Ərdoğan: Türkiyə Orta Dəhlizin inkişafı üçün TDTnın xüsusi nümayəndəsi ola bilər
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Prezident Ərdoğan bildirib ki, Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nın xüsusi nümayəndəsi ola bilər.
Türkiyə lideri bu barədə TDT sammitində çıxış edərək, qurumun ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün nəqliyyat dəhlizlərindən, xüsusilə də Orta Dəhlizdən istifadə və onu inkişaf etdirməyin zəruriliyini bəyan edib.
“Şuşada keçirilən sammit zamanı Azərbaycan Prezidenti Orta Dəhlizdən səmərəli istifadə üçün xüsusi nümayəndənin təyin edilməsi təklifi ilə çıxış edib”, deyə Ərdoğan xatırladıb və əlavə edib ki, bu rol üçün Türkiyənin namizədliyini irəli sürməyə hazırdır.
O, həmçinin bildirib ki, TDT üzvlərinin ümumi əhalisi 175 milyon nəfərdir, qarşılıqlı ticarətin həcmi isə 1,2 trilyon dollar səviyyəsindədir.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















