Əli Əsədov: BTQ dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün...
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.
Reyting.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.
"Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda yerləşən Poti və Batumi limanları da Orta Dəhlizin inkişafı üçün mühüm elementlərindəndir. Çox şadıq ki, bu gün aidiyyəti qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası tranzit proseslərində mühüm həlqə kimi rolunu daha da gücləndirir”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:Əli Əsədov: BTQ nin tam işə düşməsi üçün birgə səylər əhəmiyyətlidir
17 Yanvar 2025 12:46
BTQ dəmir yolu xəttinin yükötürmə qabiliyyəti artırılacaq
09 Sentyabr 2025 17:01
Əli Əsədov qərar
28 Noyabr 2024 19:49
Əli Əsədov Türkmənistanda
04 Avqust 2025 20:50
Deputatlar büdcə üçün toplaşdı Əli Əsədov parlamentə GƏLDİ
16 Dekabr 2024 11:03
Baxış sayı:117
Bu xəbər 17 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















