Topu rəqibin başına vuran Messi niyə “qırmızı” almadı?
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
MLS-in pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” – “Kolambus Kru” (0:3) matçının baş hakimi Allen Çepmen topu rəqib futbolçusunun başına vuran Lionel Messiyə niyə qırmızı vərəqə göstərmədiyini izah edib.
QOL.az xəbər verir ki, hadisə ilk hissəyə əlavə olunmuş vaxtda baş verib.
"İnter Mayami"nin kapitanı yan xəttdən topu rəqib futbolçu Qonsalo Tapiyanın başına vurub. Buna səbəb Tapiyannın Messinin tam qarşısında dayanaraq autun tez istifadə edilməsinə qəsdən mane olması olub. Baş hakim epizoda görə hər iki futbolçuya sarı vərəqə göstərib.
Çepmen “The Daily Star”a açıqlamasında qərarını belə əsaslandırıb: “Topun atılması zamanı tətbiq olunan güc cüzi idi və hadisə zorakı davranış səviyyəsinə çatmırdı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















