti DYM maşınlarla müqayisədə təxminən 2 dəfə bahadır. Bunun əsas səbəbi, elektromobillərin litium-ion batareyası ilə təchiz edilməsidir ki, onun dəyəri avtomobilin özünün qiymətinin yarısı qədər ola bilər.

Müasir elektromobillər litium-ion batareyaları sayəsində bir dəfə doldurulmaqla 500 km-dən çox yol qət edə bilir. Amma bu amilin mənfi tərəfi də var - belə avtomobillər böyük tutumlu akkumulyatorlardan istifadə edirlər. Nəticədə, AC (dəyişən cərəyan) stansiyalarından enerji doldurmaq çox saatlar çəkə bilər. Evdə enerji doldurmağa çalışırsınızsa, hətta bütün gecəni doldurduqdan sonra belə tam batareya doldurulmasını görə bilməyəcəksiniz. Evdə 220 voltda ən azı 8 saat, xüsusi doldurma məntəqələrində isə minimum 40 dəqiqə gözləməlisiniz.

Elektrikli avtomobilin başqa bir real çatışmazlığı qışda səmərəliliyin azalmasıdır. Bu, batareyaların içərisində kimyəvi reaksiyaların yavaşlaması ilə əlaqədardır. Nəticədə elektromobilin diapazonu azalır. Tədqiqatlar göstərir ki, 5 C°-də batareya tutumu 20%, -5 C°-də 35-40%, -12 C°-də isə 50% azalır. İzolyasiya edilmiş isti qarajınız varsa, bu yaxşı bir seçimdir. Digər şəraitlərdə isə problemdir.

Yayda kondisioner, qışda kabinənin isidilməsi akkumulyatorla işləyir. Onları yandırsanız, güc ehtiyatını daha 20-30% azaldacaqsınız. Keçən il Qazaxstanın səhradan keçən magsitral yolunda qar, buz və çovğun olanda hərəkət dayanmışdı, şaxtaya düşmüş yanacaqla işləyən maşınlar istilik sistemini qoşub kömək gözlədilər, elektromobildə olanlar isə istilik sistemi qoşduqlarında qısa müddətdə enerji bitdi və adamlar soyuqdan donub öldü.

Eləcə də, yayın isti günlərində siz 500 km-lik məsafədə və 5 saatlıq bir yola çıxsanız məcburən kondisioner davamlı işləməlidir və nəticədə tezliklə enerji ehtiyatı bitəcək və siz yolda qala bilərsiniz.

Nəqliyyat vasitələrinin etibarlılığını tədqiq edən ekspertlər müəyyən ediblər ki, elektriklə işləyən avtomobillər daxili yanma mühərriki olan avtomobillərlə müqayisədə 79% daha çox xarab olurlar. Mütəxəssislər hesab edirlər ki, bu avtomobillərdə yaranan problemlərin əksəriyyətinin səbəbi hələ kifayət qədər sınaqdan keçirilməmiş yeni texnologiyaların istifadəsidir.

Bu maşınlarda uzaq məsafələrə səyahət əlverişsizdir. Əksər hallarda elektriklə işləyən avtomobillər evdə öz çıxışından doldurulmalıdır. Doldurma məntəqələrinin sayı çox azdır. Əgər uzun çöl yolunda batareyanız azalsa və ya ucqar kənddə, təbiət qoynunda qalası olsanız, enerji doldura bilməyəcəksiniz. Bundan başqa hər hansı bir qəza və digər səbəbdən ərazidə elektrik kəsilərsə siz avtomobilsiz qalırsınız, yanacaqlı maşınlarda isə belə problem yoxdur. Onlar hətta yanacaqları bitsə belə yoldan keçən maşınlardan 1-2 litr yanacaq alıb hansısa YDM- yetişə bilərlər. Elektromobildə isə bu mümkün deyil.

Vaxt keçdikcə, batareyalar tutumunu tədricən itirir, ildə orta hesabla 5%. Yükləmələr arasında sürmə məsafəsi azalır, bu, müəyyən bir sayda enerji doldurma dövründən sonra böyük bir narahatlıqdır. Enerji yükləmə cihazı nə qədər güclü olarsa, batareya bir o qədər tez köhnəlir. İki-üç ildən sonra bu sual qarşısında qalırsınız: bu maşınla nə etmək lazımdır???

Batareyaların dəyişdirilməsi təxminən 5000-15000 manata başa gələcək. 1200-2000 doldurma dövründən sonra akkumulyator enerji saxlamayacaq.

Bu maşınların daha bir nöqsanı ondan ibarətdir ki, maşında əyləşən hər sərnişinə və baqaja qoyulan hər yükə görə enerji sərfiyyatı çox artır. Məsələn, siz 4 nəfər və 4 çanta ilə səfərə çıxsanız tam doldurma ilə 500 km əvəzinə 300 km yol qət edə biləcəksiniz.

Bir çox elektrikli avtomobil sahibləri onları birbaşa evdə doldururlar, lakin hər kəs bunu edə bilməz, çünki əksər insanlar çoxmənzilli binalarda yaşayır. Adətən aşağı mərtəbələrdə yaşayanlar üçün heç bir problem yoxdur. Uzatma kabeli ilə onu birbaşa evinizə qoşa bilərsiniz. Ancaq mənzil, məsələn, 4 mərtəbədən yuxarıdırsa, vəziyyət daha da mürəkkəbləşir.

Elektromobillərin sağlamlığa zərəri daha çoxdur. Elmi araşdırmalara görə, elektromaqnit sahəsi əsasən elektrik mühərriki və mühərriki idarə edən güc elektronikası tərəfindən yaradılır. Bu, avtomobildəki sərnişinlərə mənfi təsir göstərir. Bəzi ölkələrdə, məsələn Yaponiyada bir sıra elektromobil sahibləri sağlamlığlına dəyən ciddi zərəri sübut edərək təzminat alıb və bu maşınlardan imtina ediblər. Yaponiyada artıq elektromobil erası başlamamış başa çatmışdır və yaponlar hidrogenlə işləyəcək maşınlar üzərində çalışırlar.

Elektromobillərin perspektivi varmı?

Yaponiya 2017-ci ilin dekabrında hidrogen iqtisadiyyatının qurulması üçün strategiyanın qəbul edilməsini bəyan etdi, sonrakı illərdə Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Avstraliya, Rusiya hidrogen strategiyasını qəbul etdi. Bu məqsədlə Rusiyada yaradılmış konsorsiumun tərkibinə 16 elmi institut və 20 şirkət daxil edilib. Yaşıl hidrogen gələcəyin əsas enerji mənbəyi hesab edirlir və bu avtomobillərə də aid olacaq.

Hidrogen ilə işləyəcək maşınlarda ekoloji zərər yoxdur, suyun elektrolizi ilə tərkibindəki hidrogen yandırılır və havaya oksigen atılır. Hidrogen isə çox güclü enerji mənbəyidir. Məsələn, 1 litr sudakı hidrogen enerjiyə çevrilsə azı 1000 km məsafə qət etmək olar. Burada əsas problem təhlükəsizlik məsələsidir ki, o həll edilsə, dünyanın gələcəyi su ilə işləyən maşınların olacaq. Güclü enerji mənbələri həmişə təhükəli olur, məsələn 70-ci illərdə SSRİ-də atom enerjisi ilə işləyən avtomobil yaradılmışdı, lakin təhlükə riski yüksək olduğuna görə imtina edildi.

İndi isə gələk ekoloji məsələyə. Faydaları bölməsində qeyd etdik ki, elektromobil istifadə edilərkən atmosferə zərrəli tullantılar vermir və ekoloji cəhətdən daha sağlamdır. Lakin burada başqa məsələ var- batareyaların istehsalı və utlizasiyası təbiətə ciddi zərər vurur. Bundan əlavə istifadə olunan enerjinin istehsalı zamanı da təbiətə zərər dəyir. Yəni, təbiətə dost olan zərərsiz texnologiya deyil.

Bundan başqa litium yataqlarının məhdudluğu və bu sürətlə istifadə edilərsə tezliklə tükənəcəyi təhlükəsi var. Bu məsələ elektromobillərin perspektivini şübhə altına alır.

Bu səbəbdən, hələlik ən yaxşı variant hidrid avtomobillərdir ki, hazırda ölkəmizdə və dünyada onların satışı artır. Elektromobillərlə bağlı vəziyyət isə hələ də dumanlıdır və riskləri çoxdur. Buna baxmayaraq, bəzi sahələrdə onlardan istifadə sərfəlidir. Şəhər içi qısa səyahətlər, fabrik, zavod içi yükdaşımalar və sait yerlərdə effektiv istifadə edilə bilər. Bir şərtlə ki, qiyməti baha olmasın.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri