Icma.az
close
up
RU
Ən çox məhbusu olan 10 ölkə siyahıda üç qonşumuz var

Ən çox məhbusu olan 10 ölkə siyahıda üç qonşumuz var

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada azadlıqdan məhrum edilən insanların sayı son illərdə yüksək səviyyədə qalmaqda davam edir. Beynəlxalq araşdırmalara əsasən, hazırda planetimizdə həbsxanalarda saxlanılan insanların ümumi sayı 9,4 milyon nəfər civarındadır.

Modern.az xəbər verir ki, bu məlumatlar "Institute for Crime & Justice Policy Research" tərəfindən təqdim edilən statistikaya əsaslanır.

Bu rəqəm təkcə kriminal vəziyyətin göstəricisi deyil, həm də ölkələrin hüquq sistemi, sosial siyasəti və idarəçilik modelinin bir növ güzgüsü hesab olunur.

Ən çox məhbus hansı ölkələrdədir?

Qlobal statistikaya görə, həbsdə olanların sayına görə ilk sıralarda böyük dövlətlər qərarlaşıb.

Siyahıya Çin başçılıq edir. Bu ölkədə 1,95 milyon məhbus var. Amerika Birləşmiş Ştatları isə siyahıda ikinci sırada gəlir. Rəsmi məlumatlara görə, ölkədə təxminən 1,73 milyon nəfərin həbsdə olduğu bildirilir.

İlk "onluğa" daxil olan digər ölkələr bunlardır:

Braziliya — 664 min

Hindistan — 448 min

Rusiya — 356 min

Türkiyə - 246 min

Tayland - 230 min

İndoneziya - 199 min

Meksika - 172 min

İran - 162 min

Bu mənzərə göstərir ki, məhbus sayının yüksək olması yalnız cinayət səviyyəsi ilə deyil, dövlətlərin tətbiq etdiyi cəza siyasəti ilə də birbaşa bağlıdır.

Rusiya, İran və Türkiyə məhbus sayına görə ilk "onluq"da olsa da, regionun digər ölkələrində də göstəricilər yüksəskdir. Belə ki, Gürcüstan və Ermənistanda məhbus sayı əhali sayı ilə nisbətdə xeyli çoxdur. Gürcüstanda 10 523, Ermənistanda isə 2469 nəfər həbsdədir.

Araşdırmalar göstərir ki, həbsdə olanların hamısı məhkum edilmiş şəxslər deyil. Onların mühüm hissəsi hələ məhkəmə qərarı çıxmamış şəxslərdir. Statistikaya görə hazırda həbsdə olanların təxminən 30%-i istintaq altındadır, qadın məhbusların payı isə 6–7% təşkil edir. Eyni zamanda orta hesabla hər 100 min nəfərə 140–150 məhbus düşür

9,5 milyondan çox insanın həbsdə olması qlobal miqyasda ciddi sosial reallığı əks etdirir. Bu göstərici yalnız hüquq-mühafizə sisteminin deyil, bütövlükdə cəmiyyətlərin vəziyyətini ortaya qoyur. Mütəxəssislər hesab edir ki, gələcəkdə bir çox ölkələr sərt cəza siyasətindən uzaqlaşaraq reabilitasiya və reinteqrasiya modelinə daha çox üstünlük verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri