Icma.az
close
up
RU
Elvin Şirinov: “ABAD” Azərbaycanda yeni ailə brendlərinin yaradılmasına dəstək göstərəcək

Elvin Şirinov: “ABAD” Azərbaycanda yeni ailə brendlərinin yaradılmasına dəstək göstərəcək

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənab Prezidentin təşəbbüsü ilə yaradılan “ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Publik hüquqi şəxs öz fəaliyyətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) tabedir.

3 ay öncə isə “İçəriŞəhər” Tarixi Memarlıq qoruğunda “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb. 

Mərkəzin fəaliyyəti, “ABAD”-ın gördüyü işlər barədə suallarımızı publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Şirinli cavablandırıb. 

"Ölkə.Az" "ABAD” Mərkəzlərinin (Ailə Biznesinə Asan Dəstək) ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinli ilə müsahibəni sizə təqdim edir: 

- Ailə biznesinə asan dəstək konsepsiyası nə deməkdir? Bu barədə geniş məlumat verin ki, insanlarımız hər şeyi detallı anlaya bilsin. 

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır.

“ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

“ABAD” ilk dəfə Masallı rayonunda pilot layihə qismində həyata keçirilməyə başladı. Burada seçilmiş ailələrin ehtiyacları müəyyənləşdirildi, onlar üçün zəruri istehsal avadanlıqlarının alınması təşkil olundu. SOCAR-ın sosial layihələrə dəstəyi çərçivəsində “ABAD” çərçivəsində ikinci pilot region olaraq Balakən rayonu seçildi. Hazırda bu rayonda müvafiq “ABAD” mərkəzinin inşası işləri aparılır.  

“ABAD”ın yaradılmasını zəruri edən şərtlərə gəldikdə isə, bu gün dünyanın inkişaf etmiş ölkələrində ümumdaxili məhsuldan gəlirin böyük əksəriyyəti ailə təsərrüfatının hesabına formalaşır. Öz evində məhsul istehsal edən, onu bazara çıxaran və bazarda satışını həyata keçirən ailənin ÜDM-də xüsusi payı var. Belə ailə təsərrüfatlarının sayı çox, yaradılması asan olduğu üçün ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayır və bəzi hallarda hətta ÜDM-də 60-70% çəkiyə malik olurlar. 

Biznes planlaşdırma

Azərbaycanda da ailə təsərrüfatları ümumi iqtisadiyyatda xüsusi yer tutur, ölkədə ailə təsərrüfatlarının, ailə bizneslərinin ən müxtəlif növləri ilə qarşılaşmaq olar. Burada həm ərzaq məhsullarının istehsalı, həm də dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələri qeyd etmək olar.

Lakin bir çox hallarda ailə təsərrüfatlarında biznes planlaşdırması tətbiq olunmur. Dədə-baba qaydası ilə işlər görülür, məhsul satıldıqdan və nəticələr təhlil olunduqdan sonra həmin təsərrüfatın fayda gətirmədiyi ortaya çıxır. Yaxud ailə təsərrüfatının imkanlarını düzgün dəyərləndirmir, düzgün hesablama aparmır, nəticədə az məhsul və qazanc əldə edir.

“ABAD” ailələrə öz təsərrüfat imkanlarını düzgün müəyyənləşdirmək, həmin region üçün daha münasib olan məhsulu becərmək barədə dəstək göstərir, biznes-plan tərtib edir. Ailə təsərrüfatının yerləşdiyi regionun xüsusiyyətləri, bazarın tələbatını nəzərə almaqla hazırlanmış bu planın sayəsində məhsuldarlıq və əlbəttə ki, ailənin gəlirləri artır. 

Marketinq

Bir çox hallarda ailələr bazarın tələbatını nəzərə almır, tələb olunandan daha çox həcmdə məhsul istehsal edirlər. Bu isə nəticədə bazarda müəyyən məhsul növünün qiymətinin kəskin ucuzlaşmasına səbəb olur, satışdan əldə olunan vəsait xərcləri tam şəkildə ödəyə bilmir. 
Bazarın ailə təsərrüfatının müəyyən məhsullarına olan tələbatını öyrənmək üçün “ABAD” marketinq araşdırması aparır. Bazar araşdırmaları sayəsində hər hansı məhsula tələbatın hansı həcmdə olduğu, müştərilərin müəyyən məhsulu hansı qablaşdırma formasında almaqda maraqlı olduqları müəyyənləşdirilir. Bazardakı rəqabət mühiti təhlil olunur, düzgün qiymət siyasəti formalaşdırılır və ailəyə təqdim olunur. 

İnnovativ texnologiyalar

Bir çox hallarda ailə təsərrüfatları müasir istehsal avadanlıqlarından az istifadə edirlər. Məhsulların hazırlanmasında əsasən “kustar” üsula üstünlük verilir. Bu isə həmin məhsulun daha çox enerji və vaxt sərf etməklə, deməli, baha qiymətə hazırlanmasına səbəb olur. “ABAD” ailələrə müasir, innovativ istehsal avadanlıqlarının alınması ilə bağlı dəstək göstərir. Avadanlıqlar ən müasir standartlara cavab verir, istehsalın keyfiyyəti və səmərəliliyinə müsbət təsir göstərir. Beləliklə, son nəticədə ailə təsərrüfatlarının məhsulları yüksək keyfiyyət və münasib qiymətlə bazara təqdim olunur. 

Sertifikatlaşdırma

Bu gün bazarda ailə təsərrüfatlarının kənd keyfiyyətini özündə yaşadan məhsullarına tələbat böyük olsa da, belə məhsulların tələblərə uyğun şəkildə satışa çıxarlması ilə bağlı çətinliklər var.

Əvvəla, bazarın qaydalarına görə, satışa çıxarılan məhsul sertifikatlı olmalıdır. Bu sahədə işləri asanlaşdırmaq üçün zəruri sertifikatların alınmasının “bir pəncərə” prinsipi üzrə təşkili “ABAD”a həvalə olunub. Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan sistem vətəndaşlara zəruri gigiyena yaxud uyğunluq sertifikatını müvafiq regional “ABAD” mərkəzindən, “bir pəncərə” prinsipi üzrə almağa imkan verəcək. 

Lakin “ABAD” tərəfindən sertifikatlaşdırma işinin asanlaşması o demək deyil ki, hər bir məhsul sertifikatlaşdırılacaq. Sertifikatlaşdırmaya təqdim olunan məhsulun keyfiyyəti ilk növbədədir və bu məsələyə tərəfimizdən çox böyük diqqət ayrılır. 

Reklamlar

Ailə bizneslərinin dəstəyə ehtiyac duyduğu daha bir məqam isə hazırlanan məhsulların reklamı ilə bağlıdır. Bu gün keyfiyyətli məhsul hazırlayan ailə təsərrüfatı onu bazarda tanıtdıra bilmir, reklam kampaniyasını aparmaq işində çətinlik çəkir. Bildiyimiz kimi, reklam ticarətin mühərrikidir.

Məhsulun tanıdılması üçün böyük reklam kampaniyasının həyata keçirilməsi isə əlbəttə ki, bir ailənin büdcəsini aşan bir məsələdir. “ABAD”ın dəstəyi sayəsində ailə təsərrüfatlarının məhsullarının reklam strategiyası hazırlanır, fotoşəkillər və videoçarxlar çəkilir. Bu, həmin məhsulların bazarda öz yerini tutması, ailə brendinin tanıdılması kimi mühüm işdə ailəyə böyük dəstək göstərir və onun bu istiqamətdə gələcək fəaliyyətinin bünövrəsini qoymuş olur.

Brendinq və dizayn

“ABAD” ailə təsərrüfatlarına ailə brendlərinin yaradılması istiqamətində də dəstək göstərir. Adi halda ailə təsərrüfatlarının məhsulları üzərində kimə məxsus olduğunu göstərən heç bir nişan olmadan satışa çıxarılır və onlarla digər ailənin məhsulu ilə bərabər satılır. Həmin məhsulların kimə aid olduğu, hansı rayonda, kənddə istehsal edildiyi isə alıcıya qaranlıq qalır. Bu zaman keyfiyyət məsələsi də arxa plana keçir, çünki məhsul istehsalçısı onu üzərinə heç bir məsuliyyət götürmədən ikinci, üçüncü şəxslərin vasitəsilə satışa çıxarır.

Lakin “ABAD”ın dəstəyi sayəsində ailə təsərrüfatlarının məhsulları özünəməxsus dizaynı və brend adı altında satışa çıxarılır. Ailə təsərrüfatının yerləşdiyi regionun cəhətləri, məhsulun növü, o cümlədən ailə tarixçəsini nəzərə almaqla, brend adı yaradılır. Həmin brendə uyğun dizayn tərtib edildikdən və ailə ilə razılaşdırıldıqdan sonra, üzərinə ailənin ünvanı, məhsulun keyfiyyət göstəricisi olan “ABAD” leyblı, alınmış sertifikatın nömrəsi və barkod yerləşdirilir. Beləliklə, böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq bu ekoloji, yüksək keyfiyyətli məhsulları əldə edən alıcı artıq onun istehsalçısı, məhsulun mənşəyi barədə zəruri məlumat əldə edə bilir.

Hüquqi yardım

“ABAD” həmçinin ailələrə sənədləşdirmə işlərinin aparılması ilə bağlı da dəstək göstərir. Ailələrə müqavilə mədəniyyəti ilə bağlı təlim keçirilir, biznesin hüquqi tərəfləri öyrədilir.

Maliyyə-mühasibat

“ABAD” ailə təsərrüfatlarına maliyyə hesabatlığının aparılması, mühasibatın təşkili istiqamətində dəstək göstərir. Gəlir və xərclərin idarə edilməsi, illik göstəricilərin hesablanması istiqamətində göstərilən dəstək ailələrə öz bizneslərini daha effektiv şəkildə qurmağa imkan verir.
Yuxarıda göstərilən xidmətlər hər bir ailə biznesinin təşəkkül tapmasında mühüm rol oynayır. Bu gün böyük şirkətlərin belə xidmətlərdən yararlanmaq, ayrı dizayner, hüquqşünas, mühasibatlıq, biznes-planlaşdırma, reklam işi ilə məşğul olan çoxsaylı əməkdaşlar saxlamaq imkanları genişdir. 

Ailə təsərrüfatlarının aid olduğu kiçik və orta sahibkarların bu sahədə imkanları daha məhduddur, bu, onlar üçün böyük xərclər tələb edir. Bildiyimiz kimi, istehsala çəkilən xərclər sonda məhsulun qiymətinə birbaşa təsir göstərir. Bu isə ailə təsərrüfatları məhsullarının daha baha başa gəlməsi, rəqabət qabiliyyətliliyini itirməsi deməkdir. Ailə biznesinə asan dəstək konsepsiyasını həyata keçirən “ABAD”ın qeyd olunan xidmətləri vahid mərkəzdən həyata keçirməsi ailə təsərrüfatlarının dövrün tələblərinə cavab verən biznes elementlərinə çevrilməsini daha da sürətləndirir. Ailələr inkişafa aparan böyük yolda ilk addımlarını “ABAD”ın dəstəyi ilə atırlar. 

- Azərbaycanda ailə biznesi ilə məşğul olanlar əsasən nəyə ehtiyac duyurlar?

- Azərbaycanda ailə biznesi ilə məşğul olan, “ABAD”a müraciət edən ailələr daha çox zəruri istehsal avadanlıqları, brendinq və dizayn, satışın təşkili, marketinq, istehsal olunan məhsulların daşınması kimi istiqamətlərdə dəstək istəyirlər.

“ABAD” tərəfindən ailələrə həm istehsal avadanlıqlarının alınması işində yardımçı olunur, həm bazarın sifarişinə uyğun sifarişlər çatdırılır, həm də məhsulların satışında ailələrə dəstək göstərilir. 

“ABAD”ın göstərdiyi xidmətlərdən biri də istehsal olunan məhsulun daşınma işidir. Belə ki, ailənin artıq bu işin təşkili ilə bağlı çətinlikləri olmur. Bir neçə regionda yerləşən istehsal edilən məhsullar “ABAD” tərəfindən toplanılır və həmin məhsullar müvafiq satış nöqtəsinə daşınır.

- Bildiyiniz kimi, “ABAD”ın ikinci prioritet layihələrindən biri də dekorativ tətbiqi xalq sənətkarlığıdır..

Bəli, “ABAD” təkcə ərzaq məhsulları deyil, həm də dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailərə dəstək göstərir.
Bu sahədə çalışan ailələrin qarşılaşdığı ən böyük çətinlik isə satışların təşkili ilə bağlıdır. Hazırladığı əl işlərinin, milli suvenirlərin satışını təşkil edə bilməyən ailə həmin sahədən uzaqlaşır. Sənətkar atasının işindən az gəlir götürdüyünü görən oğlu onun yolunu davam etdirmir. Bu sahə isə ənənəçiliyi, irsiliyi xoşlayır. 

Digər tərəfdən, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm islahatlar aparılır, “ASAN viza” sistemi tətbiq olunub, hava limanında vizaların verilməsinə başlanılıb. Görülən tədbirlər nəticəsində Azərbaycana turist axınlarının sürətlə artdığını müşahidə etmək olar. Əlbəttə ki, ölkəmizə səfər edən turistlər geri dönərkən özləri ilə Azərbaycanın qədim mədəniyyətini əks etdirən bir suvenir, hədiyyə aparmaq istəyirlər. 

İllərdir ki, dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif sahələri ilə məşğul olan, milli suvenirlər hazırlayan ailələrin dəstəyə ehtiyacı var idi və “ABAD” bu işdə onlara yardımçı oldu.

Mart ayının 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sosial layihələrə qayğısı və Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi çərçivəsində “İçərişəhər” ərazisində sənətkar ailələrinin əl işlərinin sərgi-satışa çıxarıldığı “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başladı.

İlkin mərhələdə biz burada 62 ailənin 2 min məhsulunu satışa çıxardıq. Həmin müddətdən sonrakı 3 ay ərzində belə ailələrin sayı 100-ü ötüb. “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətə başlaması Azərbaycan suvenir bazarında yeniliyə çevrildi. İlk günlərdən turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilmiş “ABAD” sənətkarlıq mərkəzində yalnız Azərbaycanda sənətkar ailələrinin hazırladığı əl işləri təqdim olunur. Burada hər bir suvenirin üzərində onu hazırlayan müəllifin adını və xüsusi kod nömrəsini əks etdirən kitabça yerləşdirilir. “ABAD”ın saytına daxil olaraq, bu kod nömrəsini müvafiq bölmədə yazmaq və həmin sənətkar barədə ətraflı məlumat almaq olar.

“ABAD”da tamamilə şəffaf bir sistem qurulub. Məhsulların satışından əldə olunan gəlir birbaşa “ABAD”çı olan ailələrin bank hesablarına köçürülür.

- İkinci sənətkarlıq mərkəzinin yaradılması planlaşdırılır?

- İyunun 8-də, yəni bu gün AZAL-ın birbaşa dəstəyi sayəsində Heydər Əliyev Beynəlxalq hava limanında ikinci belə bir sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb. Qarşıdakı müddətdə “ABAD” sənətkarlıq mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi nəzərdən keçirilir.

Səxavət Məmməd

Fotolar: Çinarə Vahabzadə

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri