Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Elman Sadıqov: Dolların sonu nə vaxtsa gələcək MÜSAHİBƏ

Elman Sadıqov: Dolların sonu nə vaxtsa gələcək MÜSAHİBƏ

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar dolların dəyərdən düşəcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Hətta ötən il "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərdən düşəcək.

Dolların gələcək aqibəti ilə bağlı iqtisadçı Elman Sadıqov Bakıvaxtı.az-a müahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Elman bəy, dolların dəyərdən düşəcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu yanaşmada reallıq payı nə qədərdir?

- 1970-ci illərdən bəri davamlı olaraq dolların çökəcəyi və ya başqa valyuta ilə əvəz olunacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta 70-ci illərin sonunda spekulyasiya zamanı ABŞ dollarının sonunun çatdığı bildirildi. Xüsusən də 1971-ci ilin 15 avqustunda ABŞ prezidenti Riçard Niksonun qızıl standartını ləğv etməsindən sonra hamı dolların dəyərdən düşəcəyini hesab edirdi.

İndiki dövrdə də eyni fikirlər müzakirəyə çevrilib. Əslində dolların sonu nə vaxtsa gələcək. Dünyada elə bir valyuta olmayıb ki, həmişə sona qədər qalsın və dövriyyədə olsun.

- Bu gün dollara inam hansı səviyyədədir?

- Yaxın 10-15 il ərzində dolların hər hansısa valyuta ilə əvəzlənəcəyi ehtimalı çox aşağıdır. Bunu bütün dünya ölkələri bilir. Sadəcə olaraq bu gün dünya dövlətləri öz strateji valyuta ehtiyatlarında qızılın payını artırırlar. Bunun səbəbi ABŞ-nin bahalı dollar hesabına öz ölkələrinə sərf etdiyini və həmin ölkələrin ixraclarını artırması ilə bağlı verdiyi elandır. Çünki dolların bahalı olması qarşı dövlətlərin valyutalarının zəif olması və ölkənin öz ixracını artırması deməkdir. Çünki məhsulları qiymət baxımından rəqabətə davamlı olurlar.

ABŞ dolları baha olduqda Amerika malları ixrac baxımından digər dövlətlərin məhsullarına uduzur. Ona görə də ABŞ bir çox ölkələrlə ticarət balansında mənfi saldoya malikdir. Söhbət 250-300 milyard dollarlardan gedir. ABŞ 2024-cü ildə Çinlə 295 milyard dollar və Avropa İttifaqı ilə 250 milyard dollar civarında mənfi saldoya malikdir. Bu, o deməkdir ki, həmin ölkələrə əlavə pul ixrac edir. ABŞ indiyə kimi bu siyasəti bilərəkdən aparıb. Amerika mənfi ticarət saldosu ilə dünyaya öz valyutasını ixrac edir. Əgər ABŞ öz valyutasını dünyaya ixrac etməsəydi, dollar rezerv valyuta olmazdı və ABŞ dolları bir əmtəə  kimi qarşılanardı. Yəni, nəticə etibarilə qeyd olunan siyasət ABŞ üçün uğurlu olub.

- ABŞ bu siyasətini geri çevirə bilərmi?

- Artıq ABŞ bu siyasətini geri çevirmək barədə düşünür. Lakin bu prosesin müvəqqəti olacağını hesab edirəm. Amerikanın hazırkı mənfi ticarət balansı şişib və ABŞ üçün baş ağrısına çevrilib. Çünki dolların ixracının trilyon dollara yaxın artırılması artıq mənfi siqnaldır. Nəticədə ABŞ daha çox dollar çap etməyə məcbur qalır. Bu isə dolların dəyərsizləşməsinə yol aça bilər. Həmçinin Amerikanın daxilində sənaye və emal zəifləyir, işsizlik artır. Sənaye və emal olmadan heç bir ölkə ayaqda qala bilməz. Bu amillər valyutanın gücünü göstərir. Sənaye və emal daha çox pul dövriyyəsi deməkdir. Təəssüf ki, bir çox ölkələr bu sahələri kifayət qədər yaxşı dərk etmirlər. Ona görə də bir çox iqtisadiyyatlarda problem var. Son 30 ildə bu sahələri ən yaxşı dərk edən ölkə Çin oldu. Pekin məhz emal nəticəsində dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrildi.

Bu gün dollarla bağlı baş verən proseslər dolların gələcəyi üçün müsbət prosesdir. Hazırkı proseslər dolları xilas etməyə və daha da gücləndirməyə, gələcəkdə inflyasiyanı aşağı salmağa, neftin və enerjinin qiymətinin ucuzlaşmasına yönəlib. İnflyasiyanın aşağı salınması daha çox faiz dərəcələrinin endirilməsinə yönəlib. Dolların faiz dərəcəsinin aşağı salınması ABŞ-nin ixracatını artırmaqla yanaşı, həm də öz borclarına daha az xidmət göstərmək məqsədi daşıyır. Çünki Amerika bu gün il ərzində öz büdcəsindən təxminən 1 trilyon dollara yaxın faiz ödəyir. Dolların faiz dərəcəsinin aşağı salınması ilə bu xərc 400-500 milyard dollara qədər azala bilər. Bu isə büdcə kəsirinin azaldılması deməkdir.

- Dolların zəifləməsi dünya ölkələrinin valyutalarına necə təsir edir?

- Dolların zəifləməsi avronu və funt sterlinqi narahat edir. Bu gün Avropa Birliyi avronun dəyər qazanmasından narahatdır. Çünki avronun dəyər qazanması ixracı zəiflədir. Bu gün Çin yuana müdaxilələr edir ki, valyuta zəifləsin və ölkə öz ixracını müəyyən həddə saxlaya bilsin. Ona görə ki, Pekin ixracdan asılı olan bir iqtisadiyyata malikdir.

Əslində ABŞ tərəfindən dolların zəiflədilməsi digər dövlətləri çox narahat edir. Dolların zəiflədilməsi Rusiya rubluna və iqtisadiyyatına da ciddi zərər vurur. Sadəcə olaraq, Rusiyanın bunun qarşısını almaqda çətinlik çəkir. Rusiya sanksiya altında olduğuna görə idxal o qədər də çox deyil. Yəni, valyuta xərcləmələri çox olmur.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində qlobal maliyyə sistemini tənqid edib.  Onun sözlərinə görə, dollardan cəza üçün silah kimi istifadə edilməsi Amerika valyutasına inamı sarsıdıb.  Belə ki, 2011-ci ildən bəri yüksək borcu olan ölkələrin sayı 22-dən 59-a yüksəlib. ABŞ-də dövlət borcu 37 trilyon dollara çatıb, vəziyyət nəzarətdən çıxıb. İnkişaf etməkdə olan ölkələr indi inkişafa sərmayədən daha çox, borc xidmətinə pul xərcləyirlər.  Əgər bu vaxta kimi dollardan silah kimi istifadə olunmasaydı, nə baş verərdi?

- Düzdür, indiyə qədər dollardan silah kimi istifadə olunub. Sanksiyalar müəyyən dövlətlərin hikkəsini, aqressiv siyasətini və iddialarını cilovlamaq üçündür. Tarixən dünyada hegemon olan böyük dövlətlər bir sıra kiçik dövlətləri müəyyən dərəcədə ram etmək istəyiblər. Bu istək 1990-ci illərə qədər daha çox hərbi yolla həyata keçirilib. Sonrakı dövrdə isə bu hadisələr nisbətən azaldı. Nüvə silahının ortaya çıxması ilə qlobal müharibələr minimum səviyyəyə endi. Nəticədə məsələlər daha çox iqtisadi sanksiyalarla gündəmə gəlib.

- Dollar düşünülmüş siyasətdən kənar dəyərdən düşərsə, nə olacaq?

- Dollar dəyərdən düşərsə, Amerikaya heç nə olmayacaq. Bu halda daha çox Avropa, Çin və digər ölkələr çətinliklə üzləşəcək. Əslində dünyanın maliyyə sisteminin stabilliyi dollardan asılıdır. Dolların valyuta kimi sıradan çıxması heç bir dövlətə sərf etmir. Çünki dollardan dəyərdən düşməsi dünya maliyyə sisteminin çökməsi deməkdir. Nəticədə dövlətlərin valyuta ehtiyatları da bata bilər.

Bundan başqa, dolları əvəz edəcək başqa bir rezerv valyuta yoxdur. Əgər Çin valyutası desəniz, Çin valyutası sərbəst dövr edən valyuta deyil. Çin zaman-zaman öz valyutasına müdaxilələr edir, tənzimləyir və ixracını dəstəkləmək üçün valyutasının qiymətini aşağı salır. Belə bir valyuta beynəlxalq valyuta kimi qəbul olunmur.

Dollara alternativ kimi avronu göstərsək, Avropa Birliyi ölkələrinin iqtisadi vəziyyəti buna imkan vermir. Məsələn, Avropa Birliyinin Mərkəzi Bankı var, amma Mərkəzi Maliyyə Nazirliyi yoxdur. Yəni, avronun özünün tənzimlənməsi məsələsi zaman-zaman ciddi narahatlıqlar yaradır.

- Bəs, BRİKS ölkələri rezerv valyuta yarada bilərmi?

- BRİKS ölkələri arasından Çini götürsək, digər ölkələrin iqtisadi göstəriciləri G7 ölkələrinin iqtisadi göstəricilərinə bənzəyir. BRİKS ölkələrində Çindən sonra nisbətən güclü görünən BƏƏ-dir. Çin olmasa, Rusiya, Cənubi Afrika, Misir və İran kimi ölkələrin daxil olduğu BRİKS heç bir iş görməyə qadir ola olmaz. Bu ölkələr sadəcə öz aralarında əməkdaşlıq edə bilərlər. Məsələ budur ki, ABŞ batarsa, dünya ölkələrini də özü ilə batırar.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 İyul 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri