Ərdoğan Küveytdə Ölkələr arasında dörd yeni sənəd imzalandı, Əmirə Togg bağışlandı (FOTO)
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Küveytə səfər edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyədə qarşılanan Prezident Rəcəb Tayyib Ərdoğan və Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə ikitərəfli və nümayəndə heyətləri ilə birgə görüşlər keçirilib.
Ərdoğan Küveyt əmiri əs-Sabaha Türkiyənin yerli istehsalı olan “Togg” adlı elektrikli avtomobil hədiyyə edib.
Bayan sarayındakı danışıqlardan sonra iki ölkə arasında müxtəlif müqavilələrin imzalandığı mərasim keçirilib: "Türkiyə ilə Küveyt arasında “Dəniz daşımaları sazişi”, “Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu”nu, həmçinin, Türkiyə ilə Küveyt arasında enerji sahəsində əməkdaşlığa dair, o cümlədən elektrik, su və bərpa olunan enerji ilə bağlı yeni sənədlər imzalanıb".
Samir MUSAYEV
MİA.AZ

Baxış sayı:70
Bu xəbər 21 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















