Icma.az
close
up
RU
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub İldə 860 min dollar ödəyəcək

Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub İldə 860 min dollar ödəyəcək

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanın Xalq artisti, tanınmış iş adamı Emin Ağalarova məxsus “Sea Breeze” şirkətinin İsrailin “Makkabi Netanya” futbol klubuna sponsorluq etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
İsrailin “Sport5” nəşrinə istinadən xəbər verir ki, “Makkabi Netanya” klubu “Sea Breeze Resort & Residences” şirkəti ilə ötən il sponsorluq müqaviləsi imzalayıb.
İsrailin ONE portalı isə yazıb ki, sponsorluq müqaviləsinin illik dəyəri 2,5 milyon İsrail şekeli (təxminən 850–860 min ABŞ dolları) təşkil edir. İsrail mediası müqavilənin maliyyə baxımından klubun son illərdə imzaladığı ən iri sponsorluq sazişlərindən biri olduğunu qeyd edir.
Tərəfdaşlıq çərçivəsində şirkətin loqosu komandanın oyun formalarının ön hissəsində yer alacaq.
Klub rəhbərliyi bildirib ki, bu əməkdaşlıq “Makkabi Netanya”nın beynəlxalq əlaqələrinin genişləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məlumata görə, sponsorluq müqaviləsi klubun yeni sahiblərinin rəhbərliyi dövründə bağlanan ilk iri beynəlxalq kommersiya razılaşmalarından hesab olunur.
Qeyd edək ki, “Makkabi Netanya” İsrail Premyer Liqasının ən titullu klublarından biridir.
Onu da qeyd edək ki, bu yaxınlarda Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçuka verdiyi müsahibədə “Sea Breeze” yaşayış və istirahət kompleksində satılan 600 mənzildən 400-nü israillilərin aldığını bildirib.
Ağalarov həmçinin qeyd edib ki, onlarla əməkdaşlıq edən şirkət də İsraildəndir və buna görə də satış başlayan kimi 400 mənzil israilli alıcılar tərəfindən əldə olunub.
Məlumat üçün bildirək ki, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış və qeyri yaşayış binaları inşa olunub. Bu yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri