Icma.az
close
up
RU
Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? Nadir FAKT

Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? Nadir FAKT

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 13-də işinə başlayan 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2026) bir çox detallarla yadda qaldı. Azərbaycan ictimaiyyəti konfrans binasının kənarında baş verən epizodik, amma çox mühüm olaylara şahidlik etdi.

Globalinfo.az bildirir ki, öncə Prezident İlham Əliyev Azərbaycan telekanallarının Münhenə ezam olunmuş müxbirlərinə ayaqüstü müsahibə verdi.

Bu müsahibədən sonra İsveçrədə yaşayan jurnalist Emin Hüseynov İlham Əliyevə sual vermək istədi. O, özünü müstəqil mətbuatın nümayəndəsi kimi təqdim etdi. Prezident Əliyev isə ona “dünyada müstəqil mətbuat yoxdur” cavabını verdi.

Emin Hüseynov Konfransın keçirildiyi binanın önündə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da sual vermək istədi. M.Əliyeva onu səfirlikdə qadın paltarı geyinib, gizlənən şəxs kimi xatırladığını, sonra isə ona can sağlığı arzuladığını dedi. Bu cavabı əks etdirən video sosial şəbəkələrin Azərbaycan seqmentində sürətlə yayıldı. Mehriban Əliyevanın bu sərrast və soyuqqanlı cavabı ölkə ictimaiyyəti tərəfindən alqışla qarşılandı.

Emin Hüseynov Bakıda jurnalist kimi fəaliyyət göstərib. O, “Turan” İnformasiya Agentliyində reportyor vəzifəsində çalışıb. Sonradan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) adlı təşkilat yaradıb. Hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyi vaxtlarda xarici fondlardan külli miqdarda qrant alıb. 2014-cü ildə Azərbaycan Baş Prokurorluğunun xaricdən alınan qrantlarla bağlı araşdırma aparmasından sonra bu sahədə çox ciddi vergidən yayınma faktları ortaya çıxdı. Xeyli hüquq müdafiəçisi, QHT təmsilçisi, jurnalist adı ilə fəaliyyət göstərən şəxs istintaqa cəlb edildi. Həmçinin məlum oldu ki, QHT, hüquq müdafiəçiliyi, jurnalist adı altında xarici xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edilir. Bu araşdırmalar zamanı Emin Hüseynovun da böyük məbləğdə vergidən yayındığı üzə çıxdı. Onun barəsində cinayət işi açılandan sonra ABŞ-ın Bakıdakı səfirliyinə üz tutsa da oradan rədd  cavabı aldı. Daha sonra İsveçrə səfirliyi ona sahib çıxdı. E.Hüseynov istintaqdan yayınaraq səfirlikdə 10 ay qala bildi. Onun diplomatik nümayəndəliyə gedərkən tanınmamaq üçün kamuflyaj olunduğu deyilir.

Sonradan İsveçrə Xarici İşlər Nazirliyi onun Bakıdan çıxarılması üçün Azərbaycan tərəfinə müraciət etdi. Rəsmi Bakı bu müraciətə humanitar prinsipləri rəhbər tutaraq müsbət cavab verdi. E.Hüseynov 2015-ci ilin iyununda təyyarə ilə İsveçrəyə aparıldı. İndiyə kimi orada yaşayır. Hələ o vaxtlar deyilirdi ki, Emin Hüseynov Azərbaycan Respublikasının vətəndaşlığından çıxarıldıqdan sonra isveçrəlilərə təhvil verilib.

Bu, müasir Azərbaycan tarixi üçün nadir fakt hesab oluna bilər. Belə ki, bənzər taleyi daha əvvəl özünü “talış muğan respublikası” adlı qondarma qurumun “prezidenti” elan etmiş, dövlətə qarşı ağır cinayətlərdə suçlanaraq ömürlük həbs cəzası almış Ələkrəm Hümbətov yaşamışdı. O da 1994-cü ildə Niderlanda təhvil veriləndə vətəndaşlıqdan çıxarılmışdı. Son 30 ildə cəmi iki tanınan şəxsin Azərbaycan vətəndaşlığından çıxarıldığı məlumdur. Hər ikisi də ağır cinayətdə ittiham olunurdu. Ələkrəm də Emin kimi ölkədən getdikdən sonra Azərbaycan əleyhinə iş apardı. O, separatizmi təbliğ edirdi. Bunun üçün Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan belə çəkinmirdi. Ələkrəm Hümbətov 2022-ci ilin dekabr ayında Niderlandda öldü. Emin Hüseynov 11 ilə yaxındır ki, İsveçrənin Cenevrə şəhərində yaşayır…

Aydın Aslan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Fevral 2026 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri