Ərdoğan savaşan bu ölkələri Ankarada barışdırdı TARİXİ FOTO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Somali və Efiopiya arasında uzun müddətdir davam edən gərginlik sona çatdı.
TRT Haber xəbər verir ki, Ankara şəhərində baş tutan görüşlər nəticəsində tərəflər razılığa gələrək barış elan etdilər.
Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd Ərdoğanın bu təşəbbüsünə xüsusi təşəkkürlərini bildiriblər. Onlar Türkiyənin bölgədə sülh və sabitlik üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.
Prezident Ərdoğan Afrika ölkələri arasında barışıq proseslərində Türkiyənin rolunu vurğulayaraq qeyd edib ki, Türkiyə regional sabitlik üçün hər zaman dəstək verməyə hazırdır.
Bu tarixi anlaşma, həmçinin Afrika regionunda diplomatik əlaqələrin möhkəmlənməsi üçün mühüm bir addım kimi qiymətləndirilir. Müzakirələr və anlaşma detalları ilə bağlı əlavə məlumatların yaxın zamanda açıqlanması gözlənilir. (musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















