Ərdoğan: Orta Dəhlizin Azərbaycan üzərindən inkişafına çalışırıq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq.
APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.
Türkiyə Prezidenti bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qərb bazarlarına çıxışının təmin edilməsində mühüm rol oynayır.
“Türkiyə xüsusilə enerji dəhlizlərinin şaxələndirilməsi və geosiyasi risklərin idarə olunmasında həlledici mövqeyə malikdir. Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsinə çalışırıq. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”, – Ərdoğan vurğulayıb.
O qeyd edib ki, ŞƏT fasiləsiz və təhlükəsiz nəqliyyat dəhlizlərinin formalaşdırılması, eləcə də enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər.
Ərdoğanın sözlərinə görə, bu istiqamətlər üzrə əməkdaşlıq təşkilata daxil olan ölkələrin xalqlarının rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















