Icma.az
close
up
RU
Ən gənc Milli Qəhrəman kimi tarixə düşüb

Ən gənc Milli Qəhrəman kimi tarixə düşüb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan son 30 ildə dünya ölkələri arasında müharibədən ən çox zərər görmüş, eləcə də ən çox şəhid vermiş ölkələrdən biridir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində torpaqların müdafiəsi, ərazilərimizin işğaldan azad olunması uğrunda çox sayda vətəndaşımız şəhid oldu. Bütün döyüşlərdə qəhrəmanlıq dolu qeyri-adi hadisələr baş verdi.  Odur ki, ağılla, cəsarətlə, inamla vuruşan hərbçilərimiz uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər. Haqqında danışacağımız Milli Qəhrəman Cavanşir Rəhimov 19 yaşında Birinci Qarabağ müharibəsində göstərdiyi fədakarlıqlarla ən gənc Milli Qəhrəman kimi tarixə düşüb. 

5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açan igidimiz bir yaşında olarkən ailəsi ilə birgə  Bakının Qaraçuxur  qəsəbəsinə köçmüşdür. Suraxanı rayonundakı 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdir. 

1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnir. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edirlər. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. Cavanşir də özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil olub. 

6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxırlar. İki uçuşu müvəffəqiyyətlə başa vururlar. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirir. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmir. Mİ-24 vertolyotu yenidən səmaya qalxır. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirmirlər. Yerə enəndə artıq gec idi; vertolyot alova bürünmüşdü… 

6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutulur.  

O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub. Milli Qəhrəman Cavanşir Rəhimov haqqında “Cavanşir” adlı sənədli film çəkilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur. 

Anası Lalə xanımın xatirələrindən: “Evdən hər çıxanda gəlib məni öpüb qucaqlayar “ay ana, elə gözəl qoxun var ki, körpə uşaq qoxusu gəlir səndən, mənim gözəl anam” deyərdi. Qucağlayıb bağrına basardı məni. Arada balamı yuxumda görürəm. O məktəbdə oxuyan, səliqə-səhmanlı vaxtları gözümün önünə gəlir. O qədər səliqəli uşaq idi ki, paltarında bir ləkə belə görməzdin. Hər işini özü görər, paltarlarını özü yuyub ütüləyərdi. Cavanşir mənim sağ əlim idi. İşdən gəlib görürdüm ki, yemək bişirib”. 

Cavanşir hələ 16 yaşından hərbi xidmətə getmək üçün komissarlığa üz tutub. Lakin hər dəfə onu geri qaytarıblar ki, hərbi xidmətə getməyə yaşın çatmır. Yaşı tamam olub əsgərliyə gedəndə Cavanşiri təlim üçün Ağcəbədiyə aparıblar. Ordakı komandirlərə məlum olub ki, Cavanşir müharibədə iştiraka hazırdır. Çünki Lalə xanım Cavanşirə nə vaxt özünə paltar almaq üçün pul verirmişsə, o, pulu tirdə atıcılığa sərf edirmiş.  Cavanşirin qırxından bir neçə gün sonra nənəsi dünyasını dəyişir, 3 ay sonra babası, ardınca dayısı... Bir ilin içində ailə dalbadal bədbəxt hadisələr yaşayır. El-obanın məsləhəti ilə araya toy, şadlıq salınır ki, faciələr unudulsun. Qohum-qonşu yığışıb Lalə xanımın 2-ci oğluna toy edir. Aradan zaman keçir. Lalə xanımın oğul nəvəsi dünyaya gəlir. Uşağın adını Cavanşir qoyurlar. Bu gün şəhid Cavanşirin adını qardaşı oğlu daşıyır. Əmisinin adını daşıyan həmin oğlan artıq universitetini bitirib, vətənə olan borcunu da şərəflə yerinə yetirib... Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. 

Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib”. 

Möhtəşəm Qələbəmiz xocalıların ürəyindən tikan çıxardı. Bununla şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çiləndi, Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri