Çində elektromobillərin satışları rekord vurur
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozuna görə, noyabr ayında ölkədə 1.15 milyon elektromobilin (tam elektrik və "plug-in" hibrid avtomobillər) satılması gözlənilir. Bu, ümumi avtomobil satışlarının 70.6 faizini təşkil edəcək.
Proqnoz özünü doğruldarsa, Çində elektromobillərin bazar payı ardıcıl səkkizinci ay rekord həddə çatacaq. Oktyabr ayında bu göstərici 67.5 faiz olub. Bununla belə, proqnoz benzinlə işləyən avtomobillərin satışlarının illik müqayisədə 46.9 faiz, elektromobillərin satışlarının isə 12.9 faiz azalacağını göstərir.
"Volkswagen" və "Toyota" kimi avtomobil markaları elektrikləşməyə daha ləng keçdikləri üçün Çin bazarında mövqelərini itirməkdə davam edirlər. CPCA-in məlumatına görə, xarici markaların ölkədəki avtomobil tədarükündə payı 2025-ci ilin üçüncü rübündəki 34.6 faizdən bu ilin eyni dövründə 30 faizdən aşağı düşüb.
İlin əvvəlində ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində yaranan qlobal enerji böhranı Çin elektromobillərinin Avropa kimi xarici bazarlarda satışını artırıb.
CPCA-inməlumatına görə, Çin istehsalçıları yanvar-sentyabr aylarında ölkə daxilində və xarici bazarlarda ümumilikdə 11.58 milyon elektromobil satıblar. Bu, dünya üzrə ümumi satışların 63 faizini təşkil edib.(oxu.az)
Baxış sayı:67
Bu xəbər 22 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















