Icma.az
close
up
RU
Energetik içkilər görmə orqanına neqativ təsir edir Mütəxəssis

Energetik içkilər görmə orqanına neqativ təsir edir Mütəxəssis

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Həkim-oftalmoloq kimi praktik fəaliyyətimdə tez-tez göz yorğunluğu, quruluq, "gözdə qum" hissi, görmənin müvəqqəti yaxud qalıcı zəifləməsi, hətta itirilməsi ilə müraciət edən pasiyentlərlə rastlaşıram. Bu kliniki halların bir hissəsinin səbəbi energetik içkilərin müntəzəm qəbuludur.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında həkim-oftalmoloq Günay Zeynalova söyləyib. Həkim bildirib ki, 1 fincan qəhvə (240 ml) təxminən 100 mq kofeinə bərabərdir. Energetik içkilərdə bu miqdar çox fərqli ola bilər; bəziləri bir fincan qəhvədən xeyli çox, digərləri isə azdır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər.

Onun sözlərinə görə, energetik içkilərin əsas tərkib hissəsi olan kofein sidikqovucu təsirə malikdir və orqanizmdə maye itkisinə səbəb olur. Bu göz səthinə təsir göstərərək gözdə yad cisim hissiyatı, qızartı şikayətlərinə səbəb olaraq "quru göz sindromu"nun yaranması və ya mövcud olduğu halda, güclənməsinə yol açır.

Həkimin fikrincə, xüsusilə kompüter və telefon qarşısında uzun müddət çalışan şəxslərdə bu əlamətlər daha kəskin olur. Energetik içkilərin əsasən axşam saatlarında qəbulu yuxu rejimini pozur. Xroniki yuxusuzluq görmə yorğunluğunu artırır və mövcud göz problemlərini ağırlaşdıra bilir. Bundan əlavə, arterial təzyiqin kəskin dəyişməsinə və damar spazmına, damar keçiriciliyinin pozulmasına səbəb olur. Yəni görmə orqanımızın qanla təchizatına mənfi təsir göstərir və nəticədə görmə itiliyinin zəifləməsinə, itirilməsinə yol aça bilər.

"Bu içkilər yalnız görmə orqanına deyil, ürək-damar, sinir, mədə-bağırsaq sistemlərinə də neqativ təsir edir. Belə ki, energetik içkilərin mütəmadi istifadəsi aritmiya, qan təyziqin yüksəlməsi - hipertoniya, insult, infarkt, depressiya, artıq çəki problemi, şəkərli diabet kimi xəstəliklərin inkişafına yol açır. Tərkibində olan vitamin və elektrolitlər bu içkiləri faydalı etmir, yorğunluğu qısamüddətli aradan qaldıraraq onların neqativ təsirlərini ört-basdır edir", - deyə müsahibimiz qeyd edib.

Həkim təvsiyə edib ki, hər bir vətəndaşın sağlamlığının qorunması üçün bu içkilərin istifadəsinin məhdudlaşdırılması, uşaq və hamilələrin, müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin isə dayandırması məqsədəuyğundur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Dekabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri