Icma.az
close
up
RU
Ən ucuz alternativ enerji: Abonent niyə bunu cibində hiss etmir?

Ən ucuz alternativ enerji: Abonent niyə bunu cibində hiss etmir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 21,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 17 milyard 887,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 2,4 % azdır. Bunun 17 milyard 376,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,9 % azdır.

Bunun 2 milyard 498,9 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 10,7 % artıb), 13 milyard 549,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 8,8 %), 154,9 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+5,6 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 446,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 9,4 % çoxdur.

Hazırda ölkədə mövcud enerji qiymətlərini nəzərə alsaq, abonentlərin bu ucuz enerjidən istifadəsi mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda bərpa olunan enerji sektorunda mühüm dəyişiklik müşahidə olunur və 2026-cı ilin yanvar-avqust aylarında ölkədə külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib:

“Külək enerjisi istehsalının əvvəlki dövrlə müqayisədə təxminən 22 dəfə artması Azərbaycanın enerji sistemində yeni mərhələnin formalaşdığını göstərir. Bu rəqəm təbii olaraq sual yaradır ki, küləkdən bu qədər çox və yanacaqsız elektrik istehsal olunursa, abonent nə vaxt bunun ucuzluğunu öz hesabında hiss edəcək? 

Cavab o qədər də sadə deyil. Külək elektrik stansiyasının istehsal etdiyi enerjinin maya dəyəri ilə abonentin ödədiyi tarif eyni şey deyil. Son tarifə elektrik enerjisinin istehsalı ilə yanaşı, onun ötürülməsi, paylanması, şəbəkənin saxlanılması və digər sistem xərcləri də daxildir.

Üstəlik, külək enerjisi sabit mənbə deyil. Külək əsəndə istehsal artır, zəifləyəndə azalır. Buna görə enerji sistemində ehtiyat generasiya gücləri, güclü şəbəkə və gələcəkdə enerji saxlama sistemləri də lazımdır. Bunların hamısı investisiya tələb edir”.

Onun sözlərinə görə, külək elektrik enerjisi istehsalında yanacaq xərci çox aşağıdır: 

“Bu enerji müəyyən saatlarda qazla işləyən stansiyaların istehsalını əvəz edə bilər. Nəticədə daha az qaz sərfiyyatı, daha aşağı sistem xərci, daha çox ixrac və ya digər istifadəyə imkan.

Məsələn, 726,7 milyon kVt/saat elektrik enerjisini yalnız müqayisə üçün 8,4 qəpik/kVt/saat tariflə hesablasaq, təxminən 61 milyon manatlıq pərakəndə elektrik dəyərinə bərabər edir. 10 qəpiklə bu rəqəm 72,7 milyon manat, 15 qəpiklə isə 109 milyon manat olardı.

Amma bu, külək enerjisinin faktiki gəliri deyil, sadəcə həcmi pərakəndə tariflə ölçməyin nəticəsidir. Burada əsas məsələ tarif siyasətidir. Külək və günəş enerjisinin artması enerji sisteminin xərclərini aşağı sala bilər. Lakin yaranan qənaətin necə bölüşdürüləcəyi ayrıca məsələdir.

Dövlət bu səmərəni elektrik tariflərini azaltmağa, şəbəkələrin yenilənməsinə, enerji saxlama sistemlərinə, yeni generasiya güclərinə, yaxud da elektrik ixracının artırılmasına yönəldə bilər.

Deməli, ucuz elektrik enerjisinin istehsal olunması hələ abonentin ucuz elektrik alması demək deyil”.

Ekspert bildirib ki, külək və günəş enerjisinin ümumi istehsalda payı artdıqca və bu mənbələr hesabına sistemin real xərcləri aşağı düşdükcə, tariflərin azaldılması üçün iqtisadi əsas gücləndikdən sonra abonent bunu hiss edəcək:

“Amma bunun konkret tarixini indidən söyləmək mümkün deyil. Burada həlledici məsələ texnologiyadan çox tarif mexanizmi və dövlətin enerji siyasətidir. Azərbaycan üçün daha böyük potensial isə yalnız daxili tariflərin aşağı salınması deyil.

Külək və günəş enerjisinin sürətli inkişafı ölkəyə qaz sərfiyyatını optimallaşdırmaqla yanaşı, “yaşıl elektrik” ixracı imkanlarını da genişləndirir.  Beləliklə, qarşıdakı illərin əsas sualı “Azərbaycan nə qədər külək enerjisi istehsal edəcək?” yox, "daha çox ucuz və təmiz enerjidən yaranan iqtisadi səmərə abonentin cibinə nə qədər çatacaq?" olmalıdır.

Çünki ucuz enerji istehsal etmək bir mərhələdir, onun ucuz tarifə çevrilməsi isə tamam başqa məsələdir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: külək elektrik stansiyaları Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri